Azərbaycan ÜTT çərçivəsində danışıqların növbəti raunduna hazırlaşır
09:42 19-08-2014
CƏMİYYƏT
Azərbaycan ÜTT çərçivəsində danışıqların növbəti raunduna hazırlaşır
Azərbaycan hökuməti 2014-cü il noyabrın sonunda Ümumdünya Ticarət Təşkilatının (ÜTT) işçi qrupu ilə növbəti görüşün keçirilməsinə ümid edir.
Bunu danışıqlar qrupunun rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan sentyabrın sonuna ÜTT-nin üzv ölkələrinin suallarına cavabları təqdim etməyi planlaşdırır: "Bunun əsasında katiblik "Factual Summary" icmal hesabatını hazırlayacaq. Hesabat ölkələrə göndəriləcək".
Nazir müavini qeyd edib ki, kənd təsərrüfatına daxili dəstək məsələləri üzrə çoxtərəfli danışıqlar üçün Azərbaycan ÜTT-nin katibliyinə son 3 ildə (2011-2013) ölkənin aqrar sənaye kompleksində dəyişikliklər nəzərə alınmaqla yeni cədvəli təqdim edib.
İşçi qrupu ilə son görüş 2014-cü ilin iyununda baş tutub.
M.Məmməd-Quliyev deyib ki, iyunun sonunda keçirilmiş danışıqlar prosesinə yeni 4 ölkə - Səudiyyə Ərəbistanı, Malayziya, Dominikan Respublikası və Honduras qoşulub: "Üç ölkə ilə fikir mübadiləsi aparılıb, lakin Səudiyyə Ərəbistanı danışıqlarda geniş tərkibdə təqdim olunmuşdu və artıq konkret məsələləri qoymağa başladı".
Yayda ümumilikdə 12 ölkə ilə ikitərəfli danışıqlar keçirilib.
Onun sözlərinə görə, ÜTT çərçivəsində Azərbaycanla danışıqların aparılmasına artan maraq nəzərə alınsa, danışıqlar prosesinin başa çatması haqqında nəsə demək hələ tezdir. M.Məmməd-Quliyev təşkilatın işçi qrupu ilə görüşlər çərçivəsində ikitərəfli danışıqların aparılması imkanını istisna etməyib".
Qeyd edək ki, Azərbaycan 1997-ci ildən ÜTT yanında müşahidəçi statusuna malikdir. Azərbaycan ÜTT-nin üzv ölkələri ilə danışıqlara 2004-cü ildə başlayıb. Hazırda 18 ölkə ilə danışıqlar aparılır.
Digər Xəbərlər
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05