Azərbaycan yeni epidemiya astanasındadır?
11:48 04-05-2012
CƏMİYYƏT
Azərbaycan yeni epidemiya astanasındadır?
Dövlət Statistika Komitəsinin su çiçəyi ilə bağlı rəqəmləri həyəcan doğurur
Azərbaycanda su çiçəyi xəstəliyinə yoluxma halları xeyli artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2012-ci ilin ilk 3 ayı ərzində Azərbaycanda qeydə alınmış su çiçəyi xəstələrinin sayı 3871 nəfər olub. Bu göstərici ötən ilin son rübü ilə müqayisədə 1529 nəfər çoxdur. 2010-cu ildə bu xəstəliyə yoluxanların ümumi sayı 6963 nəfər idisə, 2011-ci ildə bu rəqəm artaraq 10448 nəfər təşkil edib.
Dövlət Statistika Komitəsindən aldığımız su çiçəyi ilə bağlı statistik göstəricilər bu xəstəliyin ölkəərazisində sürətlə yayıldığını göstərir. Bəs su çiçəyi xəstəliyinin əlamətləri necədir və ümumiyyətlə xəstəlikdən özümüzü necə qoruya bilərik?
Daha çox 5-17 yaş qrupları arasında müşahidə olunan bu xəstəlik hava-damcı yolu ilə ötürülür və idarə olunmayan infeksiyalar qrupuna daxildir. İlkin əlamətlərinin yüksək hərarət və bədəndə suluqlarla müşahidə olunan qırmızı səpkilərin yayılması, iştahanın və yuxunun pozulması müşahidə olunur.
Su çiçəyi xəstəliyi ilə bağlı ətraflı məlumat toplamaq üçün isə suallarımızla 1 saylı Şəhər Klinik Xəstəxanasının İnfeksion-Reanimasiya şöbəsinin müdiri Vaqif Baloğlanova müraciət etdik.
Həkimin sözlərinə görə, xəstəlik, əsasən, uşaq bağçalarında, məktəblərdə və hərbşilər arasında yayılıb. Buna səbəb isə bu cür müəssisələrdə kontingentin bir-biri ilə sıx əlaqədə olması ilə bağlıdır. "Səpkilər başlayandan 10 günə qədər bu xəstəliyin başqasına keçmə ehtimalı böyükdür. Əsasən uşaqlar və orta yaş dövrləri arasında müşahidə olunsa da, 50 yaşdan sonra insanlarda xüsusi hala keçir. Bu yaşda xəstələrdə su çiçəyi mutantlaşaraq herpes-zoster- kəmərləyici dəmirov formasında meydana çıxır. Qədim dövrdən mövcud olan bu xəstəlik xüsusi viruslarla bağlıdır və keçirici faktor insandır. Xəstəliyin ocağı insanın özündə olur", - deyə Vaqif Baloğlanov bildirib.
Xəstəliyin mutasiyasına gəlincə isə həkim qeyd edib ki, bizim bilmədiyimiz, hələlik identifikasiya olmamış və ya mutagen viruslar var ki, bunlar oxşar xəstəliyi yarada bilər. "Bu bəzən insanlar arasında anlaşılmazlıq yarada bilər. Belə bir sual meydana çıxa bilər ki, niyə bu xəstəliyi keçirmiş insan yenidən onu keçirir? Bunu anlamaq lazımdır ki, su çiçəyi xəstəliyini keçirmiş hər bir uşaq ömürlük immunitet qazanır və bu immunitet də insanı həmin xəstəlikdən qoruyur", - deyə Vaqif Baloğlanov qeyd edib.
Həkimin sözlərinə görə, hamilə qadınlar üçün su çiçəyi xəstəliyi xüsusilə təhlükəli ola bilər. Belə ki, hamilələyin ilk üç ayı ərzində bu xəstəlik dölün bədənində müəyyən çatışmazlıqlar yarada bilər. Su çiçəyi xəstəliyi dölün inkişafı zamanı beyində, ürək kameralarında və orqanların inkişafında bir sıra dəyişikliklərə səbəb olur. Hamiləlik üç ayı keçdikdən sonar qadının su çiçəyinə yoluxması bətnində olan uşağa elə bir fəsad vermir.
Vaqif Baloğlanov həmçinin onu da qeyd edib ki, bu xəstəlik səpmə mərhələsində traxeyada meydana gələrsə, spazm verib hətta xəstəni öldürə də bilər. Su çiçəyi beyində əmələ gələrsə ensefarit, sidik kisəsində əmələ gələrsə qalxan ikincili infeksiyalar, sepsis və abses yaradır. Həkimin sözlərinə görə, su çiçəyi beyində ödemə də səbəb olaraq xəstəni öldürə bilər.
Vaqif Baloğlanov bütün temperaturla müşayiət olunan xəstələrdə olduğu kimi su çiçəyi keçirən xəstələrə ilkin olaraq yataq rejimi məsləhət görür. Su çiçəyi keçirən xəstələr çox miqdarda maye qəbul edərək yaralarını brilyant abısı ilə təmizlətməlidirlər. Su çiçəyi xəstələrinin yediyi qidalar yağlı olmamalı, təbii məhsullardan hazırlanmalıdır.
Həkimin sözlərinə görə, xəstəliyə yoluxmamaq üçün uşaqlıq dövründə əhali arasında peyvəndlər aparılmalıdır.
Bir sözlə su çiçəyi bu dəfə üzünü həmişə olduğundan dəfələrlə sərt göstərir. Bu bizi hərəkətə keçməyə vadar etməlidir. Çünki bu xəstəllik bütöv bir nəslin yetişməsinə ən böyük əngəllərdəndir. Özü də son zamanlar su çiçəyinin mutasiya etməsi onu təkrar açılan bombaya çevirib. Problemin həllinə cavabdeh olan dövlət rəsmiləri bu məsələyə diqqət yetirməlidirlər.
Gülnar Məmmədova
Digər Xəbərlər
2024-12-23 20:41:44
2024-12-23 20:34:54
2024-12-23 20:20:25
2024-12-23 19:20:35
2024-12-23 17:50:00
2024-12-23 17:16:45
2024-12-23 16:58:00
2024-12-23 16:57:00
2024-12-23 16:46:46
2024-12-23 16:40:00
2024-12-23 16:16:00
2024-12-23 16:01:34
2024-12-23 15:47:54
2024-12-23 15:25:00
2024-12-23 15:02:57
2024-12-23 14:25:00
2024-12-23 14:22:10
2024-12-23 13:01:36
2024-12-23 12:49:46