İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri
10:11 26-08-2014
SİYASƏT
İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri
Dövlət qurumlarının bu istiqamətdə həyata keçirdiyi tədbirlər insan haqlarının qorunmasına daha yardımçı olur
Son illər Azərbaycanda hüquqi islahatların həyata keçirilməsi insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunmasına rəvac verir. Xüsusən də bu sahədə qanunvericilik bazasının möhkəmləndirilməsi və bir sıra tədbirlərin həyata keçirilməsi müsbət nəticələr verməkdədir.
Belə ki, "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın və onun Fakültativ Protokolunun tələblərinin hüquq mühafizə orqanlarının, digər aidiyyəti qurumların əməkdaşları, habelə vəkillər və hüquq sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarının nümayəndələri tərəfindən öyrənilməsi işinin təşkil olunması prioritet elan olunub. Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), Azərbaycan Respublikasının Vəkillər Kollegiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2012-ci il ərzində bu istiqamətdə gərəkli olan bütün tədbirləri həyata keçirib.
"İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokoluna uyğun olaraq milli preventiv mexanizmin funksiyalarının səmərəli yerinə yetirilməsini təmin etmək məqsədi ilə maarifləndirmə və digər zəruri tədbirlərin həyata keçirilməsi də mühüm tədbirlərdən biridir. 2012-ci ildə Ədliyyə, Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə, Təhsil, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), Azərbaycan Respublikasının Vəkillər Kollegiyası bir sıra addımlar atıb.
Bununla yanaşı, BMT-nin Baş Məclisi tərəfindən bəyan edilmiş "İnsan hüquqları sahəsində maarifləndirmə" və "İnsan hüquqları sahəsində təhsil", BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan hüquqlarının tədrisi üzrə Dünya Proqramına, YUNESKO-nun "Davamlı İnkişaf naminə təhsil" onilliklərinə uyğun insan hüquqları üzrə tədris vəsaitlərinin hazırlanması əsas prioritet kimi götürülüb. Azərbaycan Respublikasının Təhsil, Ədliyyə nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu mütəmadi olaraq, bu istiqamətdə gərəkli fəaliyyətləri göstərib.
Qeyd edək ki, orta ixtisas və ali təhsil müəssisələrində insan hüquqlarının tədrisinin genişləndirilməsi, ümumtəhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi də dövlət siyasətinin əsas xətti kimi götürülüb. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil, Ədliyyə nazirlikləri 2012-2015-ci illər ərzində plan üzrə lazımi tədbirlər həyata keçirəcəklər.
Bununla yanaşı, məktəblilər və tələbələr üçün insan hüquqlarına dair olimpiadaların, müsabiqələrin, sərgilərin və digər tədbirlərin keçirilməsinin davam etdirilməsi də zəruri addım kimi qəbul olunub. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil, Gənclər və İdman, Mədəniyyət və Turizm, Ədliyyə nazirlikləri, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) mütəmadi olaraq, bu yöndə gərəkli bütün tədbirləri həyata keçirib.
Onu da nəzərə çatdıraq ki, insan hüquqları ilə bağlı dərs vəsaitlərinin, əyani vəsaitlərin, bukletlərin, plakatların hazırlanması, nəşr edilməsi və əhali arasında yayılması işinin davam etdirilməsi xüsusi qeyd olunan tədbirlərdəndir. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu, Ombudsman və digər aidiyyatı qurumların qarşısında mütəmadi olaraq bu yöndə tədbirlər keçirilməsi vəzifə kimi qoyulub. Ali təhsil və elm ocaqlarında insan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin təkmilləşdirilməsi də prioritet tədbirlərdən hesab olunur və Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu bu yöndə gərəkli bütün addımları atır.
YUNESKO-nun "Təhsil hamı üçün" prinsipinin təbliği, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi məqsədilə əhalinin müxtəlif qrupları (qadınlar, uşaqlar, gənclər, əlillər, ahıllar, qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, narkomaniya və HİV / AİDS-ə yoluxmuş insanlar) üçün hüquqi maarifləndirmə sahəsində təlimçilərin hazırlanması əsas vəzifələrdən sayıla bilər. Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman, Müdafiə, Səhiyyə nazirlikləri, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili mütəmadi olaraq, zəruri fəaliyyəti davam etdirir.
İnsan hüquqları sahəsində təhsilin səmərəliliyinin artırılması və bu sahədə işin əlaqələndirilməsi məqsədilə ixtisaslaşmış insan hüquqları mərkəzlərinin (insan hüquqları məktəbi, insan hüquqları evi və s.) və ya şəbəkələrinin yaradılması da diqqətdən kənarda saxlanılmayıb.
Qeyd etmək lazımdır ki, əhalinin hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği məqsədilə maarifləndirmə tədbirlərinin keçirilməsi də mühüm məqamlardandır. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Təhsil nazirlikləri, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ombudsman 2012-2015-ci illər ərzində bu istiqamətdə müvafiq addımlar atacaq.
İnsan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlər və dinlərarası dialoqun, eləcə də dini tolerantlığın gücləndirilməsi mövzularında ölkədaxili və beynəlxalq tədbirlərin (dəyirmi masa, seminar, konfrans və s.) davam etdirilməsi də əhəmiyyətli fəaliyyətlərdəndir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Xarici İşlər, Ədliyyə, Daxili İşlər nazirlikləri, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili 2012-2015-ci illər ərzində fəaliyyətlərini davam etdirəcəklər.
Maraqlı məqamlardan biri də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının Azərbaycan dilinə tərcümə edilməsi və müvafiq qurumlar arasında yayılmasıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Azərbaycan Respublikasının Ədliyyə, Daxili İşlər nazirlikləri, Azərbaycan Respublikasının Ali Məhkəməsi, Azərbaycan Respublikasının Baş Prokurorluğu bu yöndə mütəmadi olaraq, müvafiq işləri görür.
İnsan hüquqları sahəsində beynəlxalq sənədlərin, xüsusilə İnsan Hüquqlarına dair Avropa Konvensiyasının dövlət qulluqçuları, məhkəmə, prokurorluq, daxili işlər orqanlarının əməkdaşları və vəkillər, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının və regional mərkəzlərinin işçiləri, bələdiyyə üzvləri tərəfindən öyrənilməsinin təmin edilməsi də mühüm məsələlərdəndir. Bunun üçün Nazirlər Kabineti, Azərbaycan Respublikasının Daxili İşlər, Ədliyyə, Təhsil nazirlikləri, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası mütəmadi fəaliyyət göstərir.
Bundan əlavə, insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq elmi-tədqiqat və tədris müəssisələri ilə əməkdaşlığın təkmilləşdirilməsi Ədliyyə, Xarici İşlər, Təhsil nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu tərəfində icra olunmaqdadır. Kitabxanalarda insan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsi də xüsusi vyrğulanmalıdır. Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) 2012-2015-ci illər ərzində qarşıya qoyulan öhdəlikləri yerinə yetirəcək.
Media üçün də diqqətşəkən məqamlar var. Belə ki, informasiya əldə etmək haqqında Azərbaycan Respublikası qanunvericiliyinin izahı ilə bağlı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və informasiya almaq hüququnun səmərəli təmin edilməsi prioritet götürülüb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2012-2015-ci illər məqamında müvafiq tədbirlər görəcək. İnsan hüquqları sahəsində fəaliyyət göstərən dövlət qurumlarının internet səhifələrinin yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulub. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qarşısında 2012-2015-ci illəri əhatə edəcək öhdəliklər qoyulub.
Bundan əlavə, Reproduktiv sağlamlıq və ailə planlaşdırılması üzrə əhalinin maarifləndirilməsi üçün könüllülərin hazırlanması tədbirlər planı nəzərdə tutlub ki, Səhiyyə Nazirliyi bu yöndə müvafiq addımları atır.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35