Lalə Şövkət yenidən siyasi meydana qayıdır
11:32 23-10-2014
CƏMİYYƏT
Lalə Şövkət yenidən siyasi meydana qayıdır
ALP lideri parlament seçkiləri öncəsi Rusiyanın sifarişi ilə aktivləşməyə başlayıb
Məlum olduğu kimi, hər seçkiöncəsi Qərblə yanaşı, Rusiya da Azərbaycanda ictimai-siyasi proseslərin öz maraqlarına uyğun cərəyan etməsi üçün müəyyən planlar cızır.
2013-cü il prezident seçkiləri ərəfəsində Rüstəm İbrahimbəyovun vasitəsiylə Azərbaycanın daxili siyasətinə müdaxilə edən Rusiya Milli Şura layihəsini işə salmışdı. Əslində, həmin plan müəyyən dövrdə işə də yaramışdı. Düzdür, sonra Rusiya dairələri arasında yaranan fikir ayrılığından sonra Milli Şura layihəsinə dəstək verilmədi. Radikalların Azərbaycan xalqından dəstək ala bilməməsi üzündən Milli Şura fiasko yaşadı.
Amma Rusiya 2015-ci il parlament seçkilərini də boş buraxmaq istəmir. Çünki budəfəki parlament seçkilərinin əvvəlki illərə nisbətən fərqli müstəvidə keçəcəyi və Milli Məclisin tərkibinin xeyli dərəcədə dəyişəcəyi gözlənilir. Ona görə Rusiya bu fürsətdən istifadə edib özünə yaxın siyasi çevrələr vasitəsiylə maraqlarının təmininə çalışacaq.
Bu barədə "Unikal"ı məlumatlandıran bilgili şəxs deyib ki, Rusiya bu dəfə planı Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət üzərində qurmaq istəyir. Onun sözlərinə görə, artıq Lalə Şövkət müəyyən ilkin danışıqlar da aparıb: "Bildiyiniz kimi, Lalə Şövkət uzun illər Rusiyada yaşayıb və işləyib. Bu səbəbdən də Rusiyanın demək olar ki, əksər siyasi dairələri ilə münasibətləri var. Ona görə də Rusiya Azərbaycanda hər hansı bir layihə həyata keçirəndə istifadə etdikləri fiqurlardan biri də Lalə Şövkətdir. 2013-cü il prezident seçkilərində Rüstəm İbrahimbəyovla bağlı Milli Şura yaradılmışdı. 2015-ci il parlament seçkilərində də analoji bir ittifaq yaradılsa, Lalə Şövkət öndə olacaq. Hətta yaradılacaq birliyin lideri Lalə Şövkət də ola bilər".
Dünən gözlənilmədən Lalə şövkətlə bağlı informasiyanın gündəmə gəlməsini də mənbəmizin fikirlərinin haqlı olduğunu göstərir. Belə ki, Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyeva artıq Bakıya qayıdıb. Bu barədə Modern.az saytına ALP sədri Əvəz Temirxan məlumat verib. O bildirib ki, Bakıya qayıdan Lalə Şövkət həmişə olduğu kimi, siyasi proseslərin analizi ilə məşğuldur. "Lalə Şövkət Bakıdadır. O, hər gün siyasi informasiyanın analizini aparır. Geniş mütaliə ilə məşğul olan xanım siyasətçi xarici qonaqlarla da yaxından təmasda olur. Təbii ki, xarici qonaqlar hər gün ölkəmizə təşrif buyurmasa da, Lalə xanım həftədə bir dəfə əcnəbi ölkədən gələn qonaqları qəbul edir. Azərbaycanda elə bir siyasi fəaliyyət növü yoxdur ki, Lalə xanım onunla maraqlanmasın. Xarici qonaqlar daha çox Avropa ölkələrindən, Türkiyə və Amerikadan gəlirlər". Qeyd edək ki, Əvəz Temirxan bir müddət öncə ALP lideri Lalə Şövkətin Azərbaycan rayonlarının birində, kəndə çəkildiyini demişdi.
Göründüyü kimi, Lalə Şövkətin bir ilə yaxındır ki, ümumiyyətlə, siyasi proseslərdən kənarda durmasının səbəbləri bəlli oldu. Onun Milli Şura seçkiyə qatılmamış qurumdan istefasının da səbəbləri ortaya çıxdı. Yəni, hələ prezident seçkilərinə iki ay qalmış Rusiya Lalə Şövkətə o ittifaqdan kənarda dayanmağı tapşırdı. İndi isə parlament seçkilərində yenidən ondan istifadə etməyi planlaşdırır. Bu isə özlərini lider adlandıranların kimlərinsə əl buyruqçusu rolunda çıxış ediklərini göstərir. Təbii ki, bu da onların nə qədər cılızlığına sübutdur.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05
2024-11-26 15:35:26