Politoloq: "Rusiya ermənilərinin məqsədinin Rusiyanı ABŞ-a təslim etdirmək olması təsdiqləndi"
14:42 16-08-2014
CƏMİYYƏT
Politoloq: "Rusiya ermənilərinin məqsədinin
Rusiyanı ABŞ-a təslim etdirmək olması təsdiqləndi"
SSRİ-nin və sonradan Rusiyanın paytaxtı olmuş Moskvadakı ermənilərin rolu XX əsrin 60-cı illərindən ABŞ-ın diqqətində olub.
Bu barədə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloqun sözlərinə görə, ABŞ-ın tarixində ən nüfuzlu ermənilərdən sayılan Edvard Cerecyanın Anastas Mikoyanla ilk görüşü barədə diqqətçəkən açıqlaması var: SSRİ-nin rəhbərlərindən biri A.Mikoyanın ABŞ-a səfəri zamanı Ağ Ev rəhbərliyinin bilərəkdən E.Cerecyanı A.Mikoyanla görüşə təşviq etməsi belə marağın ilk rəsmi sübutu kimi qəbul edilə bilər.
M.Əhmədoğlu qeyd edib ki, geosiyasi proseslərə təsir baxımından ABŞ-dakı ermənilər dünya erməniliyinin favoritidir.
O, bildirib ki, ABŞ-dakı ermənilər rəsmi qurumlarla ciddi, sıx əlaqəyə malikdirlər və bu əlaqələr əksərən rəsmi Vaşinqton tərəfindən ermənilərə sifarişlərin verilməsi ilə nəticələnir:
"ABŞ-dakı ermənilər ABŞ-ın rəsmi və xüsusi xidmət orqanlarından aldıqları sifarişi qısa müddət ərzində dünya erməniliyinin konkret ünvanına çatdıra bilirlər. Sifarişin çatdırıldığı erməni toplumu bu sifarişi canla-başla yerinə yetirir. ABŞ-ın rəsmi və xüsusi xidmət orqanları SSRİ-ni daxildən parçalamaq üçün milli və iqtisadi problemlərdən istifadə etmək planı hazırlamışdılar. Bu sifariş SSRİ-dəki ermənilərə verildi. Moskvada, Ermənistanda və Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan ermənilər ABŞ-dan gələn sifariş qarşısında "farağat" dayandılar.
M.Qorbaçovun iqtisadi müşaviri akademik A.Aqanbekyan ermənilərin anti-SSRİ fəaliyyətə başlmasının nəzəri postulatlarını hazırladı və Fransanın "Humanite" qəzetində dərc etdirdi. Dağlıq Qarabağda aktivlik daha konkret mərhələyə keçdi. Yerevanda Azadlıq meydanında mitinqlər başladı, Moskvadakı ermənilər dövlət xadimlərini və tanınmış simaları ABŞ-ın planına xidmət etmək üçün ələ almağa başladılar. Nəticə göz qabağındadır. SSRİ yoxdur və Dağlıq Qarabağ münaqişəsi Rusiya üçün kifayət qədər təhlükə mənbəyi olaraq qalmaqdadır".
Politoloqun fikrincə, Serj Sarkisyan Dağlıq Qarabağdakı müharibəni Şimali Qafqaz regionu ilə əlaqələndirmənin nəzəri əsaslarını işləyib hazırlayıb.
M.Əhmədoğlunun sözlərinə görə, S.Sarkisyan V.Putindən Ukrayna məsələsində hesabat tələb etmək əvəzinə, Çərkəz və Şimali Qafqazla əlaqələr məsələsində V.Putinə hesabat versəydi, daha yaxşı olardı: "Moskvadakı ermənilər ABŞ-a xidmət etmək üçün daha sonralar da ciddi aktivlik göstəriblər. Eşşək yarışı ilə məşğul olan L.Ayrapetyana Barak Obamanın və ABŞ-ın digər rəsmilərinin isti münasibəti təsadüfi deyil. ABŞ-da L.Ayrapetyana bu nüfuzu ABŞ-ın yolunda sərf etdiyi pullar qazandırıb. L.Ayrapetyan Rusiyadan qazandığı pulu ABŞ-ın maraqlarına, o cümlədən Ermənistandakı ABŞ səfirliyi binasının tikintisinə və Dağlıq Qarabağ münaqişəsinin qızışmasına xərcləyib. Kasıb tələbə kimi Moskvaya gedən L.Ayrapetyanın Rusiyanın pulları hesabına milyarder olduqdan sonra qazandıqlarını ABŞ-ın antirusiya proqramlarına xərcləməsi təsadüfi deyil".
Politoloq vurğulayıb ki, M.Xodorkovski Putin tərəfindən əfv olunmasına baxmayaraq anasının dəfninə gələ bilmədi: "Çünki M.Xodorkovski bilir ki, Rusiyanın başına nə oyunlar açıb. M.Xodorkovski müavini V.Aleksanyan vasitəsi ilə Ermənistanda "Yukos-Armenia" şirkəti yaratdı. Ermənistandakı şirkət vasitəsi ilə 2000-ci illərin əvvəlində 4 milyard dollar rus kapitalı Rusiyadan kənara çıxarıldı. Bu, Ermənistanın o zamankı büdcəsindən iki dəfədən çox idi. Eləcə də "Yukos-Armenia"nın adı Ermənistanda ABŞ səfirliyinin binasının tikintisində hallanır".
M.Əhmədoğlu əlavə edib ki, Sarkisov qardaşları Rusiyanın hesabına dörd milyard dollar pula sahibdirlər: "Qardaşlardan biri ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində Ermənistanın konsuludur. Digər Sarkisov isə yaxınlarda Fransanın Lion şəhərində Ermənistanın konsulu təyin edildi. Diplomatik toxunulmazlıq Sarkisovların dörd milyard dollarının Rusiyadan kənara çıxmasına şərait yaradacaq".
Politoloqun sözlərinə görə, "Ameriabank"ın rəhbəri Ruben Vardanyan RF-dən milyard dollarların çıxarılmasında iştirakı digər ermənilərdən az deyil: "Milyonlarla dolları Rusiyadan çıxaran ermənilərin sayı isə dəfələrlə çoxdur. Aşot Yeqiazaryan kimilər Rusiyanın bütün regionlarında var. Arktika uğrunda geosiyasi mübarizə qızışıb. Çox ehtimal ki, Artur Çilingərovun hansı materialları birbaşa və ya dolayısı yolla ABŞ-a ötürdüyü az sonra bəlli olacaqdır. Bu, ermənilərin Rusiyadan ABŞ-a, Qərbə tərəf apardıqlarıdır. ABŞ-dan isə Rusiyaya gətirilənlər özünəməxsus demokratiya və insan hüquqlarıdır. Kasparov və "Qolos"un rəhbərlərindən biri Qriqori Melkonyantsın fəaliyyəti heç kimə sirr deyil. Bu gün Rusiyanın media mühiti, kino və mədəniyyət sahəsi tamamilə ermənilərin əlindədir. M.Simonyan, N.Akopov A.Qabrielanov indi özlərini Kurginyan kimi təqdim etsələr də, onlar istənilən anda Levon Ayrapetyana və ya H.Kasparova çevrilə bilərlər. Rus ictimai-siyasi mühitində ermənilərin hakim rola malik olması tanınmış rusları da ermənilərlə hesablaşmağa məcbur edir. Beləliklə, akademik Aleksey Qriqoryeviç Arbatov, avrasiyaçı A.Dügin, Rusiya Strateji Tədqiqatlar İnstitutunun direktoru L.Reşetnikov, hərbi ekspert Pavel Felqenqauer, "Rusiya qlobal siyasətdə" jurnalının baş redaktoru Fyodor Lukyanov kimi nüfuzlu şəxslər də ermənilərin maraqlarını Rusiyanın marağından üstün tutmağa məcburdur. Bu analitiklərin beyinləri ermənilərlə əlaqəli məsələlərdən başqa bütün məsələləri normal təhlil edə bilir. Əks təqdirdə onların fikirləri Rusiyanın populyar mətbuatında dərc olunmayacaq. Rusiyanın mətbuatının ermənilərin maraqlarına işləməsinin ən bariz sübutlarından biri Soçi görüşü zamanı baş verdi. Ermənistan prezidenti S.Sarkisyan Rusiya prezidenti V.Putinin Dağlıq Qarabağ münaqişəsində Rusiyanın xüsusi rola malik olması ilə bağlı təklifini rədd etdi. Rusiyanın aparıcı mətbuatı isə S.Sarkisyanın V.Putinin təklifini rədd etməsini ictimaiyyətdən gizlətdi".
M.Əhmədoğlu əlavə edib ki, SSRİ dağıldıqdan sonra Rusiyada formalaşan ermənilər özlərinin maraqlarını inkişaf etdirmək naminə "Erməni arzusu" ideyasını ortalığa atdılar: "20 il keçib. Bu 20 il ərzində ermənilər Rusiyadan milyardları Qərbə qaçırıblar. Kapital axınına şərait yaradıblar. Amerikadan Rusiyaya isə ABŞ-a demokratiya və insan hüquqları kimi alətləri gətiriblər. Nəticədə uzun müddət Kreml ABŞ-ın "obkom"u kimi görünüb. "Erməni arzusu"nun əsl mahiyyəti bu imiş".
Politoloqun sözlərinə görə, prezident V.Putin Rusiyanın dirçəlməsi üçün ən böyük daxili təhlükəni müəyyənləşdirməlidir: "Bu ermənilər və onların təsiri altında olan rus siyasətçiləri və mətbuat təmsilçiləridir. Ermənilərin Moskvanın daxilindəki gücü Qərbi Rusiyanın üstünə ruhlandıran ən böyük parametrdir. V.Putin erməniləri neytrallaşdıran kimi ABŞ-ın Rusiyaya münasibəti daha hörmətli münasibət olacaqdır. Ermənilərin neytrallaşmasının ən son mərhələsi isə Zəngəzurun Azərbaycana qaytarılmasıdır; Ermənistanın İranla coğrafi əlaqəsi kəsiləcəkdir. Bu Ermənistanı quberniya statusunda Rusiyanın tərkibinə girməyə təhrik edəcəkdir. Belə halda ermənilər geosiyasi baxımdan V.Putin və eləcə də gələcək Rusiya üçün təhlükə ola bilməyəcək".
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50