BMT-nin Təhlükəsizlik Şurasının açıq debatlarında Dağlıq Qarabağ münaqişəsi müzakirə edildi
BMT-nin Təhlükəsizlik Şurasında "Münaqişələrin qarşısının alınması" adlı açıq debatlar keçirilib.
Debatlarda Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev də çıxış edib.
Çıxışında Dağlıq Qarabağ münaqişəsinə toxunan Y.Əliyev bildirib ki, Ermənistanın münaqişənin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda qeyri-konstruktiv mövqeyi, onun status-kvonun saxlanmasında marağı, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməməsi, Madrid sülh planından yayınması, amansız etnik təmizləmə siyasəti və onun sülh prosesini sarsıdan son təxribatları əsas verir ki, beynəlxalq ictimaiyyət bu ölkəyə qarşı əhəmiyyətli sanskiyalar tətbiq etsin.
Daimi nümayəndənin sözlərinə görə, Erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində olması sülh prosesi üçün böyük təhlükə olaraq qalır: "Bu səbəbdən ilk növbədə erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalıdır".
Y.Əliyevin sözlərinə görə, Ermənistan bunu nə qədər tez anlasa, regionda sülh və sabitlik bir o qədər tez bərpa oluna bilər.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53