Məmmədovlar bu dəfə övladlarını önə verməyə hazırlaşırlar
09:04 19-11-2014
İQTİSADİYYAT
Məmmədovlar bu dəfə övladlarını önə verməyə hazırlaşırlar
Ölkədə Ziya Məmmədovla Elton Məmmədovun övladlarından başqa deputat olacaq kadrlar yoxdurmu?
Məlum olduğu kimi, bir neçə gün öncə Nəqliyyat naziri Ziya Məmmdovun qardaşı deputat Elton Məmmədovun Milli Məclisdə işləyən oğlu Aynar Məmmədov depuat olmaq istəyi ilə bağlı sosial şəbəkədəki səhifəsində məlumat paylaşıb.
Deputat oğlunun belə bir təşəbbüsdə bulunması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Yəni, Aynar Məmmədovun deputat olmaq isəyi həm sosial şəbəkələrdə, həm də ictimai rəydə ciddi müzakirə mövzusu oldu. "Unikal"ın əldə etdiyi məlumata görə, deputat olğunun məlum açıqlaması yuxarı dairələrdə də bir mənalı qarşılanmayıb. Bu barədə bizi bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, Ziya Məmmədova qarşı olan qruplar bundan istifadə etməyə çalışıblar. Çünki A.Məmmədovun bu açıqlaması onun parlament seçkilərinin legitimliyinə şübhələr yaradır. Məhz, bu faktor Milli Məclisin deputatı Elton Məmmədov oğlu Aynar Məmmədovun millət vəkilliyinə namizəd olacağı haqda yayılan xəbərlərə aydınlıq gətirmək məcburiyyətində qalıb. Deputat açıqlamasında hər bir Azərbaycan vətəndaşının seçmək və seçilmək hüququnun olduğunu söyləyib: "Aynardan soruşublar ki, deputatlığa namizəd olacaqsan? O, isə İnşallah deyərək cavab verib. Zaman gələr və onun dövlətinə, xalqına xidmət etmək istəyi olarsa, əlbəttə ki deputatlığa öz namizədliyini verə bilər. Bunun nəyi pisdir ki? Hansı bir əsgər general olmaq arzusunda deyil? Mən arzu edirəm ki, bütün Azərbaycan vətəndaşları vaxtında xalqına xidmət etsinlər və vətənin keşiyində dursunlar. Bu ən böyük şərəfdi".
Amma Elton Məmmədov da oğlunun iddialı təşəbbüsünü bölüşüb və burada pis bir şey olmadığını deməklə, komanda daxilindəki əlehdarlarına qarşı mesaj verməyə çalışıb. Bu isə Məmmədovların geri çəkilmək istəmədiklərini göstərir.
Maraqlı bir məqamı da vurğulayaq ki, dünən Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun gələnilki seçkidə Ucardan deputat seçilməsi üçün rayonda hazırlığa başlaması ilə bağlı məlumat yayılmışdı. Verilən məlumata görə, bundan ötrü öncə rayonun icra hakimiyyəti başçısının, Yaşar Məmmədovun dəyişdirilməsi, onun yerinə daha "bacarıqlı" birinin gətirilməsi gözlənilir. "Həmin şəxs ya Göycayın hazırkı başçısı Mənsur Məmmədov, ya da Ziya Məmmədovun deputat qardaşı Elton Məmmədov olacaq. Hələlik bilinən odur ki, Elton Məmmədov 2015-ci il seçkilərində deputatlığa namizəd olmayacaq. Bütün Ucar Məmmədovlar klanının əlində olduğundan bu, texniki işdir, namizədliyini verəcəksə, A.Məmmədov problemsiz mandat alacaq", - deyə məlumatda qeyd olunurdu.
Göründüyü kimi, Məmmədovlar 2015-ci ildə ikinci tranşa başlamaq istəyirlər. Bir tərəfdən nazir oğlu Anar Məmmədovun, digər tərəfədən deputat oğlu Aynar Məmmədovun deputat olmaq iddialarına düşmələri bunu deməyə əsas verir. Amma bir məsələ başa düşülən deyil ki, bəyəm, ölkədə Məmmədovlardan başqa adam yoxdurmu ki, vəzifəyə təyin olunsunlar, yaxud Milli Məclisə seçilsinlər? Təbii ki, bu sualın cavabını yaxın müddətdə almaq mümkün olacaq. Son bir neçə ay ərzində Məmmədovlarla bağlı gündəmə gələn hadisələrə nəzərən bu klanın karyera perspektivinin qaranlıq olduğunu demək olar.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53