ABŞ mətbuatından şok iddia: "İŞİD lideri amerikalıdır"
Ərdoğan Türkiyənin terror təşkilatına qarşı hərəkata qoşula biləcəyini bəyan etdi
İŞİD liderlərindən biri ABŞ vətəndaşıdır. CNN televiziyasının yaydığı məlumata görə, Suriyada əsir götürülən mülki vətəndaşların edam edilərkən çəkilmiş video görüntülərini izləyən ABŞ kəşfiyyatı bu faktı təsdiqləyib.
Kəşfiyyatın verdiyi hesabatda bir çox görüntülərdə ingilis dilində danışan şəxsin ABŞ vətəndaşı ola biləcəyi istisna edilmir.
CNN yayılan görüntülərdə ABŞ vətəndaşı olması ehtimal olunan şəxsin başqa bir görüntüdə Qərbdə yaşayan təşkilat üzvlərinə müraciətini xatırladaraq, həmin şəxs vasitəsi ilə təşkilatın koalisiyaya qoşulan ölkələrdə yerləşən hərbi bazalara hücum planlaşdırıldığını qeyd edib.
Nyu-Yorkda BMT İqlim dəyişikliyi sammitində iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və ərəb ölkələrinin İraq və Suriyada İŞİD-ə qarşı həyata keçirdiyi hərbi əməliyyatları şərh edib. Ərdoğan bölgədəki terror təşkilatlarına qarşı aparııan hərbi əməliyyatlara müsbət baxdıqlarını bildirib. "Fasilə verilmədən hərbi əməliyyatlar davam etməlidir", - deyə o, vurğulayıb.
ABŞ və ərəb ölkələrinin İŞİD əməliyyatına lazım olan dəstəyi verəcəyini söyləyən president bu dəstyin hərbi və ya lojistik ola biləcəyini qeyd edib.
ABŞ dövlət katibi Con Kerri isə dünənki açıqlamasında Türkiyənin İŞİD-ə qarşı yaradılan koalisiyaya qatılacağına söz verdiyini açıqlayıb. C.Kerri Türkiyənin koalisiyanın və İŞİD-ə qarşı mübarizənin bir hissəsi olacağını ifadə edib.
ABŞ və 5 ərəb ölkəsinin Suriyada İŞİD-ə qarşı hücuma keçməsi təşkilatın reaksiyasını gecikdirməyib. Hücumlara cavab verəcəyini bildirən İŞİD hava hücumlarını Səudiyyə Ərəbistanının təşkil etdiyini açıqlayıb: "Bu hücumlara görə cavab verəcəklər. Hücumları Səudiyyə Ərəbistanı təşkil edib".
Daha sonra təşkilat Səudiyyə Ərəbistanının Kral ailəsini alçaldıcı ifadələrlə təhqir edib.
"Amerikada 27 şirkət və ya hüquqi şəxs İraq və Əfqanıstan müharibələrinin ardınca imzalanmış müqavilələr hesabına 27 milyard dollar gəlir əldə ediblər". Bu barədə "Qlobal Riserç" Araşdırmalar Mərkəzinin ABŞ-ın terror siyasəti ilə bağlı hesabatında bildirilir. Hesabata görə, Amerika İŞİD-dən 3 formada faydalanır:
1) Yaxın Şərqdə öz düşmənlərini hücuma məruz qoyur
2) Regiona hərbi müdaxilə üçün bir bəhanə əldə edir
3) Ölkə daxilində əhaliyə qarşı casusluq fəaliyyətlərini terrorizmlə mübarizənin gücləndirilməsi və təhlükəsizliyin qorunması bəhanəsi ilə artırır
Oğul Corc Buşun dövründən ABŞ-ın xarici siyasətində özünə yer açan "terrorizmlə mübarizə" termini əslində Amerikanın digər ölkələrin daxili işlərinə siyasi və hərbi müdaxiləsinə imkan verir. ABŞ-ın xarici siyasət sferasında iki qrup həlledici rola malikdir: İsrail lobbisi və silah kartelləri. Bu iki qrup öz-özlüyündə bir-biri ilə sıx əlaqələrə malikdir.
ABŞ-ın xarici siyasətində terrorizmlə mübarizənin elan olunduğu zamandan, yəni 2001-ci ildən bəri ABŞ vergi ödəyiciləri hesabına toplanmış 6,6 trilyon dollar vəsait ABŞ-ın militarist siyasətinə xərclənib. Minlərlə amerikalı gənc isə bu yolda Əfqanıstan və İraqda can verib. İsrail lobbisi və silah kartelləri isə bu siyasət hesabına külli miqdarda gəlir əldə ediblər.
Amerikada Ümumi Sədaqət Araşdırmalar Mərkəzi tərəfindən aparılan araşdırmalara görə, ötən 3 ildə ABŞ-da 27 şirkət və ya hüquqi şəxs İraq və Əfqanıstan müharibələrinin ardınca imzalanmış müqavilələr hesabına 27 milyard dollar gəlir əldə edib. Bu şirkətlərin rəyasət heyəti və ya işçilərinin 75%-dən çoxu hakimiyyətdə, Konqresdə və ya orduda vəzifə sahibidirlər.
"Qlobal Riserç" sonda yazır: "Beləliklə, terrorizmlə mübarizədə ABŞ üçün yeganə bir yol mövcuddur. O da terrorçularda maraq oyatmağa son qoymaq və onların silahlandırılması prosesini dayandırmaqdan ibarətdir".
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35