YAP parlamentdə zəifləməyəcək


YAP parlamentdə zəifləməyəcək
Eldar İbrahimov: "Əli Əhmədovla Mübariz
Qurbanlının yeri həmişə parlamentdə görünəcək"

"Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan Əli Əhmədovun və Mübariz Qurbanlının səriştəli kadrlar kimi vəzifəyə getməsi, hakim partiyaya sədrimiz və prezidentimiz tərəfindən böyük hörmət və diqqətin nəticəsidir".
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib. Onun sözlərinə görə, YAP-da müəyyən vəzifəni icra edən şəxslərin hakimiyyətdə yeni postlara irəli çəkilməsi hakim partiya üçün qürurvericidir: "Ona görə də parlamentdə YAP-ın zəifləməsindən söhbət gedə bilməz. Əvvəl deputat olan Əli Əhmədov YAP-ın icra katibi, Mübariz Qurbanlı isə onun müavinlərindən biridir. Təbii ki, onların yeri hər zaman Milli Məclisdə görünəcək. Amma bu o demək deyil ki, YAP parlamentdə zəifləyəcək. Bu cür fikirləri qəbul etmirəm". Qeyd edək ki, Əli Əhmədov baş nazirin müavini, Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunduqlarına görə deputat mandatlarından imtina ediblər.