Razim Məmmədovun Xətaidəki "yaşıl soyqırımı"na aid yeni fakt
07:44 21-08-2014
CƏMİYYƏT
Razim Məmmədovun Xətaidəki "yaşıl soyqırımı"na aid yeni fakt
Paytaxtın bu rayonunun sakinlər yenə həyətdəki ağacların kəsilməsindən şikayət etdi
Ağacların kəsilməsi haqda məlumat bu dəfə paytaxtın Xətai rayonu, Telnov 8 ünvanından gəldi.
İşi icra edənlər kəsdikləri ağacları yük maşınına yığıb ərazidən uzaqlaşmağa çalışdılar. Onlarda ağacları kəsmələri üçün icazə sənədinin olub-olmamasını soruşduqda isə icra hakimiyyətindən göndərildiklərini bildirdilər.
Sakinlər deyir ki, ərazidə əvvəllər xeyli sayda ağac, bina sakinlərinin istirahəti və uşaqların əylənməsi üçün müvafiq qurğular və oturacaqlar olub. Son günlərdə isə həyətdəki ağaclar kəsilərək ərazidən uzaqlaşdırılıb, sözügedən qurğular isə sökülüb.
Növbəti diqqəti çəkən məqam isə o oldu ki, bəzi yaşıl və həm də cavan ağacların diblərinin qazılaraq köklərinin yandırılması oldu. Sakinlər isə deyir ki, belə olan halda ağac quruyacaq və onu kəsmək üçün əsaslı səbəb yaranacaq, məqsəd isə budur.
Məsələ ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətinə yollandıq (ans-press). Qurum rəsmisi Vadim Surxayev bildirdi ki, paytaxtda aparılan yenidənqurma işlərilə əlaqədar, nəinki mərkəzi prospektlərdə, eləcə də məhəllədaxili yollarda da təmir işləri gedir. Bu, məqsədlə Telnov 8 ünvanında da yeni park salınması nəzərdə tutulur. Eskiz layihə də hazırlanıb.
Memar Vadim Surxayev onu da bildirdi ki, "Ərazidəki ağacların budanması və kəsilməsi eskiz layihəyə uyğun aparılır. Çünki bəzi hissələrdə ağaclar keçidlərin yaradılmasına imkan vermir. Sakinlər isə əmin ola bilər ki, ərazidə heç bir yaşayış obyekti tikilməyəcək. Sentyabr ayında park sakinlərin istifadəsinə veriləcək".
"Unikal" olaraq qeyd edək ki, Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü ilin iyul ayının 1-də "Yaşıllıqların mühafizəsi haqqında" qanunun tətbiqi barədə fərman imzalayıb. Bundan başqa ölkə başçısı Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasda müxtəlif yerlərdə ağacların kəsilərək yerində ev tikilməsi ilə bağlı olduqca sərt çıxış edib: "Nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər. Vəziyyət əvvəlki illərə nisbətən daha müsbətdir, ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir".
Ağackəsmənin tam şəkildə dayandırılmasını zəruri sayan prezident deyib ki, aidiyyəti qurumlar təklif versin: "Ancaq ictimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir".
Keçən saylarımızda da bildirdiyimiz kimi, ölkə rəhbərliyinin bütün bu göstərişlərinə rəğmən Razim Məmmədovun icra başçısı olduğu Xətai rayonunda yaşıllıqların məhv edilməsi səngimir. Mütəmadi olaraq paytaxtın bu rayonunun sakinləri ağacların və kolların qırılması ilə bağlı mətbuata müraciətlər ünvanlamağa, şikayətlər göndərməyə davam edirlər. Görəsən, bu "yaşıl soyqırım"a qarşı "dur" deyiləcəkmi?
Günel Əkbər
Digər Xəbərlər
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30