Siyasi marifləndirmədə yad təfəkkürlər
11:41 22-08-2014
SİYASƏT
Siyasi marifləndirmədə yad təfəkkürlər
Özümüzdə olanları qorumaq əsas məsələdir
Bu gün insanların marifləndirilməsi, insan hüquq və azadlıqlarının tətbiqi ciddi araşdırma mövzusu olub və nədənsə kənardan ixrac olunun müəyyən fikirlər və texnologiyalar sadəcə mənfi nəticələrlə yadda qalıb. İlk olaraq insanların siyasi marifləndirilməsində tətbiq olunan NLP sisteminə diqqət yetirək. Özünün altşüurundan imtina ilə yeni texnologiya ilə marifləndirməyə daha yaxın olduğumuzu iddia edənlər məhz bu sistemin aşağıdakı üstünlüklərini və NLP-in bizə qazandıra biləcəklərini iddia edirlər. Beləliklə NLP bizə nə qazandırır?
1. Öyrənmə müddətini sürətləndirir,bunun nəticəsində dəyişikliklərə adaptasiya olmaqdan əlavə dəyişiklik yaratmağımıza və iş sahəmizə uygun idarə üsulunu tapmağımıza kömək edir.
2. İş sahəmizdə və şəxsi həyatimizda get-gedə möhkəmlənən qarşiliqli təsirin qurulmasina kömək edir.
3. Həssaslığımızı artıraraq, davranış və mövqeyimizi yenidən şərh etməyimizə imkan verir.
4. Olası variantlari artiraraq, təsir edə biləcəyimiz sahəni genişləndirir.
5. Ətrafdakıları birgə fəaliyyətə yönləndirib, bağlılıq kimi duyğular yaradaraq cəmiyyətdə öz yerinizi tutmağa kömək edir.
6. Duyğu və düşüncələrinizi yönləndirərək daxili dünyanızın sahibi və gələcəyinizin memari ola bilərsiniz.
7. Şüuraltını hərəkətləndirərək onun gücündən öz xeyrinizə istifadə edə bilərsiniz....
Əslində isə NLP insanların təfəkkür və düşüncə tərzini bir çərçivəyə salan, sanki kütlə psixologiyasına boyun aymağa yönəldən bir sistemdir. Altşüurdan imtina sözsüz ki, keçmişdən imtina və dünənki cəmiyyətin unudulması deməkdir.Əksər ekspertlərdə hesab edir ki, NLP tipli sistemlər elə siyasi marifləndirmənin qarşısını alan, həm də indivudal inkişafı dayandıran bir prosesdir. Bu gün cəmiyyətin inkişafına ikinci mənfi təsir göstərən faktor ədəbiyyat sahəsində baş verənlərdir. Təpədən-dırnağa sanki yazar dünyasının boynuna qoyulub ki, posmodern baxışlarına sahib ola bilməyənlər yazıçı və ya şair olaraq qəbul edilməyəcək. Dərd isə ondadır ki, posmodernizmi isə sonuna qədər belə bilmirik və bu günə qədər ortaya ciddi bir əsər çıxarılmayıb. Bu gün Azərbaycanda əslində posmodernzm ədəbiyyatı öldürüb. Qələmi və istedadı olan bir neçə parlaq zəka sahibi isə məhz posmodernizmə maraq göstərəndən sonra unuduldular. Beləliklə açıq şəkildə gördüyünüz kimi kənardan ixrac olunan sistemlər cəmiyyətin marifləndirməsinə, inkişafına müsbət yox mənfi təsir göstərməkdədir. Bəs belə olan halda nələr etmək vacibdir? . Ekspertlər hesab edir ki, cəmiyyətin inkişafı və istəyə nail olmaq üçün ilk növbədə insanlar arasında şəffaflıq yaradılmalı, hakimiyyətin idarəetmə sistemində şəffaflıq prinsipləri tam olaraq tətbiq edilməlidir. Bu baxımdan "Asan" xidmətinin fəaliyyətini xüsusi ilə qeyd etmək lazımdır. Ekspert Vüsalə Hüseynli bildirir ki, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən hazırda iki mühüm proqram tətbiq olunmaqdadır. Bunlardan biri Açıq Hökumətin Təşviqinə dair Milli Dövlət Proqramı, digəri isə Korrupsiyaya qarşı Milli Dövlət Proqramıdır:
"Hər iki proqramın mahiyyəti ondan ibarətdir ki, dövlət qurumlarının fəaliyyətləri bugünkü tələblərə uyğun şəkildə qurulsun, vətəndaşların istək və arzuları nəzərə alınaraq formalaşsın. Ən əsası isə dövlət qurumlarında sənəd qəbulunda vətəndaşların iştirakı, zamana və maddi xərclərə qənaət etmək, ölkə ictimaiyyətin bu və ya digər formada şəffaflığın təmin olunması şərti ilə dövlət idarəçiliyində iştirakını təmin etməkdir".
V.Hüseynli qeyd edib ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və xalqımıza diqqətinin, qayğısının nəticəsi olaraq, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaranması ilə bağlı sərəncam imzalanıb ki, bu da yuxarıda qeyd olunan hər iki dövlət proqramının nəticəsi kimi dəyərləndirilə bilər:
"Çünki bu agentlik, dövlət-vətəndaş münasibətləri arasında yeni keyfiyyət kateqoriyasının yaranmasında mühüm rol oynadı. Bu addım ölkə başçısının Azərbaycan xalqına qayğısının nəticəsi kimi dəyərləndirilə bilər. Bu agentlik vasitəsi ilə regionlarda "ASAN xidmət" Mərkəzləri formalaşmağa bağlayıb ki, bu proses bütün ölkə boyu davam edəcək.
Vətəndaşlar bir çox sahələrdə sənədlərin əldə olunmasında, elektron xidmətlərdən istifadə etməklə, dövlət qurumları ilə əlaqələrin tənzim olunmasında "ASAN xidmət" Mərkəzlərinin xidmətlərindən faydalana biləcəklər".
QHT sədri ölkəmizdə elektron imzanın istifadəsindən, elektron hökumət, bir pəncərə sistemi barədə də məlumat verərək, ictimaiyyəti aparılan bu islahatlarda aktiv iştiraka çağırıb. Görüşdə çıxış edən koalisiya üzvü Mübariz Göyüşlü, Şəmkir Resurs və Təlim Mərkəzi İctimai Birliyinin sədri Fuad Poladov, Ağstafa rayon sakini Layiq Qələndərov və digərləri də qeyd ediblər ki, bu gün açıq hökumətin təşviqi ilə bağlı layihənin "Gənclər Koalisiyası" tərəfindən icrası, ölkə başçısının gənclərə, vətəndaş cəmiyyəti institutlarına verdiyi diqqətin təzahürüdür və son dövrlər ölkəmizdə şəffaflığın təmini ilə bağlı elektron hökumətin fəaliyyəti qeyd etdiklərimizi bir daha sübut edir.
İctimai dinləmələr rayon sakinləri açıq hökumətin təbliği ilə bağlı proqramın əhəmiyyətini vurğulayaraq "ASAN xidməti" Ağstafada da gözlədiklərini qeyd edərək, "ASAN xidmət"in yaranmasını ölkə başçısının Azərbaycan xalqına etdiyi hədiyyə kimi qiymətləndirdilər və ölkə başçısına təşəkkür etdilər. İctimai müzakirə zamanı çıxış edən rayon sakinləri yeni təklif irəli sürərək, Ağstafada Qeyri-Hökumət Təşkilatının yaradılması ilə bağlı Gənclər Koalisiyasından dəstək istəyiblər. Bununla yanaşı ekspertlər hesab edir ki, cəmiyyətin inkişafı üçün gənclərə də xüsusi qayğı və diqqət ayrılmalı, onların idarəetmə sistemindən tutmuş, qanunvericilik strukturlarına qədər bütün sahələrdə təmsil olunmalarını təmin etmək şərtdir. Görünür bunu nəzərə alan yeni Azərbaycan Partiyası qarşıdan gələn bələdiyyə seçkilərində gənclərə daha çox üstünlük verəcəklər. Bundan başqa hazırda bir sıra nazirliklərdə gəncləşdirmə prosesləri həyata keçirilir və Təhsil Nazirliyinə nazir olaraq bir gəncin gətirilməsidə bu prosesi sürətləndirdi. İndi isə artıq növbəti mərhələyə start verilib. Belə ki,Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Gənclər Siyasəti üzrə I Qlobal Forumun keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib.
Sərəncamda I Qlobal Forumun yüksək səviyyədə keçirilməsini təmin etmək üçün aidiyyəti dövlət qurumlarının iştirakı ilə Gənclər və İdman Nazirliyi nəzdində Təşkilat Komitəsinin yaradılması, tədbirdə iştirak edəcək nümayəndə heyətləri ilə işləyəcək könüllülərin cəlb edilməsi və təşkil olunması, xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditasiyası, forumun yerli KİV-lərdə işıqlandırılması, tədbirin keçirildiyi günlərdə mədəni proqramın və şəhərdaxili turların təşkili və digər məsələlər nəzərdə tutulub.Xatırladaq ki, forum bu il oktyabrın 28-30-da Bakıda keçiriləcək.Qeyd edək ki, belə bir forumun Azərbaycanda keçirilməsi gənclərin formalaşması üçün yetərli qədər mühüm rol oynayacaq. Çünki bu bir tərəfdən gənclərin formalaşmasına müsbət təsir göstərirsə, digər tərəfdən də gənclərin beynəlxalq təşkilatlara çıxışını təmin edir. Bunu da unutmayaq ki, artıq Azərbaycan gənclərinə məxsus elə təşkilatlar var ki, Avropa ölkələrində də uğurla fəaliyyət göstərirlər və bununda nəticəsində Qarabağ həqiqətləri daha sürətlə yayılır. Beləliklə çıxarılan nəticə budur ki, cəmiyyətin marifləndirilməsi, daha bitkin bir cəmiyyətə çevrilməsi üçün, heç də əlimizdə olanlardan imtina edib, kənardan gətirilənləri qəbul etməliyik. Çünki milli dəyərlər var və kənardan gətirilən sistemlər əksər hallarda özünü doğrultmur. Başqa cür desək bu gün Şərqlə Qərbin qovşağında olan Azərbaycanı nə Qərb, nədə Şərq baxışları ilə yükləmək olmaz. Əslində bu gün Azərbaycanda mövcud olan dini tolerantlıq, ətraf mühütlə ünsiyyət milli dəyərlərdən gələn keyfiyyətlərdir və dünya beyin mərkəzləri bunun araşdırması ilə məşğuldurlar. Belə bir məqamda bizlərin özündən imtinası sadəcə olaraq gülünc doğurar. Əlimizdə olanları dağıtmaqla yeni nəyəsə nail ola bilmərik və bu reallığı həzm etməliyik.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50