Bilik Fondu layihələrə start verir
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu layihələrə start verir. Fondun ilk layihəsi "Dini abidələrdə tarixin izləri" adlanır.
Bilik Fondunun informasiya təminatı sektorundan verilən məlumata görə, layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məbədlər və imamzadələrdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, eləcə də Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, ehtiyac olduqda müəyyən bərpa işləri aparılacaq.
Layihənin həyata keçiriləcəyi ilk məkan Bərdə İmamzadəsi olacaq. Qeyd olunub ki, qədim abidələrdən olan Bərdə İmamzadəsi kompleksinin tarixinin dərindən öyrənilməsinə, daş kitabələrin oxunmasına, abidə üzərində bərpa işlərinin aparılmasına ehtiyac var.
Fondun "Dini abidələrdə tarixin izləri" layihəsinə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qurumları da cəlb olunacaq. İlk mərhələdə tarixçi alimlər, din xadimləri, Bərdə ziyalılarının iştirakı ilə "Bərdə İmamzadəsi keçmişdə və bu gün" mövzusunda dəyirmi masa keçiriləcək, elmi praktik konfrans təşkil olunacaq.
Layihənin əsas məqsədi Azərbaycan və Qafqazın digər bölgələrində yaşayan əhalinin maarifləndirilməsi, ziyarətgahlar barədə düzgün elmi, tarixi, dini biliklərin verilməsi, milli-dini dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir.
Bununla yanaşı, yaxın gələcəkdə Bilik Fondu müxtəlif istiqamətlərdə layihələr həyata keçirməyi planlaşdırır. Bu layihələr içərisində "Ustad və şəyird", "Azərbaycan elmi bu gün xaricdə", "Dünya elmi bu gün Azərbaycanda", "Docendo discimus", "Fondun xarici nümayəndəliklərinin yaradılması", "Epizodlar", "Auditoriya +", "Qardaşlaşmış məktəblər" layihələrinə hazırlıq prosesi gedir.
Digər Xəbərlər
2024-07-26 22:12:20
![Kral III Çarlz Muxtar Babayevi qəbulETDİ Kral III Çarlz Muxtar Babayevi qəbulETDİ](/photos/unikal/1722017664.bdd6236a-55dc-323a-a346-189fa43d0227_850 (1).jpg)
2024-07-26 19:56:30
![“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk -Ərdoğan “Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk -Ərdoğan](/photos/unikal/1722009600.1722003960_1722002730156671356_1200x630.jpg)
2024-07-26 18:22:12
![Azərbaycanın Türkiyədəki yeni hərbi attaşesi Yaşar GülərləGÖRÜŞDÜ Azərbaycanın Türkiyədəki yeni hərbi attaşesi Yaşar GülərləGÖRÜŞDÜ](/photos/unikal/1722003840.66a3aec9c53e766a3aec9c53e8172200314566a3aec9c53e466a3aec9c53e5 (1).jpeg)
2024-07-26 16:17:14
![Bu ölkə ilə müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıqSazişi təsdiqləndi Bu ölkə ilə müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıqSazişi təsdiqləndi](/photos/unikal/1618308662.ilham əliyev müsahibə 13102020.jpg)
2024-07-26 16:16:19
![Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsitəyin edildi Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsitəyin edildi](/photos/unikal/1721996222.avropa.jpeg)
2024-07-26 11:47:53
![Ceyhun Bayramov Somalinin XİN rəhbərini qarşıladı Ceyhun Bayramov Somalinin XİN rəhbərini qarşıladı](/photos/unikal/1721980110.ffff.png)
2024-07-26 11:12:23
![İlham Əliyev Maldiv liderinitəbrik etdi İlham Əliyev Maldiv liderinitəbrik etdi](/photos/unikal/1708605353.1693301141.1661514191_ilham.jpg)
2024-07-25 22:29:30
![Şuşa Forumu Bolqarıstan mətbuatında Şuşa Forumu Bolqarıstan mətbuatında](/photos/unikal/1721932293.1721932033_1721928019963827439_1200x630.jpg)
2024-07-25 20:11:51
![Serbiya-Azərbaycan əlaqələri müzakirəedildi Serbiya-Azərbaycan əlaqələri müzakirəedildi](/photos/unikal/1721924095.1721921597_4020ec6f-7351-3dae-b96d-0156bdd3aa6e_850.jpg)
2024-07-25 19:02:51
![Polşa səfiri Bakını tərkedir Polşa səfiri Bakını tərkedir](/photos/unikal/1721919852.1721918612_5b23136c-ad88-318c-b323-4dc4882c09e5_850.jpg)
2024-07-25 18:33:59
![Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələrkeçirildi Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələrkeçirildi](/photos/unikal/1721918086_17219141854785555437_1200x630.jpg)
2024-07-25 16:04:56
![Hərbçilərimiz Ermənistanın kəşfiyyat cəhdinin qarşısını aldılar- RƏSMİ Hərbçilərimiz Ermənistanın kəşfiyyat cəhdinin qarşısını aldılar- RƏSMİ](/photos/unikal/1594743425.mudafie.jpg)
2024-07-24 18:08:30
![Ceyhun Bayramov İsrail XİN-in baş direktoru iləgörüşdü Ceyhun Bayramov İsrail XİN-in baş direktoru iləgörüşdü](/photos/unikal/1721830247_17218284622253711023_1200x630.jpg)
2024-07-24 17:26:09
![Hikmət Hacıyev Polşa səfiri ilə görüşdü Hikmət Hacıyev Polşa səfiri ilə görüşdü](/photos/unikal/1721827957.YsJeOVwA55AcOMOilmdqFQnenqZxWHQCBA4JPs23_1200.webp)
2024-07-24 15:13:03
!["Azərbaycan Ermənistanla danışıqlara hər zaman hazır olub"- XİN "Azərbaycan Ermənistanla danışıqlara hər zaman hazır olub"- XİN](/photos/unikal/1669383449_1668164081_ayxan_hacizade_201022.jpg)
2024-07-24 15:02:17
![Prezidentdən generalla bağlıSƏRƏNCAM Prezidentdən generalla bağlıSƏRƏNCAM](/photos/unikal/1721819217.eb99d9ef-e178-3026-8199-55d466f549e0_850 (1).jpg)
2024-07-24 14:02:28
![Prezident Zəfər parkında- FOTOLAR Prezident Zəfər parkında- FOTOLAR](/photos/unikal/1721815566.17218150502025430251_1200x630.jpg)
2024-07-24 10:37:02
![İlham Əliyev Şavkat Mirziyoyevəzəng etdi İlham Əliyev Şavkat Mirziyoyevəzəng etdi](/photos/unikal/1721803126.55111d5631e6d81bb9ea204eb607d2a9_5440259.jpg)