Arif Hacılıya qarşı sərt ittihamlar
13:53 23-08-2014
CƏMİYYƏT
Arif Hacılıya qarşı sərt ittihamlar
MMP sədri deyir ki, Mərkəzi İcra Aparatının rəhbərinə
şəhərin mərkəzində 4 otaqlı ev, Novxanıda bağ verilib
Son günlər mediada Müsavat Partiyasının qərargahında baş vermiş "əlbəyaxa" davanın detalları əsas müzakirə mövzusudur.
Baş vermiş hadisəni Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Unikal"a açıqlamasında baş verənlərin təbii qarşıladığını bildirib. Hafiz Hacıyev bildirib ki, Müsavat başqanlığına əsas iddialılardan biri Arif Hacıyev Azərbaycan millətindən olmayan bir insandır. Müasir Müsavat partiyasınn sədri deyib ki, Arif Hacılı partiyanın təməl prinsiplərinə ziddi addımlar atır: "Biz Arif Hacıyevlə bir yerdə işləmişik. O, həmişə dağıdıcılıqla məşğul olub. Arif Hacıyev "Müsavat" partiyası yaranandan gündən onu predmetinə çevirib. Milli Şuranı da kifayət qədər vəsait aldıqdan sonra dağıtdılar. Qəmbərov İsa ailəsini idarə edə bilməyən bir adamdır. O, partiyanı necə idarə edəcək? Müsavat Partiyası artıq dağılır və partiyanın bir neçə üzvü artıq bizim partiyaya keçib. "Müasir Müsavat" partiyasına keçən adamların adlarını hələ açıqlamaq istəmirəm. Ancaq yaxın günlərdə ictimayyət onları tanıyacaq. Müsavat Partiyasının üzvləri haqq yoluna gəliblər Onalrın hamısı əsl Müsavat ideyalarını daşıyan "Müasir Müsavat" partiyasına qoşulacaqlar".
Hafiz Hacıyev daha sonra əlavə edib: "Müsavat partiyasına kim başqan gəlir gəlsin xeyiri oxdu. Ona görə ki, oranın bünövrəsi düzgün qoyulmayıb. 20 günə kimi Müsavat partiyasında nələr olacağını hamınız görəcəksiz. O partiyanın daxilində xarici kəşfiyyata, erməni kəşfiyyatına, ölkə daxili klanlara işləyənlər var. Müsavat Partiyasının qəzeti olan "Yeni Müsavat" qəzetini oxuyanda bilinir ki, onlar ölkə daxilində hansı klanlara, hansı mafiyalara işləyirlər.
Müsavat Partiyasından bizə keçənlər yaxın günlərdə partiya daxilində nələr baş verib hamısın açıb danışacaqlar. Onlar bildirəcəklər ki, Qəmbərov İsa erməni kəşfiyyatına necə işləyib, Gürcüstan vastəsi ilə necə ermənilrlə necə əlaqə qurub, Arif Hacıyevin şəhərin mərkəzində 4 otaqlı evin alması, ona Novxanıda bağın verilməsi. O insanlar bütün bu faktların üstün açacaqlar", deyə Hafiz Hacıyev sözlərinə əlavə edib.
Qeyd edək ki, Müsavat Partiyası Arif Hacılı ilə Qubad İbadoğlu arasında baş vermiş insidenti yalan məlumat adlandırıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05