Arif Hacılı İsa Qəmbəri meydanda tək buraxır
13:20 15-08-2014
CƏMİYYƏT
Arif Hacılı İsa Qəmbəri meydanda tək buraxır
Qubad İbadoğlu sıradan çıxarılacaq
Müsavat partiyasında gərginlik davam etməkdədir. Partiyanın qurultayı yaxınlaşdıqca qrupların bir-birinə ittihamları artır və maraqlı istefalar ortaya çıxır. Be dəfə aydın oldu ki, Müsavat başqanı İsa Qəmbərin müşaviri Hüseyn Məlik partiyadan və müşavirlikdən istefa verib. Gəlin istefaların siyasi tərəflərinə diqqət ayırmadan öncə, bu istefalara olan reaksiyalara baxaq. Belə ki, Hüseyn Məlikin istefası ilə bağlı Müsavat partiyasının Divan üzvü Tural Abbaslının "Əgər başqan çıxardası olsaydı, hansısa yaramaz fəaliyyətinə görə, kifayət qədər müşaviri var idi, onları çıxarardı, nəinki Hüseyn bəyi" fikri partiyada birmənalı qarşılanmayıb.
T.Abbaslı açıqlamasında adını çəkmədiyi müşavirləri "yaramaz" yox, "yarıtmaz" fəaliyyətdə günahlandırdığını bildirib: "Mən onları yarıtmaz siyasi fəaliyyətdə günahlandırmışam. Burda həmin şəxslərin göstərdikləri siyasi fəaliyyətdən, onların partiyanın siyasi həyatında oynadığı roldan söhbət gedir. Onların partiya əleyhinə gördüyü işdən söhbət gedə bilməz. Mən demək istəmişəm ki, onlar müşavir kimi öz üzərinə düşən öhdəliyi yerinə yetirmirlər. Partiyanın işi ilə maraqlanmayan və partiyamızın işinə heç bir fayda verməyən müşavirləri nəzərdə tutmuşam. Hüseyn bəy öz üzərinə düşən işi görən, hətta partiya üçün gündəlik çalışan insandır. Onun partiyaya xeyir verməkdən başqa işi yoxdur".
Ad çəkmək istəməyən T.Abbaslı partiyada hamının "yarıtmaz müşavirlərin" kimliyindən xəbərdar olduğunu da qeyd edib: "Partiyada hamı, elə özləri də bilirlər ki, kimləri deyirəm. Sadəcə, indiki ərəfədə onların adının çəkib gündəmi dəyişməyi uğurlu hesab etmirəm".
Müsavat başqanın müşaviri Səxavət Əlisoy isə baş verənlərdən xəbərsiz olduğunu söyləyib: "Mən Bakıda deyiləm. Hüseyn Məlikin istefasından da, Tural Abbaslının açıqlamasından da xəbərsizəm. Hüseyn Məlikə də, Tural Abbaslıya da hörmətim var. Başqanın müşavir təyin etməsi və yaxud da onu istefaya göndərməsi başqanın səlahiyyətindədir. Bu məsələdə partiya Məclisinin qərarı olmur. Başqan özü səlahiyyətləri çərçivəsində müşavir təyin edir və müşaviri işdən azad edir. Bunun özü də maraqlı bir prosedurdur. Bilirsiniz, uzun illər adamlar eyni vəzifədə qaldıqca, vəzifə gözdən düşür. Bircə onu deyə bilərəm ki, partiyada bu proses çoxdan başlanmalı idi". Amma "Unikal"a daxil olan məlumata görə bu istefalar hələ davam edəcək və bunun kökündə yeni başqanlıq davası durur. Xatırladaq ki, qurultay olrsa başqanlıq uğrunda savaş əsasən Arif Hacılı ilə Qubad İbadoğlu arasında aparılacaq. Hazırda Arif Hacılı partiyada kifayət qədər gücə sahib olsada, İsa Qəmbər Arif Hacılıya o qədər də isti münasibət sərgiləmir və maksimum dərəcədə kənarda durmağa çalışır. Amma İsa Qəmbərə yaxın olan şəxslər birmənalı şəkildə Qubad İbadoğlunu dəstəkləyirlər. Bu isə sübut edir ki, dolayı yolla İsa Qəmbər Qubad İbadoğlunun yanında durmağa çalışır. Bu isə sözsüz ki, Arif Hacılını qane etmir və buna görə də partiyada müəyyən istefalar baş verir. Bəs bu istefaların kökündə nə durur? Ekspertlər hesab edir ki, istefa verən və verəcək şəxslər Arif Hacılıya yaxın şəxslərdir. Və Arif Hacılının məsləhəti ilə bu istefalar reallaşdırılır. Bununla da belə rəy yaradılır ki, İsa Qəmbər artıq öz komandasını idarə edə bilmir və beləliklə hazırkı başqan partiya daxilində nüfuzunu itirir. "Unikal"a daxil olan başqa bir məlumatda isə deyilir ki, bunları görən İsa Qəmbər də əks-addımlar atacaq. Belə ki, o qurultaya qədər bir neçə müşavirini və partiyanın aktiv bir neçə funksionerini vəzifəsindən kənarlaşdıracaq və Qubad İbadoğluna dəstək verən şəxsləri postlara gətirəcək. Bununlada Arif Hacılıya qarşı kompaniya daha da gücləndiriləcək. Bu arada Arif Hacılı tərəfdarlarına üstünlük verəcək olayda baş verə bilər. Çünki hazırda QHT-lərlə bağlı ciddi işlər aparılır və bir neçə şəxs vergidən yayınma, kommersiya ilə qanunsuz məşğul olma maddələri ilə həbs olunublar. Qubad İbadoğluda uzun müddətdir ki, QHT sektorundadır və milyonlarla manat dəyərində olan qrant layihələrində iştirak edib. Ehtimal olunur ki, aparılan araşdırmalar Qubad İbadoğludan da yan keçməyə bilər və müəyyən məqamda həbsi qaçılmaz olacaq. Belə olan halda isə Arif Hacılının qələbəsini heç kəs durdura bilməyəcək.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38