"Hafka" rəqiblərinə meydan oxumağa hazırlaşır
11:29 23-10-2014
CƏMİYYƏT
"Hafka" rəqiblərinə meydan oxumağa hazırlaşır
Qalmaqallı iş adamı "özünə gəlir": "Bank of Azerbaijan" "dirilmək" üzrədir
"Bank of Azerbaijan" maliyyə əməliyyatlarını bərpa edib. Belə ki, bir müddətdir kreditləşməni, eləcə də əmanətlər üzrə faizlərin ödənilməsini dayandıran bank müştərilərin üzünə qapısını açıb.
Bankın filiallarında artıq müştərilərin qəbuluna start verilib. 3 ay öncə "Bank of Azerbaijan"a məxsus hansısa bankomatda pul olması möcüzə sayılsa da, artıq vəziyyət dəyişib. Məsələ ilə bağlı bankın münasibətini öyrənmək istəsək də, cəhdlərimiz baş tutmadı.
Nəzərə çatdıraq ki, "Bank of Azerbaijan"ın əsas səhmdarları "BAGHLAN GROUP"un təsisçisi Hafiz Məmmədov və oğlanlarıdır. Bankın səhm kapitalında Məmmədov Kənan Hafiz oğlunun payı - 21 817 500 AZN (43,63%) Məmmədov Sənan Hafiz oğlunun payı - 21 817 500 AZN (43,63%)-dir. Digər səhmdarlar Məmmədov Mübariz Məcid oğlu 12,07%, NEM Holdinq - 0,67% paya malikdir.
Xatırladaq ki, cari ilin aprelindən bankın çətinlikləri başlayıb. Hətta "Bank of Azerbaijan"nın 700 milyon dollara yaxın borcunun olması belə irəli sürülürdü. May ayından ASC-də səhmdarların növbədənkənar ümumi yığıncağı keçirilərək iclasda Hafiz Məmmədov Müşahidə Şurası sədrliyindən uzaqlaşdırıldı. Müşahidə Şurasının və İdarə Heyətinin yeni tərkibi təsdiqləndi. O zaman mətbuatda bankın H.Məmmədovdan alındığına dair məlumatlar yer alırdı. Lakin bir müddət əvvəl "Bank of Azerbaijan"nın mərkəzi ofisi "BAGHLAN GROUP"un baş binasına köçürüldü. Son məlumatlara görə, xarici donorlarla razılaşan iş adamı kredit cəlb etməklə bankı yenidən əlində cəmləşdirib. Əldə etdiyimiz məlumata görə, bankdan uzaqlaşdırılan Hafiz Məmmədova yaxınlığı ilə seçilən kadrlar geri işə qaytarılıblar.
Hafiz Məmmədova məxsus "Bakı" futbol klubunun bəzi legionerlərini geri qaytarması da iş adamının "dirilmə"sindən xəbər verir.
İstisna deyil ki, yavaş-yavaş "özünə gəlməyə" başlayan Hafiz Məmmədov əvvəlki mövqelərini qismən bərpa etdikdən sonra onun zəiflədilib sıradan çıxarılmasında maraqlı olan rəqiblərinə də "savaş" elan edəcək, "intiqamını" almağa çalışacaq.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26