Avropadan Azərbaycana hədə
10:03 05-11-2014
CƏMİYYƏT
Avropadan Azərbaycana hədə
Xədicə İsmayılın sahibləri meydana çıxdı
Azərbaycana qarşı süni şəkildə gərginliklər artmaqda və bundan müəyyən qüvvələr istifadə etməkdədir. Elə bir müddət öncə Xədicə İsmayılın rəhbərliyi ilə hakimiyyətə qarşı sərt açıqlamaların verilməsi, siyasi məhbuslarla bağlı yaradılmış işçi qrupuna inamsızlıq yaratmaları bu olayın başlanğıcı idi.
Əksəriyyət hesab edirdi ki, Xədicə İsmayıl bu sifarişi xaricdən alıb və əsas məqsəd hakimiyyəti gərginlikdə saxlamaqdır. Bu bir həqiqətdir ki, bəzi beynəlxalq qurumlar Azərbaycanın daxili işlərinə qarışmaqla hər zaman siyasi prosesləri nəzarətlərində saxlamağa çalışırlar və bu işdə Leyla Yunus və Xədicə İsmayıl şəbəkəsi əvəzsiz rol oynayır. Sonuncu olayda da Xədicə İsmayıl bütün gücünü səfərbər etsə də sifarişçilərin istəyini həyata keçirə bilmədi. Görünür buna görə Xədicə İsmayıldan sonra Avropadakılar da hərəkətə keçdi. Belə ki, Avropa Şurasının baş katibi Torbörn Yaqland formal bir bəhanədən Böyük Britaniyanın ədliyyə naziri Kris Qreylinqin bəyanatından yapışaraq Azərbaycan hakimiyyətini tənqid edən məqalı ilə çıxış edib. K.Qreylinq "The Daily Telegraph" qəzetinə açıqlamasında Böyük Britaniyanın Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) tərkibindən çıxmaq niyyətini açıqlayıb. Nazir deyib ki, əgər Mühafizəkarlar Partiyası 2015-ci ilin yazında keçiriləcək seçkilərdən sonra da hakimiyyətdə qalmaqda davam etsə, onun ölkəsi AİHM-dən çıxacaq.AŞ baş katibi Torbörn Yaqlandın məqaləsi nüfuzlu Britaniya qəzeti "Guardian"da dərc edilib.
T.Yaqlandı bu tənqidləri dilə gətirməyə sövq edən motiv və səbəbləri anlamaq çox çətindir. O, birtaniyalıların AŞ-yə ünvanlanmış siyasi ultimatumunu Azərbaycanda insan haqlarının durumu məsələsi ilə malalayıb ört-basdır etməyə cəhd göstərib. Baş katib bununla britaniyalılara sanki belə demək istəyib ki, siz AİHM-dən hara çıxırsınız, baxın, insan haqlarının vəziyyətinin heç də yaxşı olmadığı Azərbaycan kimi ölkələr də var...Və bütün bunlar bilirsinizmi hansı hadisələrin fonunda baş verir?! Prezident Əliyev cəmi bir neçə həftə əvvəl AŞ baş katibinin mübahisəli cinayət işlərinin ictimai ekspertizası üzrə mülki mexanizmlər yaratmaq barədəki təşəbbüsünü dəstəkləmişdi.T.Yaqlanda məqaləsində ReAl lideri İlqar Məmmədovun məsələsinə xüsusi diqqət ayıraraq onun qeyd-şərtsiz azad olunmasını yenidən tələb edib.
AŞ baş katibi Azərbaycanı Avropa İnsan Haqları Konvensiyasını pozmaqda da ittiham edir. T.Yaqland Azərbaycanın məhkəmə sistemində də dərin köklərə malik problemlərin olduğunu vurğulayır.
"Mən AŞ üzvü olan dövlətləri və aparıcı ölkələrin Bakıdakı səfirliklərini hüquq müdafiəçiləri üzərindəki cari məhkəmə araşdırmalarına nəzarət etməyə çağırdım. Britaniya bu təklifə artıq müsbət cavab verib" - deyə AŞ baş katibi yazır.
T.Yaqland açıq şəkildə bəyan edir ki, AŞ insan haqları sahəsində vəziyyətin pisləşməsinə görə Azərbaycana dəfələrlə xəbərdarlıq edib. O, AŞ-nin insan haqları üzrə ali komissarı Nil Muyjnieksin Azərbaycana bu yaxınlarda baş tutmuş səfərini də yada salır və sonuncunun Bakıda hüquq müdafiəçilərinə qarşı repressiyaların olması barədəki qalmaqallı bəyanatından sitatlar gətirir.Maraqlıdır ki, AŞ baş katibi bütün bunlardan sonra insan haqları üzrə Birgə İşçi Qrupun yaradılmasına dair əldə edilən razılaşmadan yazıb siyasi məhbusların tezliklə azad ediləcəyinə ümid etdiyini bildirir. Ardınca isə Britaniyanı qorxudur ki, bu ölkənin AİHM-dən çıxması Azərbaycan kimi ölkələrdə neqativ proseslərə geniş meydan verə bilər..."Mən belə deyərdim ki, Avropa Şurasının baş katibi Torbörn Yaqland bir qədər tələskənliyə yol verib"
Bu barədə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun katibliyində təmsil olunan hüquq müdafiəçisi Səadət Bənənyarlı Torbörn Yaqlandın Britaniyanın "Qardian" qəzetində Azərbaycana qarşı tənqidi fikirlər səsləndirməsinə münasibət bildirərkən deyib.
S.Bənənyarlı hesab edir ki, əslində, işçi qrupun fəaliyyətini gözləmək lazım idi: "Təəssüf ki, belə fikirlər səslənib. İmkan vermək lazım idi ki, işçi qrupu bir az fəaliyyət göstərsin, özünü doğrultsun. Amma təəssüflər olsun ki, Azərbaycanın "dostları" bu səpkidə fəaliyyətlərini davam etdirirlər, çox təəssüf ki, bu gün əsasən xarıcdəki lobbi bu işləri aparır".
Onun sözlərinə görə, Azərbaycan insan hüquqları sahəsində lazımi addımlar atır, Avropanın tövsiyələrini nəzərə alır: "Ancaq işçi qrupunun yaradılmasından bir neçə gün sonra Torbörn Yaqlandın Azərbaycanda insan hüquqları ilə bağlı tənqidi fikir səsləndirməsi doğru addım deyil".
Mehdi Əli
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22