İnsan haqqı və hüququ
16:31 26-09-2014
SİYASƏT
İnsan haqqı və hüququ
Yaşanan zaman təfəkkürdü
Insan hüquq və azadlığı ilə bağlı bütün yanaşmalar dövlətin və millətin azadlığı ilə bağlıdır. Bu baxımdan yanaşsaq aydın olar ki, Dağlıq Qarabağ problemi, əslində regionda inkişafı dayandıran problemdi. Nədən? Gəlin izahını tapaq.İlk açması tam neytrallığı qorumaqdı.Üumiyyətlə, neytrallıq hərəkatı 19-cu əsrin əvvəllərində kiçik dövlətlərin özünü böyük dövlətlərin hücumundan qoruması üçün bir vasitə idi.
Belə ki, kiçik dövlətlər torpaqlarının işğal olunmaması üçün tərəfsizlik mövqeyini tuturdular. Azərbaycanın bu hərəkata qoşulmasına gəldikdə isə, Azərbaycan onsuzda tərəfsiz xarici siyasət yeridir. Amma burada bir məqama diqqət yetirməliyik ki, ölkəmizin əsas problemi Dağlıq Qarabağdır və əgər biz bu hərəkata daimi qoşuluruqsa, müharibə variantından uzaqlaşırıq. Yəni neytrallar hərəkatına terminoloji baxımdan yanaşsaq, bu hərəkatın üzvü olan ölkə konkret olaraq müharibəyə başlamayacağına imza atır.Düzdür bu hərəkatın tarixi çox qədim zamanlara gedib çıxır. Amma yenə də mən bu fikirlə razılaşmıram. Çünki, bu hərəkata qoşulmaq o demək deyil ki, Azərbaycan öz torpaqları uğrunda mübarizədən yayınacaq və ya gərəkən anda hansısa imzaya görə müharibə addımından kənar duracaq. Neytrallar hərəkatına əvvəllər qoşulan ölkələrin başqa çıxış yolu yox idi, yəni onlar varlıqlarını qorumaq, başqa ölkələr tərəfindən işğal olunmamaq üçün məcbur idilər ki, bu şərtlərlə razılaşsınlar. Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı hər cür addım atmağa imkanı var. Yəni, bu heç də o anlama gəlmir ki, Azərbaycan müharibə addımı atmaqdan məhrum olunacaq. Əslinə qalsa bilirik ki, Ermənistanla Rusiya arasındakı hərbi əməkdaşlıq müqaviləsinə görə, əgər hansısa ölkə Ermənistan ərazisində müharibəyə başlasa, Rusiya Ermənistanın tərəfində duracaq və onlara kömək edəcək. Yəni Azərbaycan Dağlıq Qarabağla bağlı problemi yalnız öz gücü hesabına həll edəcək. Əslində Azərbaycanın neytrallar hərəkatına qoşulması sadəcə bu günə kimi yeridilən tərəfsiz xarici siyasətinin rəsmiləşdirilməsidir. Yəni Azərbaycan nə NATO-nun, nə də Rusiyanın yardımını almayacağını, sərbəst, tərəfsiz siyasət yeritdiyini dünyaya bəyan edir.
Rusiyanın təkidi ilə dəfələrlə bu istiqamətdə görüşlər keçirilib. Amma bütün görüşlərin nəticəsində Ermənistan yenə öz mövqeyini dəyişməyib. Hər dəfə ümid bəslədiyimiz görüşlərdən sonra Ermənistan atəşkəs rejimini pozmağa davam edib. Yəni artıq hər dəfə keçirilən görüşlərdə ümidlər daha da azalır. Çünki ortada azyaşlı uşaqları öldürməkdən çəkinməyən Ermənistandan söhbət gedir. Amma təbii ki, biz dünya dövlətlərinə inteqrasiya olunmuş müstəqil bir dövlətə sahibik. Bütün bunlarla yanaşı onu da qeyd edim ki, beynəlxalq aləm Dağlıq Qarabağın Azərbaycana aid olduğunu qəbul edir. Lakin buna baxmayaraq, Ermənistan qeyri-konstruktiv mövqe sərgiləyir . Bunun qarşılığında yenə də Azərbaycan məsələnin sülh yolu ilə həll olunması üçün bütün variantlara əl atır.
Keçirilən heç bir görüşdə Azərbaycan nə isə itirməyib. Əksinə bütün dünyaya dəfələrlə sübut edib ki, torpaqlarının alınması üçün sülh yoluna üstünlük verir. Bu gün dünyada elə bir beynəlxalq qurum yoxdur ki, onun gündəmində Dağlıq Qarabağ problemi olmasın. Bu gün Azərbaycan istənilən vaxt müharibəyə gedə bilər. Çünki Ermənistan tərəfi Azərbaycanla heç bir gücünə görə müzakirə olunası səviyyədə deyil. Azərbaycan istər hərbi bazası, istərsə də iqtisadi baxımdan torpaqlarını qaytarmağa hazırdır. Bəlkə bu görüşdə böyük bir razılıq əldə olunmayacaq, amma bu bir faktdır ki, Azərbaycan hər görüşdə özünü biraz daha sübut edir. İnsan hüquqları institutu, məzmun etibarilə müxtəlif, eyni statusa sahib olmayan hüquqları tədqiq edir və qoruyur. Lakin, mülkiyyət hüququ təbii və əsaslı hüquq olduğu halda, konkret bir həyat tərzi ətrafında birləşməyi təmin edən həmrəylik (solidarity) hüquqlarının mahiyyəti belə tam aydınlığa qovuşmayıb. Habelə insan hüquqları institutu, mənbə etibarilə, beynəlxalq sənədlərə söykəndiyi kimi, milli qanunvericilik müddəalarına da əsaslanır. Konkret hüququn məzmununun doldurulması da maraq kəsb edir. Belə ki, mülkiyyət hüququnun məzmununu dolduran Mülki hüquq olduğu halda, söz azadlığı kimi hüquqların məzmununu isə fəlsəfə və siyasət elmi doldurur. Konkret hüquqlar baxımından bunu niyə bilməliyik? Məsələn, ayrı-seçkiliyə məruz qalmama hüququnun necə formalaşdığını bilməsək, müxtəlif hadisələrdə onu düzgün tətbiq edə bilməyəcəyik. Yəni hüquq hansı prinsiplərin təmin edilməsinə yönəlir, mütləq bilinməlidir. Burada bir məsələni qeyd etməliyik. İnsan hüquqları institutu anarxiya rejiminə yönəlmir və insanın hər istədiyini edəbiləcəyi bir mühiti forma-laşdırma məqsədini güdmür. Dövlətin insan hüquqlarına hörmətlə yanaşması, dövlətin bu sahədə tənizmləmə aparma səlahiyyətini aradan qaldırmır, ancaq bu tənzimləmənin məqsədini tənzimləyir və məhdudlaşdırır. Anarxiya nizamı, bütün hüquqları təhlükə altına aldığına görə, nizam-intizam qorunmalıdır və dövlətin hakimiyyət səlahiyyətlərinə də hörmətlə yanaşmaq lazımdır. Lakin hakimiyyət səlahiyyətləri, insanların legitim və ağlabatan maraqlarının məcmu-sundan ibarət olan, ictimai maraqların doyurulmasına yönəlməlidir. Burada insan hüquqları nəzəriyyəsi, demokratik rejimlərə bir məhdudiyyət gətirir – və konkret insanın çoxluq tərəfindən belə pozulmaz hüquqlar "qalasını" göstərir. Avtoritar rejimlərdə isə, insan hüquqları institutu bir az daha fərqli məqsədə yönəlir və effektivliyi də daha zəif olur; o simvolik bir protestə və zülmə qarşı dirənən çoxluğun ideologiyasına dönüşür.
İnsan haqqları demək olar ki, dünyanın bütün ölkələri tərəfindən qəbul edilir. Bu məsələnin universallaığından, çox vaxt bu və ya digər dövlətlərdə insan haqlarından sui istifadə halları əsas götürülərək onlara qarşı hərbi və iqtsadi təzyiq göstərmək üçün istifadə edilir. Konstitusiayıarda əsas hüqüqların və beynəlxalq razılaşmaların köməyi ilə insan haqqları inkar olunmaz bir hüqü kimi qəbul edilmişdir. Beynəlxalq aləmdə insan haqları BMT-nin deklarasiyası ilə qanunləşdirilmişdir.Gəlin, indi sırf nəzəriyyəyə keçəyin.
İnsan hüquqları müxtəlif təsnifat sistemlərinə tabedir. Əsas təsnifatlardan biri, bunları bir tərəfdən mülki və siyasi, digər tərəfdən isə iqtisadi, sosial və mədəni hüquqlara bölməkdir. 80-ci illərdə bunlara 3-cü nəsil adlanan hüquqlar da əlavə olunub, bunlara da həmrəylik hüquqları da deyilir. Lakin bu 3-cü nəsil hüquqlar haqqında fikir birliyi yoxdur, nələrin bu kateqoriyaya daxil olduğu və bunların hüquqi rejimi mübahisəlidir. İnsan hüquqlarının 3 nəslə bölünməsi, 1979-cu ildə Strasburqdakı Bey-nəlxalq İnsan Hüquqları İnstitutun üzvü, milliyyətçə Çex olan Karel Vasak tərəfindən irəli sürülüb. Vasakın bu təsnifatı öz köklərini Avropa hüququndan aldığı kimi, Avropa dəyərlərini əks etdirirdi.
Mülki və siyasi hüquqlar öz əksini Avropa İnsan Hüquqları Konven-siyasında, UDHR -in 3 – 21-ci maddələri arasında, habelə 1966 tarixli BMT Mülki və Siyasi Hüquqlar haqqında Sazişdə (ICCPR) tapıb. İqtisadi, sosial və mədəni hüquqlar isə, UDHR-in 22 – 28-ci maddələri arasında, Avropa Sosial Şərtində, habelə yenə 1966 tarixində bu hüquqlar üçün xüsusi olaraq tənzimlənən İqtisadi, sosial və mədəni hüquqlar haqqında Bey-nəlxalq Paktda (ICESCR ) göstərilib.
BMT səviyyəsində iki ayrı Paktın hazırlandığını görürük. Bunun səbəbi nədir? UDHR-də hər iki nəsil hüquqlar birləşdirildiyi halda, niyə 1966 Paktla-rında bunlar ayrı müqavilələrdə tənzimlənib? Səbəbi budur ki, bu hüquqlar fərqli hüquqi rejimə tabedir və dövlətlərə gətirdiyi öhdəliklər də fərqlidir. Sosial hüquqları təmin etmənin, həm ideolojik həm də iqtisadi yönləri var, hər dövlətin də şəraiti buna uyğun olmaya bilər. Mülki və siyasi hüquqlar baxımından, vəziyyətin belə cəhəti var ki, başda SSRİ olmaqla, bəzi dövlətlərin öz təbəələrinə bütün bu hüquqları tanımaq niyyətləri yox idi. Bu səbəblə, bu Paktlara həm qeyd-şərt imkanları gətirildi, həm də hüquqlar ayrı ayrı sənədlərdə (Konvensiyalarda) tənzimləndi. Üçüncü nəsil hüquqlara gəldikdə, bunlarla bağlı hər hansı beynəlxalq sənəd mövcud deyil. Bunun səbəbi, daha əvvəl qeyd etdiyimiz kimi, ondan ibarətdir ki, həmrəylik hüquqları haqqında tam bir hüquqi və siyasi uzlaşma mövcud deyildir.
Bu təsnifatda əsas meyarın nə olduğunu və bununla hansı məqsədlərin güdüldüyü sualı ağla gələ bilər. Habelə bu təsnifatın, müvafiq hüquqların hüquqi rejiminə necə təsir göstərdiyi də başqa bir məsələdir. Mülki və siyasi hüquqların digər adı, təbii hüquqlardır. Natural rights olaraq bunların adlanması, anqlo-sakson hüquqdan irəli gələn bir ənənədir. Təbii hüquqlar, mahiyyəti etibarilə universal hüquqlardır, insan əxlaqından ayrılmazdır və davranış ya da ki, inanclara bağlı deyildir. Təbii hüquqlar, qeyd olunduğu kimi, təbii hüquq məktəbinin bir məhsuludur. Bilindiyi kimi təbii hüquq məktəbi, liberalizm axımının öncüsü və ilhamçısı olmuşdur. Avropada təbii hüquq məktəbinin tərəfdarları, Saint Thomas başda olmaqla, hüququn mənbəyini Allahda görürlər. Bu məktəbin sekular (dünyəvi) tərəfdarları isə, təbii hüququn mənbəyini təbiətdə görürlər.
Təbii hüquq (natural right) anlayışını[3], qanuni hüquq (legal right) anlayışı ilə müqayisə etmək mümkündür. Qanuni hüquq dövlət, ya da cəmiyyət tərə-findən vətəndaşların mənfəəti üçün yaradılır. Halbuki təbii hüquqlar, dövlətin tanıyıb-tanımamasından asılı olmayaraq özü-özünə var olan bir hüquqdur. Birinci nəsil hüquqların əhəmiyyəti ondan ibarətdir ki, bunlar insanın əsas, ayrılmaz və ən vacib hüquqlarını təşkil edir. Qanuni hüquqlara isə ikinci nəsil insan hüquqlarını, yəni iqtisadi və sosial hüquqları misal kimi göstərə bilərik. Fransız inqilabının məhsulu olan 1789 tarixli İnsan və Vətəndaş Hüquq-ları Bəyannaməsində də təbii hüquqlar tənzimlənmişdi.
Təbii hüquqlara misal kimi, ilk növbədə yaşamaq və azadlıq hüququnu göstərmək olar. Mülkiyyət hüququnu da J.Locke kimi alimlər təbii hüquqlar arasında görüb, T.Jefferson isə mülkiyyəti xoşbəxt olmanın ayrılmaz ünsürü sayıb. Rousseau mülkiyyəti təbii hüquq saymamaqla bərabər, Hobbes və Locke ilə bərabər "ictimai müqavilə" nəzəriyyəsinin müdafiəçiləri kimi, insanların öz təbiətlərinə və ehtiyaclarına görə davranmayı təbii hüquqlardan sayıb; filosofa görə bunlar dövlətdən əvvəl gəlir və dövlət tərəfindən bəxş edilməyib. Təbii hüquqlar anlayışının zamanla nəzərə alına bilməyən "meyvələri" ortaya çıxır. Təbii hüquqları pozan şəxslərin məsuliyyəti illər keçdikdən sonra irəli sürülür. Buna yaxşı misal versək, 2009-cu ilin Yanvar ayında İspaniya Ali Məhkəmə-sinin verdiyi qərarı yada sala bilərik: İsrail hökumətinin bəzi üzvlərini, Müdafiə Naziri Benjamin Ben-Eliezer kimi, 2002-ci ildə Gəzzada 15 mülki şəxsin ölümü və 150 nəfərin yaralanması ilə nəticələnən raket zərbələrinə görə insan-lığa qarşı cinayət törətdiklərinə görə məhkum olunmuşdu. Birinci nəsil hüquq-ların bir digər adı da "klassik" hüquqlardır. Bu hüquqlar ona görə klassik adlan-dırılır ki, bunlar uğrunda mübarizə 18-ci əsrin əvvəllərindən bəri daha da artmışdır.
İkinci nəsil hüquqlar baxımından da bu məqamlara toxunmalıyıq. Təbii hüquqlardan başqa, elə amillər və hallar var ki, bunlar təmin edilmədən birinci nəsil hüquqların həyata keçirilməsi xeyli çətin olur. Məsələn, pulu olmayan və çox kasıb bir insan üçün hərəkət (səyahət) azadlığı böyük bir məna və əhəmiyyət kəsb eləmir. Digər tərəfdən, təhsil ala bilməyən insan üçün, söz və ifadə azadlığının böyük əhəmiyyəti yoxdur. Habelə əmək hüquqları təmin olunmayan bir insan üçün şəxsi və ailə həyatına hörmət edilmə məsələsi xəyali bir hədəfdir. Lakin ikinci nəsil hüquqların vacib xüsusiyyəti bundan ibarətdir ki, bunlar dövlət tərəfindən tanınır və mahiyyətcə ictimai olan hüquqlardır, yəni insanın cəmiyyət halında yaşamasından irəli gəlir. Bu meyarı nəzərə alaraq, bunları siyasi hüquqlarla qarışdırmaq olmaz, çünki siyasi hüquqlar hər nə qədər cəmiyyətə yönəlik olsalar da, bunların məqsədi və səbəbi azadlıq hüququnu təmin etməkdir. İqtisadi, sosial və mədəni hüquqlar insanın cəmiyyət daxilində özünü ləyaqətli şəkildə inkişaf etdirə bilməsinə yönəlir. Bu səbəblə, ikinci nəsil hüquqları, hardasa birinci nəsil hüquqların dolayı təminatçısı kimi görmək mümkündür. Həqiqətən də, sosial və iqtisadi hüquqların elə bir minimum həddi var ki, o həddin altında həyat tərzinə məruz qalmış insan birinci nəsil hüquqlarından da faydalana bilməz.
Məhz buna görə, UDHR, 1948-ci ildə hazırlananda bu bəyannaməyə həm birinci, həm də ikinci nəsil hüquqlar daxil edilib. Hər iki nəsil hüquqların UDHR-də yer almasının səbəbi ondan irəli gəlirdi ki, bunların ancaq bir yerdə var olduğu bir sistemdə bu hüquqların təmin edilməsinin mümkün olacağına dair qənaət hakimdi. Həqiqətən də, mülki və siyasi hüquqlar olmadan ikinci nəsil hüquqları təmin etmək mümkün olmadığı kimi, bir insanın mənzili və iş yeri olmadan, aclıq və səfalət içində birinci nəsil hüquqlarını yaşaması çətin görsənir (buna full belly "dolu qarın" tezisi də deyilir).
Burada yenə bir məqama daha diqqət yetirməliyik. İnsan hüquqları nəzəriyyəsi qərb mədəniyyətinin bir məhsuludur. Qərb ölkələri üstünlüyü daha çox birinci nəsil hüquqlara verirlər. ABŞ-da indiyə kimi, due proses of law deyilən məhkəmə təminatı ancaq həyat, azadlıq və mülkiyyət hüquqları ilə bağlı mübahisələrdə tətbiq olunur. Avropa qitəsində sosial hüquqlara daha çox diqqət yetirilir, amma birinci dərəcə hüquqlar orada yenə əsasdır. Bilirik ki, sosial hüquq dövləti anlayışı, hal-hazırda Avropa qitəsində hakimdir. Lakin bunun səbəbləri arasında, eyni zamanda, II Dünya Müharibəsindən sonra Avropada nisbətən güclü olan sosialist hərəkətlər də yer alır. Köhnə sosialist dövlətlər və Asiya ölkələri iqtisadi və sosial hüquqlara daha böyük əhəmiyyət verdikləri halda, birinci nəsil hüquqları isə çox vaxt təmin etməkdən aciz olublar. Məsə-lən, SSRİ-də pulsuz müalicə, təhsil, istirahət hüquqları təmin edildiyi halda, söz azadlığı kimi əsas hüquqlar qətiyyən tanınmırdı. Bunun əksinə ABŞ-da isə, iqtisadi və sosial hüquqlar mütləq şəkildə təmin olunası hüquqlar sayılmır.
İnsan hüquqları üçün nəzərdə tutulan bir digər təsnifat, bunları neqativ və pozitiv hüquqlar olaraq ikiyə bölməkdir. Neqativlik və pozitivlik yaxşı ya da pis olma mənasında ələ alınmır. Yaxşı ya da pis hüquq, əlbəttə ki, olmaz. Burada dövlətin konkret hüquqa qarşı hansı mövqedə duracağı nəzərdə tutulur – dövlət konkret hüququ təmin etmək üçün hərəkətsiz qalıb müdaxilə etməməlimi (qarışmamalı), yoxsa tam tərsinə, hüququ təmin etmək üçün nəsə etməlidir? Azadlıq hüququ ya da söz azadlığı baxımından dövlət müdaxilə etməməlidir, sizə qarışmamalıdır, onun məmuru gəlib sizin qapınızı döyməməlidir. Lakin təhsil hüququnun ya da mənzil hüququnun təmini üçün, dövlət məktəb açmalı ya da kooperativ mənzillərin tikintisinə kömək etməlidir. Əvvəllər hesab olunurdu ki, birinci nəsil hüquqlar neqativ hüquqlardır, halbuki, ikinci nəsil hüquqlar pozitiv hüquqlardır. Bu yanaşma tərzi bir zaman-lar düzgün hesab oluna bilərdi. Lakin Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ, neqativ hüquqlar baxımından da dövlətin pozitiv öhdəliklə-rini gətirməyə başladı. Məsələn, yaşamaq hüququna hörmət edən dövlət öz məmurları tərəfindən vətəndaşın həyatına qəsd etməməli və bu neqativ öhdəlik-dir. Lakin əgər vətəndaş ehtimal olunan cinayətə qarşı dövlətdən qoruma tələb edirsə, dövlətin o vətəndaşı qoruma kimi bir öhdəliyi yaranır və bu da pozitiv öhdəlikdir. Ona görə, indi "neqativ-pozitiv hüquq" təsnifatından daha çox, döv-lətin "neqativ ya da pozitiv öhdəliklərindən" bəhs olunur. Bununla belə, din azadlığı, azadlıq hüququ, məlumat yayma azadlığı kimi hüquqlara, hələ də sırf neqativ hüquq kimi yanaşmaq mümkündür.
Digər Xəbərlər
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35
2024-12-23 19:46:50
2024-12-23 19:36:53