Partiya sədrindən Əli Kərimliyə dərs
13:54 23-08-2014
CƏMİYYƏT
Partiya sədrindən Əli Kərimliyə dərs
Elşən Musayev: "Biz sənin kimi arvad donunun, ətəyinin altında gizlənməyi, Kəmalə Bənənyarlılar, Xədicə İsmayıllar yetişdirməyi də bacarmırıq"
"Azadlıq" qəzetində Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri Elşən Musayev və onun yazılarını tirajlayan saytlar haqda təhqiredici yazı yayımlanıb.
ADMP sədri "Azadə" imzası ilə yazılan təhqiredici yazının müəllifinin AXCP sədri Əli Kərimli olduğunu bildirib. ""Azadlıq" qəzetində özüm haqda yazını oxudum. Azadə imzası ilə. Əhsən Əli Kərimli! Demək ki, indi də dönüb Azadə oldun" - deyə qeyd edən Elşən Musayev qadın adının Əli Kərimliyə yaraşdığını vurğulayıb: "Nə deyim. Siyasətdə, həyatda azad olmağı bacarmayan insan zatən sonunda təkəbbür kompleksinə girib elə Azadəfason da bir şey olmalı idi. Və ya "azad" kəlməsinin kişi cinsi sənə heç bir halda uyğun gəlmədiyi üçün demək ki qismətində bir də bu sözün qadın cinsini tapıb, zorlayıb, təcrübə dovşanına çevrirmək varmış!".
ADMP sədri AXCP sədri Əli Kərimlini milli maraqları satmaqda günahlandırıb və onu da bildirib ki, dövlətinə, liderinə sadiq olan heç bir kəs bu işi bacarmaz: "Biz sənin kimi hər fürsətdə, hər addımda vətən, milli maraq, lider satmağı bacarmadıq. Bacarmırıq. Bacarmarıq! Biz erməninin ağzından girib paçasından, cibindən girib Allah bilir harasından çıxan Leyla Yunuslara bacı, sirdaş, yoldaş deməyi bacarmadıq. Bacarmırıq. Bacarmarıq! Və nəhayət, biz sənin kimi arvad donunun, ətəyinin altında gizlənməyi, Kəmalə Bənənyarlılar, Xədicə İsmayıllar yetişdirməyi də bacarmadıq. Bacarmırıq. Bacarmarıq!".
"Yox artıq. Bu qədəri olmaz"-deyə bildirən Elşən Musayev Əli Kərimliyə vicdanlı olmağı məsləhət görüb: "Ən azından insaf və vicdan xətrinə olmaz. Vallah ki, olmaz. Öz lideri, yəni Elçibəy haqqda tərbiyəsiz diskləri tirajlayıb yayan, hakimiyyət naminə Qarabağı hətta hindu tayfasına belə peşkəş etməyə hazır olan, illərdir kişilik sindromundan əziyyət çəkən biri tərəfindən isə heç olmaz!".
ADMP sədri AXCP sədrini dəfələrlə debata çağırdığını da vurğulayıb: "Səni bəlkə 50 dəfə "Azadlıq" radiosunda canlı debata çağırmışam. Bu da 51-cisi olsun. Cəsarətin varsa ora gəl. İçində kişilik anlayışından çox demirəm zərrə qədər də olsun "ridument"- filana bənzər bir şeylər qalıbsa üzbəüz gəl. Gəl sənə kim olduğumu, niyə və necə İlham Əliyevçi olduğumu sübut edim...!".
Digər Xəbərlər
2024-11-25 12:23:11
2024-11-25 12:20:49
2024-11-25 12:19:00
2024-11-25 11:51:38
2024-11-25 11:50:15
2024-11-25 11:11:00
2024-11-25 11:03:32
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30