Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanmışdır
Oktyabrın 24-də Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Yerli icra hakimiyyəti orqanları ilə KİV arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfrans keçirilmişdir.
Tədbir çərçivəsində həmçinin, Fond ilə rayon icra hakimiyyərinin birgə elan etdiyi "Səbail rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövsunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanmış, qaliblərin mükafatlandırılması mərasimi təşkil olunmuşdur.
Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, habelə ölkənin 30-dan çox aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və jurnalistləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qonaqları salamlayaraq ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə son illər Azərbaycan milli mətbuatının sürətli inkişaf yolu keçdiyini bildirmişdir. Medianın cəmiyyət həyatındakı rolunu yüksək dəyərləndirən A.Əsgərov son illər rayon icra hakimiyyəti ilə jurnalistlər arasında sıx və məhsuldar əlaqələrin qurulduğunu qeyd etmişdir. Fondla birgə müsabiqənin ikinci dəfədir ki, keçirildiyini diqqətə çatdıran A.Əsgərov təqdim edilmiş yazıların böyük əksəriyyətini şəxsən oxuduğunu vurğulamış, əhatəli və obyektiv yazılar üçün jurnalistlərə təşəkkürünü bildirmişdir.
Sonra çıxış üçün söz Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərliyə verilmişdir. Fondun icraçı direktoru tədbir iştirakçılarını salamlayaraq, keçirilən konfransın sayca üçüncü olduğunu qeyd etmişdir. V.Səfərli bildirmişdir ki, konfransın keçirilməsində əsas məqsəd kütləvi informasiya vasitələri ilə yerli icra hakimiyyəti orqanları arasında əlaqələrin genişləndirilməsidir.
Fondun icraçı direktoru Səbail rayon rəhbərliyinin KİV-lə əməkdaşlığa böyük maraq göstərdiyini, jurnalistlərə xüsusi diqqətlə yanaşdığını, əlamətdar bayramlarda onları mükafatlandırdığını razılıqla qeyd etmişdir. V.Səfərli, həmçinin son illər rayonda aparılan abadlıq-quruculuq və yenidənqurma işlərini yüksək qiymətləndirmişdir.
V.Səfərli daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu və Səbail Rayon İcra Hakimiyyətinin birgə elan etdiyi müsabiqənin nəticələri barədə geniş məlumat verərək 2014-cü il iyulun 18-dən oktyabrın 1-dək keçirilmiş müsabiqəyə 16 redaksiyadan 26 yazının təqdim olunduğunu, hər bir yazının 3 ekspert tərəfindən qiymətləndirildiyini vurğulamışdır. Müsabiqənin şərtlərinə əsasən, I yerin qalibinə 1000, ikinci yerin qalibinə 800, üçüncü yerin qalibinə 600 manat, habelə 10 həvəsləndirici yerlər üçün 200 manat mükafatın verilməsi nəzərdə tutulmuşdur.
V.Səfərli yekun nəticələrin rayon icra hakimiyyətinin başçısı ilə müzakirəsi zamanı müsabiqənin şərtləri daxilində mükafatdan kənarda qalmış jurnalistlərin də mükafatlandırılması barədə razılığın əldə olunduğunu diqqətə çatdırmışdır: "Həmin qərara əsasən, müsabiqədə qaliblərə yaxın yüksək nəticə göstərmiş 4 nəfər jurnalistə 500 manat məbləğində xüsusi mükafatın və fəxri fərmanın, eyni zamanda, müsabiqəyə yazı təqdim edən, lakin aşağı nəticə göstərən 9 nəfər jurnalistə isə 100 manat məbləğində pul mükafatının verilməsi nəzərdə tutulmuşdur".
Müsabiqəyə təqdim olunmuş yazıların səviyyəsinin əvvəlki dövrlərlə müqayisədə nisbətən yüksəldiyini diqqətə çatdıran V.Səfərli jurnalistləri Fondun keçirdiyi müsabiqələrdə fəal iştirak etməyə çağırmışdır. Fondun icraçı direktoru belə müsabiqələrin keçirilməsinin həm jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, həm də onların sosial rifah halının yaxşılaşdırılması baxımından əhəmiyyətli olduğunu vurğulamışdır.
Media nümayəndələrinin çıxışlarında bu kimi tədbirlərin əhəmiyyəti xüsusi qeyd edilmişdir. Bildirilmişdir ki, fərdi jurnalist yazıları müsabiqələri KİV nümayəndələri ilə rayon icra hakimiyyəti arasında əlaqələrin daha da möhkəmləndirilməsi, habelə rayonla bağlı məlumatların ictimaiyyətə dolğun şəkildə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.
Daha sonra müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Digər Xəbərlər
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05