Azərbaycanın deputatı 30 min tələbəsi olan universitetdə çıxış edəcək
10:06 05-11-2014
CƏMİYYƏT
Azərbaycanın deputatı 30 min tələbəsi olan universitetdə çıxış edəcək
Noyabrın 6 və 7-də Türkiyənin Giresun şəhərində Giresun Universitetinin yeni binasının açılış mərasimi olacaq. Bu barədə Milli Məclisin aqrar siyasət komitəsinin sədr müavini, Kooperasiya Universitetinin rektoru Eldar Quliyev məlumat verib.
O qeyd edib ki, yeni binanın açılışından sonra universitetdə "Qara Dənizdən Xəzər dənizinə baxış konteksində" beynəlxalq simpozium keçiriləcək.
Simpoziumda Azərbaycanı Eldar Quliyev təmsil edəcək. Deputat həmçinin binanın açılış mərasimində və simpoziumda çıxış edəcək
Qeyd edək ki, tədbirdə Türkiyənin baş naziri Əhməd Davudoğlunun iştirakı da gözlənilir. Ümumilikdə, simpoziumda 30 dövlətin nümayəndəsi iştirak edəcək.
Xatırladaq ki, Giresun Univeristetində 30 minə yaxın tələbə təhsil alır. 32 ölkədən əcnəbi tələbəsi olan universitetin 540 tələbəsi azərbaycanlıdır.
Qeyd edək ki, Giresun Universitetinin rektoru əslən azərbaycanlı olan professor, doktor Aygün Attdarlıdır. A. Attarlının atası Şuşalı, anası isə Ağdamlıdır. Bakı Dövlət Universitetinin məzunu olmuş A. Attarlı 1988-ci ildə türk vətəndaşı ilə ailə qurub.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22