Xətaidə Razim Məmmədova qarşı yeni etiraz
12:11 27-08-2014
CƏMİYYƏT
Xətaidə Razim Məmmədova qarşı yeni etiraz
İcra başçısı sakinlərin dincəldiyi bağı satıb
Razim Məmmədovun icra başçısı olduğu paytaxtın Xətai rayonundan gələn şikayətlərin ard-arası kəsilmir. Bu dəfə rayon ərazisindəki 33 saylı binanın sakinləri etiraza qalxıb. Onlar dincəçdikləri bağın satılmasından narazıdırlar.
Sakinlərin həyəcan keçirməsinin səbəbi illərdir istirahətlərini təşkil etdikləri bağın kimlərsə tərəfindən alınaraq tikinti işlərinə başlamasıdır. Artıq katlavanın böyük hissəsi qazılıb.
Xətai rayonu, Xudu Məmmədov küçəsi, 33 saylı binanın qarşısında aparılan bu qazıntı işləri sakinlərin şikayəti əsasında dayandırılıb. Yer qazılmamışdan qabaq elektrik xəttləri bünövrəyə düşdüyü üçün əvvəl xəttlərin yeri dəyişdirilib. Sakinlərin "Nə edirsiniz?" sualına isə "Elektrik xəttləri yenilənir" cavabı verilib. Daha sonra isə texnika vasitəsilə bağda olan idman qurğuları, oturacaqlar sökülərək katlavan qazılıb. Xəttlərdən isə görünür ki, binanın həcmi elə də kiçik olmayacaq.
Sakinlərin dediyinə görə, ərazidə özəl bağça tikintisi nəzərdə tutulurmuş. Məsələ ilə əlaqədar Xətai Rayon İcra Hakimiyyətindən maraqlı münasibət bildirilib. Razim Məmmədovun rəhbərlik etdiyi qurumun memarı Vadim Surxayevin dediyinə görə, ərazi fiziki şəxs tərəfindən alınıb. Və ərazidə tikiləcək iki mərtəbəli bağçanın artıq planı da hazırlanıb.
Qurum rəsmisi onu da bildirib ki, sakinlərin istirahəti üçün 33 saylı binanın qarşısında nümunəvi bağ salınacaq və bu səbəbdən narahatlığa səbəb yoxdur.
Hər halda tikinti aparılacaq. Sakinlər isə binanın qarşısındakı həyətlə kifayətlənməli olacaqlar.
Qeyd edək ki, Xətai rayonu son vaxtlar paytaxtın ən çox şikayətlər gələn rayonlarından birinə çevrilib. Xətai sakinləri xüsusi ilə yerli icra hakimiyyətinin yaşıllıqlarların qırılmasına göz yummasından şikayətçidir.
Açıq görünür ki, Razim Məmmədovun rayonunda ağacloarın qırılıb yerində müxtəlif obyektlərin tikilməsi adət halını alıb. Bunu dünənki başqa bir məlumat da təsdiqləyir.
Həmin məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "qaynar xətt"inə Xətai rayonu, General Şıxlınski 1B binasının qarşısında ağacların qanunsuz olaraq kəsilməsi barədə daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda 4 ədəd ağac və 2 ədəd kol bitkisinin "Miraj" korporasiyası tərəfindən kəsilməsi faktı aşkar olunub. Eyni zamanda sözügedən korporasiya tərəfindən tikintisi aparılan qeyri-yaşayış obyektinin layihə sənədlərinə ekoloji ekspertiza rəyinin alınmadığı da məlum olub.
Faktla bağlı "Miraj" korporasiyası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən hüquqi şəxs qismində 120000 manat məbləğində cərimə edilib.
Hazırda ərazidəki digər ağaclar ETSN-nin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb.
İstisna deyil ki, "Miraj" şirkətinin ağacları kəsməsində də rayon rəhbərliyinin bu məsələlərdə qeyri-prinsipial mövqe sərgiləməsi, hansısa maraqları yaşıllıqların qorunmasından üstün tutması həlledici rol oynayıb.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33
2024-11-26 10:15:18
2024-11-26 09:47:43