İqbal Ağazadədən şok açıqlama
14:38 16-08-2014
CƏMİYYƏT
İqbal Ağazadədən şok açıqlama
"Mən indi arestantları necə müdafiə edim, mən nəyi müdafiə edim?!"
"Qanunlar pozulubsa, biz başqa nə edə bilərik?". Bu fikirləri müxalifətyönlü mediaya verdiyi müsahibəsində Ümid Partiyasının sədri İqbal Ağazadə Rauf Mirqədirovun, Leyla və Arif Yunusların, eləcə də İntiqam Əliyevin həbsinə münasibət bildirərkən deyib.
Partiya sədrinin fikrincə adları çəkilənlərə qarşı çox ağır ittiham irəli sürülüb ki, onlar vətənə xəyanət ediblər: "Biz isə işin mahiyyətini bilmirik. İctimaiyyət, media bu haqda heç nə bilmir. Vəkil deyir ki, mən istintaqda qol çəkmişəm, iltizam vermişəm ki, istintaq sirrini aça bilmərəm… Mən indi arestantları necə müdafiə edim, mən nəyi müdafiə edim?!"
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı müxalifət daxilində ikili qütbləşmə yaranıb və tərəflər bir araya gələrək ümumi Müdafiə Komitəsində birləşməyə qarşı çıxırlar.
Xatırladaq ki, Milli Şura və AXCP bir, Müsavat, Ümid, ADP, KXCP və s. partiyalar isə ayrı qaydada Müdafiə Komitələri yaradıblar.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50