"Əli Kərimli, Cəmil Həsənli və İsa Qəmbər xəyanətkardırlar"
10:39 01-08-2014
CƏMİYYƏT
"Əli Kərimli, Cəmil Həsənli və İsa Qəmbər xəyanətkardırlar"
Hafiz Hacıyev: "Bu gün həm daxildən, həm də xaricdən Azərbaycanı qarışdırmaq istəyən qüvvələr var"
Məlum olduğu kimi, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus dövlətə xəyanət maddəsi ilə ittiham olunaraq həbs olunub.
Ancaq radikal müxalifət bütün faktlara rəğmən onu müdafiə edir. Məsələylə bağlı "Unikal"a açıqlama verən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib ki, burda hər hansı insan haqlarından, qanunsuzluqdan söhbət gedə bilməz. Onun sözlərinə görə, ortada konkret cinayət əməli var və buna görə cavab verilməlidir: "Təbii ki, bu gün həm daxildən, həm də xaricdən Azərbaycanı qarışdırmaq istəyən qüvvələr var. Onlar belə fikirləşirlər ki, 2015-ci il parlament seçkilərinə qədər Azərbaycandakı sabitliyi pozsunlar. Belə demək mümkündürsə, buna qismən nail olmaqdadırlar. Təsəvvür edin, Respublika Prokurorluğu Leyla Yunus barədə ifadə verməsi üçün qərar çıxarır, amma o, bu qərarı saymır. Hətta o vaxt hamının gözü qarşısında polis zabitinin papağını yerə atdı. Bunun özü ən azı əxlaqsızlıq, mədəniyyətsizlikdir. Düşünürəm ki, bu cür hərəkətlərə kimliyindən asılı olmayaraq, hüquqi qiymət verilməlidir. Azərbaycanda adını müxalifət qüvvələri qoyan bəziləri Azərbaycanı parçalamaqdan ötrü ermənilərlə də separat danışıqlara gedirlər. Bununla bağlı bizdə çox ciddi məlumatlar var. Əgər Leyla Yunus, əri Arif Yunus vətənə xəyant edibsə, ermənilərlə iş birliyində olubsa, deməli, cinayət əməli törədiblər. Onu da nəzərə çatdırım ki, Leyla Yunusun özü, anası ermənidir. Eyni zamanda, əməlləri də erməni xislətlidir. Ona görə də cavabını almalıdır. Bu gün onu həbs ediblərsə, deməli, təqsiri var. Baş Prokurorluq və MTN-nin yaydığı rəsmi məlumatda qeyd olunan faktlar da onların vətənə xəyanət etdiklərini göstərir.
Hafiz Hacıyev Leyla Yunusu dəstəkləyən müxalifət liderlərinə də sərt mesaj göndərib. Partiya sədri deyib ki, MMP heç vaxt erməniləri müdafiə eləməyib: "Bu gün Leyla Yunusu Əli Kərimli, İsa Qəmbər, Cəmil Həsənli kimiləri müdafiə edir. Biz də müxalifətik, niyə müdafiə eləmirik? Çünki bu adamların heç biri milli maraqlarımıza xidmət etmirlər. Onların bir məqsədi var, o da öz şəxsi maraqlarını güdmək. Elçibəy hakimiyyəti dövründə ermənilərlə işbirliyi qurması və həmin dövrdəki əməlləri açılsa, Leyla Yunusu güllələmək lazım gələr. Yəni, radikal müxalifət bu cür adamı müdafiə edərək öz xislətlərini ortaya qoyurlar. Onlar küçədə yatan narkomanı da müdafiə edirlər. Elə danışırlar ki, guya Azərbaycan xalqının qayğısına qalırlar. Yəni, Əli Kərimlinin Leyla Yunusu müdafiə etməsi təbiidir. Onun arvadı da Leyla Yunusla bir millətin nümayəndələridir. Cəmil Həsənlinin qızı da ermənidə ərdədir. İsa Qəmbərin də milliyəti haqqında ilginc məlumatlar yayılmaqdadır. Mən bunların hamısını hələ 10-15 il bundan əvvəl demişəm, indi də subut olunur. Ona görə də deyirəm ki, Əli Kərimli, Cəmil Həsənli və İsa Qəmbər xəyanətkardırlar. Hər halda Ermənistanda, Avropada, eləcə də Azərbaycanda olan erməni qohumları Leyla Yunusu müdafiə edirlər. Bu faktın özü onun nə qədər təqsirli olduğunu ortaya qoyur".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05