Girovlar və beynəlxalq təşkilatların susqunluğu
09:07 19-11-2014
İQTİSADİYYAT
Girovlar və beynəlxalq təşkilatların susqunluğu
20 il öncə əsir götürülənlərlə bağlı hələdə xəbər yoxdur
Son bir neçə ay ərzində cəbhə xəttində baş verənlər yeni situasiyanı ortaya çıxartdı. Belə ki, uzun fasilədən sonra hər iki tərəfin əlində əsirlər və öldürülmüş əsgərlər oldu və tərəflərin rəftarı diqqəti cəlb etdi.
Belə ki, ilk dəfə Azərbaycan sərhədini keçən erməni həbs edildi və bir neçə günlük araşdırmadan sonra həbs edilən erməni geri qaytarıldı. Azərbaycan bununla beynəlxalq normalara əməl etdiyini nümayiş etdirdi. Bundan qısa müddət sonra Kəlbəcərə keçərək öz doğma kəndlərini ziyarət edən üç azərbaycanlı mülkü şəxs ermənilər tərəfindən girov götürüldü və dərhal Azərbaycan vətəndaşlarından biri öldürüldü. Digər iki nəfər isə hələ girovluqdadırlar və qondarma Dağlıq Qarabağ "respublikasının" məhkəməsində mühakimə olunurlar. Halbu ki, beynəlxalq normalara görə bu cür ərazilərdə həbs olunan mülkü şəxslər heç bir təzyiqə məruz qalmadan azadlığa buraxılmalı idi. Amma Ermənistan bundan sadəcə olaraq şou düzəltəməyə çalışdılar. Çox qəribə məqmlardan biri isə budur ki, beynəlxalq təşkilatların da girovlara yanaşması fərqlidir. Belə ki, üç azərbaycanlı ermənilər tərəfindən girov götürüləndən və bir nəfərin öldürülməsindən sonra ATƏT-in Minsk qrupu başda olmaqla heç bir beynəlxalq təşkilat konkret addım atmadı. Qızıl Xaç Cəmiyyəti isə bir həftə keçəndən sonra məsələyə müdaxilə etdi. Amma hərbi helikopterdə olan üç erməni əsgərinin cəsədinin geri qaytarılması üçün dərhal hərəkətə keçdilər. Hətta ATƏT nümayəndəsi cəbhə bölgəsinə yollandı. Bu tip ayrıseçkilik isə sözsüz ki, normal qarşılanmır. Ümumiyyətlə Dağlıq Qarabağ savaşının tarixçəsinə baxanda görürük ki, ermənilər əsir və ya girov götürdükləri azərbaycanlıların geri qaytarılmasında o qədər maraqlı olmur və orda əsirlərə dəhşətli işgəncələr verilir. Hətta bir müddət öncə erməni generallarından biri etiraf etmişdi ki, azərbaycanlı əsiri evində işlədirmiş. Və yaxud götürək erməni millətçisi Zori Balayanın etiraflarını:" Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq". Amma Ermənistan tərəfindən fərqli olaraq Azərbaycanın əsir və girovlara yanaşması tam fərqli olub və əksər hallarda əsir və girovlar üçüncü ölkəyə göndərilib. Amma 1989-cu ildən belə girov götürülən elə azərbaycanlılar var ki, hələdə onlar haqqında heç bir bilgi yoxdu. Bununla bağlı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov bildirib ki, beynəlxalq hüquqda müharibələr tənqid olunur: "Çünki bir çox insan məhv olur, əsir götürülür, girov götürülür. Bu gün Azərbaycanın üzləşdiyi problem çox fərqlidir. İnsanlar yaşadıqları yerlərdən, dədə-baba yurdlarından deportasiya olunublar. Daha sonra müharibə başlayıb. İndiyə qədər 4 mindən artıq itkin düşmüş şəxs var. Hazırda komissiya onların axtarışı ilə məşğul olur. Dövlət Komissiyasının yaradılmasından keçən 20 il ərzində 1400-dən artıq Azərbaycan vətəndaşının bir qisminin cənazəsi Azərbaycana gətirilib, bir qismi isə erməni girovluğundan azad olunub. Son azərbaycanlının da axtarıb tapılması bizim qarşımıza məqsəd qoyulub".
F. Sadıqov ermənilərin azərbaycanlıları əsir saxladıqları zaman çox ağır işlərə cəlb etdiklərini təsdiqləyən faktlar olduğunu da bildirib: "Həmin əsirlərdən azərbaycanlıların məzarının sökülməsində istifadə ediblər. Bu, beynəlxalq hüquqa ziddir. Əsirlər hansısa işə cəlb oluna bilməz. Orda bir neçə erməni zabiti məzar daşlarından ev tikdirib içində yaşayır. Onlarda bu dərəcədə nifrət var".
Mehdi Əli
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53