Bəzi oliqarxlar Artur Rəsizadəni eşitmək istəmir
10:56 14-08-2014
CƏMİYYƏT
Bəzi oliqarxlar Artur Rəsizadəni eşitmək istəmir
Onlar Nazirlər Kabinetinin hansı qərarını "kağız parçası"na çevirirlər?
Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda normadan artıq yüklənmiş, qabarit parametrlərini aşan nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında hərəkəti qadağan olunub. Amma Artur Rəsizadənin imzaladığı qərar yerinə yetirilmir. Belə ki, iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri yollarımızhı dağıtmağa davam edir.
Bir müddət əvvəl avtomobil.az saytı öz araşdırmasında qeyd etmişdi ki, hələ sovetlər dövründə yük maşınlarının yeni marka və modelləri yalnız 1,5 və 5 tonluq ZİL-lər üçün tikilmiş avtomobil yollarına çıxan zaman yük daşıyan nəqliyyat vasitələrinin hərəkətinə mövsüm məhdudiyyətləri qoyulurdu. Məlum oldu ki, əvvəllər tikilmiş yollar müasir yüklərə tab gətirməyərək dağılıb gedir və o vaxtdan keçmiş SSRİ-nin avtomobil yollarında yay məhdudiyyətləri qoyulur, bu yollar müxtəlif kateqoriyalı ağır yük maşınları üçün bağlanır. Əgər yollar təmir olunmursa, yalnız istismar olunursa, o, birdəfəlik yox olub gedər. Hələ nə qədər qalıbsa, onu saxlamaq olursa, insanlar bunun ən sadə yolunu tapıblar - qarların əridiyi və palçıq olan, yolların aparıcı qabiliyyətini itirdiyi vaxtlarda ağır yük maşınları üçün yaz məhdudiyyətləri tətbiq etmək.
Yeri gəlmişkən, yol verilən yüklənmənin məhdudlaşdırılması təcrübəsi nəinki MDB-nin bir sıra ölkələrində qüvvədədir, həm də inkişaf etmiş ölkələrdə - İsveçdə, Norveçdə, Finlandiyada, Kanadada da tətbiq olunur.
Azərbaycanda isə Artur Rəsizadənin rəhbərlik etdiyi hökumətin məlum qərarının vəziyyəti müsbətə doğru dəyişdiyini demək çətindir.
Elə son günlərdə baş vermiş bir hadisə də bunu göstərdi. Həmin hadisə normadan artıq yüklənmiş və qabarit parametrlərini aşan nəqliyyat vasitələrinin yollarımıza ziyan vurmağa davam etdiyini bir daha göz önünə sərir. Belə ki, 30 iyul 2009-cu il tarixində saat 18:20 radələrində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-ci kilometrində "Akkord" şirkətinə məxsus "İVECO" markalı, 10-JK-454 dövlət nömrə nişanlı yük avtomobili iriqabaritli yüklə yükləndiyindən Sumqayıt şəhərinin yaxınlığında dəmir beton körpüsünə güclü zərbə ilə çırpılmışdır. Göstərilən səbəblərdən həmin ərazidə qatarların hərəkət sürəti məhdudlaşdırılmış, körpünün zədələnmiş aşırımının isə dəyişdirilməsi tələb olunurdu. Həmçinin əmir yoluna da külli miqdarda ziyan vurulmuşdu...
Bəs ortada Nazirlər Kabinetinin məlum qərarı varikən qabarit parametrlərini aşan nəqliyyat vasitələrinin yollarımıza ziyan vurmağa davam etməsinin səbəbi nədir? Bu mövzuda söhbətləşdiyimiz ekspert, adının çəkilməməsi şərti ilə bildirib ki, sözügedən sualın cavabını yollarımızda hərəkət edən iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin əksəriyyətinin arxalarında güclü himayədarların dayandığı şirkətlərə mənsub olmasında axtarmaq lazımdır. "Belə şirkətlərin bir çoxu bəzi nüfuzlu məmur-oliqarxların nəzarətindədir. Onlar məhz öz güclü himayədarlarına güvənərək əksər hallarda qanunvericiliyin tələblərinə qarşı gəlməkdən çəkinmirlər" deyən ekspertin sözlərinə görə, bu sıraya yalnız işçilərin əmək hüquqlarının tapdanması, onlarla əmək müqavilələrinin imzalanmaması, vergidən yayınılması, ikili mühasibatlığın hökm sürməsi kimi hallarla bərabər, oliqarx şirkətlərinə məxsus nəqliyyat vasitələrinin toxunulmazlığı da daxildir.
Həmsöhbətimizin sözlərinə görə, "Azəryolservis" və Dövlət Yol Polisi əməkdaşları həddən artıq yüklənmiş avtomobil vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında hərəkəti aşkar edilməsi üçün həssaslıq göstərsələr də, bəzən bu mümkünsüzə çevrilir. "Söhbət əsasən oliqarx-məmurlara bağlı şirkətlərə aid ağırtonnnajlı maşınlardan gedir. Bu maşınları saxlamaq və onların sürücülərini qanunvericiliyin tələblərinə uyğun şəkildə cəzalandırmaq bəzən mümkünsüzə çevrilir. Dediyimiz kimi, bunun səbəbi də həmin avtomobillərin aid olduğu şirkətlərin arxasında bəzi iri məmurların dayanmasıdır. Belədə həmin avtomobillər və onların sürücüləri barədə "toxunulmazlıq" kimi yazılmamış qanun işə düşür. Əks halda həmin iri məmurların qəzəbi ilə üzləşə bilərsən" deyə ekspert qeyd edib.
Onu da vurğulamaq yerinə düşər ki, son illərdə Azərbaycanda yeni yolların çəkilməsinə külli miqdarda dövlət vəsaiti ayrılır. Həmin vəsaitin bir hissəsinin korrupsiya predmetinə çevrilməsi yolların yüksək keyfiyyətlə, müasir standartlara uyğun inşasını əngəlləyir. Bu da azmış kimi bəzi iri məmurların nəzarətindəki şirkətlərin ağırtonnajlı yük maşınlarının "toxunulmazlıq" hüququ əldə etməsi onsuz da dağılmağa bənd olan yollarımızın ömrünü daha da qısaldır.
Belədə isə Artur Rəsizadənin rəhbərlik etdiyi hökumət kabinetinin məsələnin üzərinə yenidən qayıtması və bununla bağlı daha sərt addımlar atılması üçün zəmin hazırlaması qaçılmaz zərurətə çevrilir. Nazirlər Kabineti verdiyi qərarın yerinə yetirilməsinə süni maneə yaradanlara qarşı tolerant davranmamalıdır. Yoxsa yollarımıza qarşı "genosid" həm büdcə pullarının itkisinə, həm də yollarla bağlı acınacaqlı durumun günbəgün pisləşməsinə gətirib çıxaracaq.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24