Ermənistan dünyada separatçılığa əsas dəstək verənlərdən biridir
13:27 24-10-2014
CƏMİYYƏT
Ermənistan dünyada separatçılığa əsas dəstək verənlərdən biridir
Ermənistan qlobal mənada separatçılığa dəstək verməyi xarakterizə edən daha bir addım atıb. Məlum olduğu kimi, Ukraynanın bir hissəsi olan Krım bu ilin martında Rusiyaya birləşdirildikdən sonra dünyada, demək olar, heç kim tərəfindən tanınmayan daha bir regiona çevrildi.
Krıma reysləri icra edən bütün təyyarələr Rusiyanın aviaşirkətlərinə məxsusdur və Rusiya şəhərləri ilə separatçı region arasında uçuşlar həyata keçirirlər.
Lakin məlum olub ki, "Qroznı Avia" hava yolu şirkəti noyabrın 16-dan Simferopol-Yerevan marşrutu üzrə reyslərin həyata keçirilməsinə başlamağı planlaşdırır. Bu, Krımın Rusiyaya birləşdirilməsindən sonra Simferopol aeroportundan açılmış ikinci beynəlxalq aviareys olacaq. Düzdür, birinci aviareys Simferopol-Yerevan marşrutu üzrə açılan mütəmadi aviareys deyil, yalnız Simferopoldan İstanbula çarter reysi oldu.
Məlum olduğu kimi, Krım bu ilin martında Rusiyaya birləşdirildikdən sonra Ukrayna aviaşirkətləri Krıma uçuşu dayandırdılar. Ukrayna həmin vaxt Beynəlxalq Mülki Aviasiya Təşkilatını (ICAO) Rusiyanın aviaşirkətlərinə məxsus təyyarələrin Krımın hava məkanını pozmasını qınamağa çağırmışdı. Bununla da Krım hadisələri ilə əlaqədar Ukrayna ərazisində Simferopol aeroportunun olduğu dövlət kimi bütün ölkələri və beynəlxalq strukturları, o cümlədən Rusiyanı aeroportun bağlanması barədə məlumatlandırdı. Müvafiq olaraq, tanınmamış regiona uçuşlar qanunsuz hesab olunur və Ukraynanın hava məkanının pozulması kimi qiymətləndirilir.
Uzun illərdir Azərbaycanın Dağlq Qarabağ ərazisində separatçılığı təkbaşına dəstəkləyən Ermənistan Simferopol-Yerevan birbaşa aviareysinin açılmasına razı olmaqla növbəti dəfə beynəlxalq normaları açıq şəkildə pozub ki, bu da 20 ildən artıqdır özgə torpaqlarını işğal altında saxlayan ölkə üçün təəccüblü deyil.
Ermənistanın Krım üzrə mövqeyi onun BMT Baş Assambleyasının iclasında Ukrayna üzrə qətnaməyə qarşı uğursuz səsverməsindən sonra aydın idi. Həmin vaxt BMT-nin Baş Assambleyası böyük səs çoxluğu ilə martın 16-da Krımın Rusiyaya birləşdirilməsi haqqında referendumun qanunsuz olduğunu təsdiq edən qətnaməni qəbul etdi.
Bununla belə, Rusiyanın çoxdankı müttəfiqi Belarus qətnamənin əleyhinə səs verərək beynəlxalq normaları pozmadı və "Belavia" dövlət aviaşirkətinin Krıma yay reyslərini ləğv etdi. Bu da başa düşüləndir, çünki ICAO sərnişin təyyarələrinə tanınmayan respublikaların aeroportlarına və tanınmayan ərazilərə uçuşlar həyata keçirməyi qadağan edir. Və Minsk bu halda Yerevandan fərqli olaraq uçuşlardan imtina edərək beynəlxalq hüquq normalarına riayət etmək qərarına gəldi. O Yerevan ki, buna qədər uzun illər olduğu kimi dünyanın müxtəlif regionlarında separatçılığı açıq şəkildə dəstəkləmək üçün hər şeyi edir.
Elmira Tariverdiyeva
Digər Xəbərlər
2024-11-25 23:45:45
2024-11-25 22:38:42
2024-11-25 20:39:01
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54