DİN-dən dəhşətli qəza ilə bağlı
Daxili İşlər Nazirliyi dünən baş verən dəhşətli avtobus qəzası ilə bağlı məlumat yayıb.
"Unikal" DİN-in saytına istinadən xəbər verir ki, oktyabrın 23-də saat 15 radələrində Qaradağ rayonunun Buta qəsəbəsində yol qəzası baş verib.
Kəngərli rayon sakini Ələddin Allahverdiyevin idarə etdiyi "Ford Cargo" markalı yük avtomobili ilə Füzuli rayon sakini Rafiq Səfərəliyevin idarə etdiyi "Ford Transit" markalı mikroavtobus toqquşub.
R.Səfərəliyev idarəetməni itirdiyindən avtomobili Ağdam şəhər sakini Ramil Zeynalovun idarə etdiyi "KİA" markalı avtomobilə vurub.
R.Səfərəliyevin sərnişinlərindən - həmyerlisi Ağgül Ərşədil və Beyləqan rayon sakini Qeys Abdullayev hadisə yerində ölüb, digər 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Digər Xəbərlər
2025-02-27 18:55:54

2025-02-27 18:04:36

2025-02-27 17:20:21

2025-02-27 17:12:40

2025-02-27 17:08:07

2025-02-27 17:06:00

2025-02-27 16:57:12

2025-02-27 16:46:20

2025-02-27 16:25:17

2025-02-27 16:20:00

2025-02-27 15:47:44

2025-02-27 15:35:48

2025-02-27 15:17:01

2025-02-27 15:02:00

2025-02-27 14:26:00

2025-02-27 14:14:54
