Estoniya parlamentinin üzvü: "Estoniya dövləti və parlamenti Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir"
07:48 21-08-2014
CƏMİYYƏT
Estoniya parlamentinin üzvü: "Estoniya dövləti və parlamenti Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir"
"Bu gün Estoniya dövləti, o cümlədən parlamenti Dağlıq Qarabağın Azərbaycanın ərazisi olması məsələsində rəsmi Bakının mövqeyini birmənalı dəstəkləyir".
Bunu açıqlamasında Estoniya parlamentinin azərbaycanlı deputatı Eldar Əfəndiyev deyib.
Rəsmi Tallinin işğal faktını pislədiyini söyləyən E. Əfəndiyev bildirib ki, bir müddət əvvəl ermənilərin parlamentə təqdim etməyə cəhd göstərdikləri qondarma "erməni soyqırımı" layihəsi rədd edilib və hətta xəbərdarlıq edilib ki, belə bir layihəyə bir daha gündəmə gətirilməsin: "Bütün bunlar təbii ki, səbəbsiz deyil. Estoniya-Azərbaycan əlaqələrinin möhkəm olması ilə yanaşı, burada yaşayan azərbaycanlıların da bu məsələdə rolu çox böyükdür. Məsələn, azərbaycanlılar yeganə milli azlıqdır ki, 1988-ci ildə Estoniyada milli azadlıq hərəkatı başlayanda Estoniyanın müstəqilliyini açıq şəkildə dəstəkləyiblər. Bunu eston xalqı və dövləti heç vaxt unutmur. Bu mühiti dəyərləndirən Azərbaycan diasporu təbii ki, Azərbaycan və işğal olunmuş torpaqlarla bağlı yerli ictimaiyyəti yaxşı məlumatlandıra bilir".
E. Əfəndiyevin sözlərinə görə, Estoniyada Azərbaycan cəmiyyətlərinin rolu xeyli güclənir və bu, tezliklə dövlət strukturlarında azərbaycanlıların yeni postlar tutması ilə nəticələnə bilər.
E. Əfəndiyev 1954-cü ildə Tallində doğulub və əslən Azərbaycanın Şəki rayonundandır. O, artıq ikinci dəfədir Estoniya parlamentinin deputatı seçilir.
Qeyd edək ki, "APA Holding"in Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyi "Sərhəddən kənar azərbaycanlılar..." adlı layihə çərçivəsində Baltikyanı ölkələrdə fəaliyyət göstərən azərbaycanlılarla görüşlər keçirilir.
Digər Xəbərlər
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50