Hüquq və azadlıqların qorunmasında maarifləndirmənin roluHüquq və azadlıqların qorunmasında maarifləndirmənin rolu
12:34 12-09-2014
SİYASƏT
Hüquq və azadlıqların qorunmasında maarifləndirmənin roluHüquq və azadlıqların qorunmasında maarifləndirmənin rolu
Dağlıq Qarabağda yüz minlərlə insanın haqları tapdalanıb
Bu gün insan hüquq və azadlıqlarının qorunması istiqamətində ciddi addımlar atılmaqdadır. Və təcrübə göstərir ki, insan hüquq və azadlıqlarının pozulmasının başlıca səbəblərindən biri və birincisi sadəcə olaraq maarifləndirmənin olmamasıdır. İstər haqları pozanların, istərsə haqları pozulanların siyasi maarifləndirmədən kənarda qalması , öz haqlarını bilməmələri sonda ciddi fəsadlar yaradır. Buna görə də insan haqlarının qorunması üçün ümumi qanunvericilik bazası haqqında nəzərinizə bəzi detallar çatdırmaq istəyirik. Avropada mövcud olan insan hüquqlarının müdafiəsi mexanizminin əsasını "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" 1950-ci il tarixli Konvensiya təşkil edir. Bu sənədin insan hüquqlarının qorunmasına dair beynəlxalq standartların bərqərar olunması istiqamətində müstəsna rolu olmuşdur. Konvensiyanı hüquqi sənəd kimi bir neçə aspektdən qiymətləndirmək olar.
Birincisi, Konvensiyanın əsasında səmərəli nəzarət mexanizmi fəaliyyət göstərir. Bu mexanizmlərə əsaslanan iştirakçı-dövlətlər, Konvensiyaya və onun əsasında formalaşan presedent hüququna söykənərək bir tərəfdən, milli qanunvericiliyi, digər tərəfdən isə dövlət hüquq təsisatlarının fəaliyyətini təkmilləşdirmək imkanı əldə edir. Qeyd olunan tendensiya Avropa Şurasına daxil olan bütün dövlətlərdə özünü biruzə verir.
İkincisi, nəzərə almaq lazımdır ki, Konvensiyanın milli hüquq institutlarına təsiri daimi xarakter daşıyır və ümumavropa inteqrasiya prosesində özünü biruzə verir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Avropa Konvensiyasının qarşılıqlı əlaqələri və qarşılıqlı təsiri buna əyani sübutdur. Məlum olduğu kimi dövlətimiz 2001-ci il dekabr ayının 25-də Avropa İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyasını təsdiq etmişdir. Avropa Şurasının bu mühüm sənədinə münasibət bildirməklə Azərbaycan mötəbər beynəlxalq təşkilatla sıx əməkdaşlığa hazır olduğunu və insan hüquqlarının qorunması sahəsində öz üzərinə götürdüyü öhdəliklərə sadiqliyini bir daha bəyan etmişdir.
Eyni zamanda nəzərə almaq lazımdır ki, dövlətimiz Avropa Şurasına üzv olmaqdan çox əvvəl insan hüquqlarının qorunması üzrə yeni sistem formalaşdırmağa başlamışdır. Bu proses ölkədə Azərbaycan Respublikası mərhum prezidenti Heydər Əliyevin rəhbərliyi altında aparılan hüquq islahatlarının əsas istiqamətlərindən birini təşkil etmişdir.
Heç də təsadüfi deyil ki, Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması ölkə Konstitusiyasının 12-ci maddəsinə əsasən dövlətin ali məqsədi kimi bəyan edilmişdir. Bu müddəaya uyğun olaraq, Azərbaycanda insan hüquqlarının inkişafına və təkmilləşdirilməsinə daima böyük diqqət yetirilir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Konstitusiyada sadalanan insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Bu sənədlər sırasında həmçinin "Avropa İnsan hüqüqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Konvesiya da daxildir. Konvensiyanın milli qanunvericiliklə qarşılıqlı əlaqələri hazırda inkişaf dövrünü yaşayır. Konvesiyada təsbit olunmuş normalar bir çox hüquq sahələrində əks etdirilir. Bu prosesi əyani surətdə müşahidə etmək üçün Konvensiya ilə milli qanunvericilik aktlarını müqayisəli şəkildə nəzərdən keçirmək kifayətdir. Həmin məqsədlə oxucuların nəzərinə çatdırılan hazırkı kitab bu sahədə bilgilərin artmasına yardımçı olacaqdır.İndi isə gəlin konvensiyanın tərkibinə diqqət yetirək. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası 3 bölmə, 59 maddə və əlavə protokollardan ibarətdir. Konvensiyanın I bölməsi Hüquqlar və azadlıqlar haqqında müddəaları, II bölməsi Avropa İnsan Hüquqları Məhkəməsi haqqında müddəaları, III bölməsi isə ümumi müddəaları təsbit edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu 1952-ci il martın 20-də qəbul olunmuşdur. Protokolun mətni 1 noyabr 1998-ci ildə qüvvəyə minmiş 11 saylı Protokolun müddəalarına müvafiq olaraq dəyişdirilib. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının Avropa insan hüquqları məhkəməsinə tövsiyə xarakterli qərarlar çıxarmaq səlahiyyətinin verilməsi haqqında 2 saylı Protokolu 1963-cü il 6 may tarixində qəbul edilmişdir.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 3 saylı Protokolu 1970-ci il 21 sentyabr tarixində qüvvəyə minmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının və onun birinci protokoluna artıq daxil edilənlərdən başqa bəzi hüquq və azadlıqların təmin olunmasına dair 4 saylı Protokolu 1963-cü il 16 oktyabr tarixində qəbul edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5 saylı Protokolu 1971-ci il 20 dekabr tarixində qüvvəyə minmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının Ölüm cəzasının ləğvinə dair 6 saylı Protokolu 1983-cü il 28 aprel tarixində qəbul edilmişdir.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 7 saylı Protokolu 1984-cü il 22 noyabr tarixində qəbul edilmişdir.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 8 saylı Protokolu 1 yanvar 1990-cı ildə qüvvəyə minmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 9 saylı Protokolu 6 noyabr 1990-cı ildə qəbul edilmişdir. 11 saylı Protokol qüvvəyə mindikdən sonra 9 saylı Protokol qüvvədən düşdü. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10 saylı Protokolu 25 mart 1992-ci ildə qəbul edilmişdir.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının Konvensiyaya uyğun olaraq yaradılmış nəzarət mexanizminin yenidən təşkil olunması ilə əlaqədar 11 saylı Protokolu 11 may 1994-cü ildə qəbul edilmiş və 1 noyabr 1998-ci ildə qüvvəyə minmişdir.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 12 saylı Protokolu 4 noyabr 2000-ci ildə qəbul edilmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 2, 3, 5, 8, 9, 10, 11 saylı protokolları Konvensiyanın mətninə inkorporasiya olunmuşdur. Azərbaycan Respublikası 2001-ci il dekabr ayının 25-də "Avropa İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanı və onun 1, 4, 6, 7 saylı Protokollarını ratifikasiya etmişdir. Azərbaycan Respublikasının qanunvericilik sistemi Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən, hər kəsin yaşamaq hüququ vardır. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. Müstəsna cəza tədbiri kimi ölüm cəzası, tam ləğv edilənədək, yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə qanunla müəyyən edilə bilər. Qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması və tutulması, həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması, dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması, ölkəyə silahlı basqın edilmə halları istisna olmaqla insana qarşı silah işlədilməsinə yol verilmir. Bunu da qeyd edək ki, hazırda Azərbaycanda insan haqlarının pozulduğu əsas mərkəz məhz Dağlıq Qarabağdır. Ermənistanın işğalı nəticəsində yüz minlərlə insanın haqları pozulub, öz doğma yurdlarına belə getmələri mümkünsüzdür. Çox təəssüflər ki, Azərbaycanda siyasi məhbus ovuna çıxan beynəlxalq təşkilatlar 20 ildən çoxdur ki, Ermənistanın bu işğalçılığına reaksiya vermirlər. Bu isə bir daha sübut edir ki, hazırkı beynəlxalq təşkilatlar ikili mövqe nümayiş etdirir və bəzi məqamlarda gücsüz bir quruma çevrilirlər. Elə ATƏT-in Minsk qrupunun fəaliyyəti də bunu təsdiqləyir. Danışıqlar prosesi başlayır və Ermənistanın qərəzli mövqeyi ortaya çıxan anda bu ölkəyə təsir etmə rıçaqlarının olmadığını bildirirlər.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35