Azərbaycanda yol polisinin başını kəsdilər
08:19 18-11-2014
İQTİSADİYYAT
Azərbaycanda yol polisinin başını kəsdilər
"Katex" postunda dava düşdü, qayda pozan sürücü polis serjantın boğazını kəsərək xəstəxanalıq etdi
Azərbaycanda polis postunda dava olub. Hadisə Baş Dövlət Yol Polisi İdarəsinin Zaqatala və Balakən rayonunun sərhədində yerləşən "Katex" postunda qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Anar Xəlilov xidmətdə olarkən Balakən rayonu istiqamətində hərəkət edən, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Vüsal Elman oğlu Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı, 90 HO 877 dövlət nömrə nişanlı avtomobili yol hərəkəti qaydalarını pozduğu üçün saxlayıb. Buna etiraz edən sürücü ilə yol polisi əməkdaşı arasında mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib və V. Əhmədov A. Xəlilova xəsarət yetirib. Nəticədə polis əməkdaşı A. Xəlilov boğaz nahiyəsindən kəsilmiş xəsarətlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən V.Əhmədovun idarə etdiyi avtomobildə olan sərnişin, 1995-ci il təvəllüdlü Oqtay Kamal oğlu Qarayevdən narkotik götürülüb və hər iki şəxs saxlanılıb. Zaqatala Rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər. Bildirilib ki, polis əməkdaşına xəsarət yetirilməsi faktı ilə bağlı Zaqatala Rayon Prokurorluğunda, sərnişindən narkotik götürülməsi faktı ilə bağlı isə Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53