"Eurasia Hoy" qəzeti: Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın tərəqqisi göz qabağındadır
Amerikada çıxan ispandilli "Eurasia Hoy" qəzetində beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin "Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanın tərəqqisi göz qabağındadır" sərlövhəli məqaləsi dərc edilib.
Müəllif yazır ki, yunan mifologiyasına görə, odu allahlardan oğurlayıb insanlara gətirmiş Prometeyi zəncirləyərək Qafqaz dağlarına bağlayıblar. Çox vaxt "Odlar Yurdu" adlanan Azərbaycan zəngin neft və qaz ehtiyatlarına malikdir. P.Teyz yazır ki, Azərbaycan iqtisadiyyatının və əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf xəttinin təməli məhz bu təbii ehtiyatlar olub.
Müəllif bildirir ki, Sovet İttifaqı dağılandan sonra Azərbaycan öz coğrafi mövqeyi ilə əlaqədar çətinliklərlə üzləşmişdi. Gürcüstanda Cənubi Osetiya və Abxaziya, Azərbaycanda Dağlıq Qarabağ lokal müharibələri regionun iqtisadiyyatı üçün də problemlər yaradırdı. Bu çətinliklərə baxmayaraq Prezident Heydər Əliyev ölkədə dövlətçiliyi yenidən qurmağa nail oldu. Ekspert qeyd edir ki, Heydər Əliyev uzaqgörən rəhbər idi. O, maliyyə sahəsində qayda yaratmağa, regionda sabitliyə, Bakıda demokratik təsisatlar yaratmağa nail oldu.
P.Teyz daha sonra Azərbaycanın geosiyasi vəziyyəti barədə məlumat verərək qeyd edir ki, 35 min insanın həlak olması ilə nəticələnmiş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi iqtisadiyyata da mənfi təsir göstərib. 2000-ci illərin əvvəlindən etibarən ölkədə iqtisadi tərəqqi daha çox nəzərə çarpır. Bakı xaricdən sərmayələr cəlb etməklə dünyanın ən dinamik, yeni texnologiyalara əsaslanan iqtisadi mərkəzlərindən birinə çevrilib.
Müəllif daha sonra Azərbaycanın iqtisadi inkişafına dair statistik məlumatlara istinad edərək göstərir ki, 2002-2006-cı illərdə Azərbaycanda dövlət gəlirləri iki dəfə, 2006-2008-ci illərdə isə üç dəfə artıb. 2008-ci ildə dünya iqtisadi böhranı ucbatından Azərbaycanda iqtisadi inkişaf sürətinin nisbətən azalması müşahidə edilirdi, lakin az sonra Azərbaycan iqtisadiyyatı canlandı. Azərbaycanda adambaşına ümumi daxili məhsulun xeyli artması da bu meyli təsdiqləyir. Prezident Heydər Əliyevin və ölkənin indiki rəhbəri İlham Əliyevin möhkəm iradəsi sayəsində Azərbaycan çox qısa müddətdə gəlirlərin səviyyəsi aşağı olan ölkədən bu göstəricinin səviyyəsi orta olan ölkəyə çevrildi.
Müəllif sonda yazır ki, Azərbaycan rəhbərliyi 2014-2015-ci illərdə qeyri-neft sənayesinə xarici sərmayələrin həcminin artırılmasını stimullaşdırmaq mexanizmlərinə dair təkliflər paketi hazırlayır. Bu təkliflərə uyğun olaraq, yerli istehsalın həcmi, işçi qüvvəsinin məhsuldarlığı və ölkənin özündə istehsal edilən malların rəqabət qabiliyyəti artacaqdır. Ekspert Azərbaycanı tezliklə Dünya Ticarət Təşkilatına (DTT) daxil etməyə çağırır.
Digər Xəbərlər
2024-07-26 22:12:20
![Kral III Çarlz Muxtar Babayevi qəbulETDİ Kral III Çarlz Muxtar Babayevi qəbulETDİ](/photos/unikal/1722017664.bdd6236a-55dc-323a-a346-189fa43d0227_850 (1).jpg)
2024-07-26 19:56:30
![“Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk -Ərdoğan “Türk əsri”ni qurmaq üçün bütün sahələrdə böyük səylər göstəririk -Ərdoğan](/photos/unikal/1722009600.1722003960_1722002730156671356_1200x630.jpg)
2024-07-26 18:22:12
![Azərbaycanın Türkiyədəki yeni hərbi attaşesi Yaşar GülərləGÖRÜŞDÜ Azərbaycanın Türkiyədəki yeni hərbi attaşesi Yaşar GülərləGÖRÜŞDÜ](/photos/unikal/1722003840.66a3aec9c53e766a3aec9c53e8172200314566a3aec9c53e466a3aec9c53e5 (1).jpeg)
2024-07-26 16:17:14
![Bu ölkə ilə müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıqSazişi təsdiqləndi Bu ölkə ilə müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıqSazişi təsdiqləndi](/photos/unikal/1618308662.ilham əliyev müsahibə 13102020.jpg)
2024-07-26 16:16:19
![Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsitəyin edildi Aİ-nin Cənubi Qafqaz və Gürcüstan üzrə yeni xüsusi nümayəndəsitəyin edildi](/photos/unikal/1721996222.avropa.jpeg)
2024-07-26 11:47:53
![Ceyhun Bayramov Somalinin XİN rəhbərini qarşıladı Ceyhun Bayramov Somalinin XİN rəhbərini qarşıladı](/photos/unikal/1721980110.ffff.png)
2024-07-26 11:12:23
![İlham Əliyev Maldiv liderinitəbrik etdi İlham Əliyev Maldiv liderinitəbrik etdi](/photos/unikal/1708605353.1693301141.1661514191_ilham.jpg)
2024-07-25 22:29:30
![Şuşa Forumu Bolqarıstan mətbuatında Şuşa Forumu Bolqarıstan mətbuatında](/photos/unikal/1721932293.1721932033_1721928019963827439_1200x630.jpg)
2024-07-25 20:11:51
![Serbiya-Azərbaycan əlaqələri müzakirəedildi Serbiya-Azərbaycan əlaqələri müzakirəedildi](/photos/unikal/1721924095.1721921597_4020ec6f-7351-3dae-b96d-0156bdd3aa6e_850.jpg)
2024-07-25 19:02:51
![Polşa səfiri Bakını tərkedir Polşa səfiri Bakını tərkedir](/photos/unikal/1721919852.1721918612_5b23136c-ad88-318c-b323-4dc4882c09e5_850.jpg)
2024-07-25 18:33:59
![Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələrkeçirildi Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələrkeçirildi](/photos/unikal/1721918086_17219141854785555437_1200x630.jpg)
2024-07-25 16:04:56
![Hərbçilərimiz Ermənistanın kəşfiyyat cəhdinin qarşısını aldılar- RƏSMİ Hərbçilərimiz Ermənistanın kəşfiyyat cəhdinin qarşısını aldılar- RƏSMİ](/photos/unikal/1594743425.mudafie.jpg)
2024-07-24 18:08:30
![Ceyhun Bayramov İsrail XİN-in baş direktoru iləgörüşdü Ceyhun Bayramov İsrail XİN-in baş direktoru iləgörüşdü](/photos/unikal/1721830247_17218284622253711023_1200x630.jpg)
2024-07-24 17:26:09
![Hikmət Hacıyev Polşa səfiri ilə görüşdü Hikmət Hacıyev Polşa səfiri ilə görüşdü](/photos/unikal/1721827957.YsJeOVwA55AcOMOilmdqFQnenqZxWHQCBA4JPs23_1200.webp)
2024-07-24 15:13:03
!["Azərbaycan Ermənistanla danışıqlara hər zaman hazır olub"- XİN "Azərbaycan Ermənistanla danışıqlara hər zaman hazır olub"- XİN](/photos/unikal/1669383449_1668164081_ayxan_hacizade_201022.jpg)
2024-07-24 15:02:17
![Prezidentdən generalla bağlıSƏRƏNCAM Prezidentdən generalla bağlıSƏRƏNCAM](/photos/unikal/1721819217.eb99d9ef-e178-3026-8199-55d466f549e0_850 (1).jpg)
2024-07-24 14:02:28
![Prezident Zəfər parkında- FOTOLAR Prezident Zəfər parkında- FOTOLAR](/photos/unikal/1721815566.17218150502025430251_1200x630.jpg)
2024-07-24 10:37:02
![İlham Əliyev Şavkat Mirziyoyevəzəng etdi İlham Əliyev Şavkat Mirziyoyevəzəng etdi](/photos/unikal/1721803126.55111d5631e6d81bb9ea204eb607d2a9_5440259.jpg)