Tovuz Mərkəzi Xəstəxanasında nə baş verir?
12:12 27-08-2014
CƏMİYYƏT
Tovuz Mərkəzi Xəstəxanasında nə baş verir?
Bu tibb müəssisəsində son bir neçə ayda ikinci özbaşınalıq
Ötən gecə Tovuz Mərkəzi Xəstəxanasında qəribə olay yaşanıb. Əli kəsilərək xəstəxanaya çatdırılan Qovlar sakini 48 yaşlı Sadiq Əhmədov həkimlərin ona yardım etmədiyini görüb tibb ocağının qapı-pəncərəsini sındırıb.
Hadisə yerinə Tovuz polisi gəldikdən sonra yaralını sakitləşdirmək mümükün olub.
Zərərçəkənin qohumları bildirir ki, öz həyətində işləyən zaman şüşə onun damarını kəsib.Yaralı dərhal xəstəxanaya çatdırılsa da, Tovuz Mərkəzi Xəstəxanasında növbətçi həkimi tapmaq mümükün olmayıb.
Onun qan itirdiyini görən qohumlar xeyli araşdırsalar da, növbətçi həkimi gördüm deyən tapılmayıb. Baş verən hadisə ilə bağlı Xəstəxananın baş həkiminin müavini Mahirə Quliyeva publika.az-a biildirib ki, iş vaxtı yerində olmayan həkim cəzalandırılacaq.
Qeyd edək ki, bu cür hadisə bir neçə ay öncə də adıçəkilən tibb ocağında qeydə alınmışdı. Həmin vaxt sərxoş xəstə həkimlərə, tibb bacılarına hücum çəkmişdi.
Günel
Digər Xəbərlər
2024-11-26 14:35:44
2024-11-26 14:06:40
2024-11-26 14:05:41
2024-11-26 13:54:20
2024-11-26 12:47:00
2024-11-26 12:46:02
2024-11-26 12:43:07
2024-11-26 12:35:13
2024-11-26 12:25:00
2024-11-26 12:11:09
2024-11-26 11:39:30
2024-11-26 11:31:27
2024-11-26 11:18:24
2024-11-26 11:15:34
2024-11-26 11:00:44
2024-11-26 10:33:33