Pul böhranı "Hafka"nın villalarını da "vurdu"
10:41 01-08-2014
CƏMİYYƏT
Pul böhranı "Hafka"nın villalarını da "vurdu"
Tanınmış iş adamı milyonlarla manatlıq mülklərini satmağa məcbur oldu
"Hafka" ləqəbi ilə tanınan iş adamı Hafiz Məmmədov Məmməd Araz (keçmiş Teymur Əliyev) küçəsində yerləşən villalarını satışa çıxarıb. Həmin ərazidə fəaliyyət göstərən ev dəllallarının verdiyi məlumata görə (axar.az), Hafkanın bu ərazidə bir neçə villası var.
"Hafiz Məmmədovun villaları böyük pəncərəsi və əksəriyyətinin həyətində qurulan yaşıl çardaqla seçilir. Həm də memarlıq baxımından bir-birinə bənzəyirlər. Ona görə də onları digər villalardan seçmək asandır" - onlar bildiriblər.
Müşahidələr zamanı özünün yaşadığı bildirilən villanın qarşısında dayanmış 10 MN 010 dövlət nömrə nişanlı (ön tərəfdə nömrə açılsa da, arxada görünürdü) "Porşe"nin Hafiz Məmmədovun ailəsinə aid olduğu da qeyd edilir.
Dəllalların sözlərinə görə, burada satışda olan villalar normal halda 2 milyon manatdan başlayır: ""Hafka"nın villalarının ən aşağı qiyməti isə 3 milyondur. Müəllimin burda daha bahalı villası da var".
İstisna deyil ki, "Hafka"nın öz bahalı mülklərini satması onun son zamanlar ciddi maliyyə böhranı ilə üzləşməsi ilə bağlıdır. Məmmədovun rəhbəri olduğu "Bakı"nın futbol klubunda bu səbəbdən "maaş üsyanı" yaşanıb.
Hafiz Məmmədovun Fransanın "Lans" klubuna boyun olduğu 10 milyon avronu ödəyə bilməməsi isə həmin klubun əsas liqada oynamasını əngəlləyib və klub azarkeşlərinin sərt protestolarına yol açıb.
Bundan başqa, Hafiz Məmmədovun prezidenti olduğu "Baghlan Group"da da maaş gecikmələri yaranıb. "Bachlan Group"la əməkdaşlıq edən subpodratçı firmaların əməkdaşlarının isə hətta apreldən bəri maaş ala bilmədiklərinə dair məlumatlar var.
Bütün bunlar Hafiz Məmmədovun ciddi maliyyə böhranı ilə üzləşdiyinin simptomları kimi qiymətləndirilir. Hətta iş adamının bu yaşananlardan sonra əvvəlcə həbs olunduğu, daha sonra isə ölkəni tərk etdiyi barədə də məlumatlar ortaya çıxmışdı.
İstisna deyil ki, üzləşdiyi pulsuzluq Hafiz Məmmədovun müvəqqəti çıxış yollarından biri kimi özünün dəyəri milyonlarla manat olan villalarını satışa çıxarmasına yol açıb.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05