Azərbaycan iki Avropa ölkəsi ilə viza rejiminin sadələşdirilməsi ilə bağlı danışıqları başa çatdırıb
10:54 06-08-2014
CƏMİYYƏT
Azərbaycan iki Avropa ölkəsi ilə viza rejiminin
sadələşdirilməsi ilə bağlı danışıqları başa çatdırıb
Azərbaycan hökuməti viza rejiminin sadələşdirilməsi və readmissiya barədə saziş üzrə Norveç və İsveçrə ilə danışıqları başa çatdırıb
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev açıqlamasında bildirib ki, Avropa İttifaqının xahişi ilə bu ölkələrlə ayrı-ayrı sazişlər hazırlanıb. Çünki Norveç və İsveçrə Şengen zonasına daxildirlər.
Aİ ilə analoji sazişlər 2013-cü ilin sonunda Vilnüsdə keçirilən 3-cü "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində imzalanıb.
Nazir müavini deyib: "Biz Norveç və İsveçrə ilə sazişin imzalanması tarixini uzatmaq istəmirik. Hərçənd ki, Cenevrə ilə bu prosedur daha uzun oldu, çünki mətnin bu ölkənin dövlət dili olan 3 dilə, yəni alman, fransız və italyan dillərinə tərcüməsi üçün vaxt tələb olunur".
Adıçəkilən ölkələrlə və Aİ ölkələri ilə saziş 2014-cü il sentyabrın 1-dən qüvvəyə minəcək.
Onun sözlərinə görə, Norveç ilə vizasız rejim yalnız diplomatik pasport sahiblərinə, İsveçrə ilə isə diplomatik və biometrik xidmət pasportlarına şamil edilir: "Norveç də xidməti pasport sahiblərinin viza rejimindən azad olunmasına razılıq verməyən Avropa İttifaqının yolu ilə getdi. Bu siyahının gələcəkdə uzadılması bizim bu sazişi necə reallaşdıracağımızdan asılı olacaq. Əgər siyasi qərar qəbul olunarsa, onda vizasız rejimə tədricən keçidlə bağlı məsələsini qoymaq olar".
M.Məmmədquliyevin sözlərinə görə, Aİ keçid planını tərtib edir, lakin künc başlığa bu sazişin reallaşdırılması çıxır.
Məmmədquliyev deyib: "Azərbaycan öz təcrübəsində ilk dəfə olaraq viza rejiminin sadələşdirilməsi və readmissiya barədə saziş imzalayır, ona görə də bizim üçün bu, ciddi sınaqdır. İstənilən halda gələcək addımların atılması üçün siyasi qərar tələb olunur".
Razılaşmaya uyğun olaraq, ikitərəfli əsasda viza almaq üçün dövlət rüsumu 60 avrodan 35 avroyadək azaldılıb.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22