İsa Qəmbərin müşaviri istefa verdi
10:59 14-08-2014
CƏMİYYƏT
İsa Qəmbərin müşaviri istefa verdi
Müsavat Partiyası daxilində yeni qarşıdurma yarandı
Müsavat başqanının müşaviri Hüseyn Məlik partiyadan gedib. O, bu barədə Facebook hesabında məlumat yayıb.
"2003-ildən hal-hazıra qədər Müsavat Partiyasının üzvü olduğumdan qürur hissi duyduğumu, bu andan etibarən Partiyada fəaliyyətimi dayandırdığımı bəyan edirəm. Partiya ilə əlaqələrimin yenidən qurulmasının mümkünlüyünü qurultayın qərarından asılı olacağını bildirirəm. Bütün dostlarıma uğurlar arzulayıram", - deyə müşavir qeyd edib.
Ancaq məsələnin başqa müstəvidə olduğu bildirilir. Müsavat Partiyasının rəhbər şəxslərinin iştirakı ilə ötən gün axşam saatlarında keçirilən iclasında qalmaqal baş verib. Məlumata görə, iclasda Müsavat başqanının müşaviri Hüseyn Məlikin fəaliyyəti müzakirə mövzusu olub. İclasda çıxış edən bəzi funksionerlər H. Məliki partiyanın nüfuzuna xələl gətirməkdə və qurumun qərarlarının əleyhinə addım atmaqda ittiham ediblər. Yığıncaqda H. Məlikin partiyanın müşaviri kimi fəaliyyəti mənfi dəyərləndirilərək, onun bu postdan çıxarılmasına dair xüsusi qərar verilib.
Partiya başqanı İsa Qəmbər H.Məlikin Müsavat üzvülüyündən çıxarılıb-çıxarılmaması məsələsini Divanın səlahiyyətinə verib. İclasda bəzi funksionerlər isə H. Məlikin partiyadan çmıxarılmasını təklif ediblər. Lakin bu təklif hələ ki, qəbul olunmayıb.
Onu da qeyd edək ki, H. Məlikə yönələn təzyiqlərə əsas səbəb kimi onun AXCP ilə yaxın əməkdaşlıq etməsi olub. Müsavat partiyasının sıralarından istefa verən Hüseyn Məlik istefasının səbəblərini açıqlamaq istəmir.
"Unikal"ın əməkdaşı ilə söhbəti zamanı uzun illər siyasətdə olan Məlik istefası haqda danışmaqdan imtina edib. Deyib ki, şəxsi qərarına uyğun olaraq bu haqda danışmaq niyyətində deyil: "Hələlik vəziyyəti müşahidə edirəm. Görüm kim nə deyir". Müşavirlikdən azad edilməsi haqda İsa Qəmbərin qərarına gəldikdə Hüseyn Məlik bildirib ki, bunu istefa verdikdən sonra eşidib: "Axşam saatlarında eşitdim. Ancaq mən bundan bir neçə saat əvvəl istefa vermişdim. Odur ki, istefadan sonra partiyada hansısa addımın atılması, sərəncam verilməsi elə də əhəmiyyətli deyil. Bu istefadan sonra baş verib". İstefası haqqında danışmamaqda israr nümayiş etdirən Hüseyn Məlik söyləyib ki, istefası təsadüfən və qəfil olmayıb: "Amma səbəbi demirəm. Mən həmişə demişəm ki, siyasi karyeram İsa Qəmbərlə bağlıdır". Sabiq müşavir deyib ki, istefasından sonra yüzlərlə müsavatçı onunla əlaqə saxlayır, telefonu bir an belə boş durmur: "Telefonum dayanmır. Yüzlərlə müsavatçı dostlarım zəng edir. İstefa qəfil olduğu üçün hamı şokdadır. Amma mənə görə, bu istefam qəfildən olmayıb". Hüseyn Məlik əlavə edib ki, Müsavatdan istefa versə də, fəaliyyətsiz qala bilməz: "Mən 1988-ci ildən bu günə qədər fəaliyyət göstərmişəm: "Mən hərəkatçı adamam, meydanlarda olmuşam, bundan sonra da meydanlarda olacağam. Partiya üzvü olsam da, olmasam da meydanlarda olacağam. Ancaq gələcək fəaliyyətimlə bağlı qərar verməmişəm".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24