Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda bir sıra obyektlərin açılışında iştirak ediblər
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda bir sıra obyektlərin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıdakı 23 nömrəli orta məktəbin yenidən tikilmiş binasının açılışında iştirak ediblər.
Dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva məktəbdə yaradılmış şəraitlə tanış oldular.
Sonda məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva avqustun 26-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev mərasimdə çıxış etdi.
Sonra akademik Teymur Bünyadov, xalçaçılıq üzrə ekspert Məmmədhüseyn Hüseynov və muzeyin direktoru Röya Tağıyeva çıxış etdilər.
Onlar birinci xanım Mehriban Əliyevanı ad günü münasibətilə təbrik etdilər.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeydə yaradılmış şəraitlə tanış oldular, burada nümayiş etdirilən xalçalara baxdılar.
Sonda xatirə şəkli çəkdirildi.