QHT-lərin casus şəbəkəsinə öldürücü zərbə
10:26 20-11-2014
İQTİSADİYYAT
QHT-lərin casus şəbəkəsinə öldürücü zərbə
Hakimiyyət casus şəbkəsini tam iflic etməkdədir
Son bir il ərzində Azərbaycanda QHT-lərin fəaliyyəti ciddi dartışmaya səbəb oldu. Aydın oldu ki, Azərbaycan dövləti QHT-lərə Dəstək Fondu yaradıb, onların maliyyəsini öz üzərinə götürsə də, bəzi QHT-lər bununla razılaşmadılar və qeydiyyatdan keçmədən beynəlxalq donorlarla fəaliyyətlərini davam etdirdilər.
Əksər mütəxəssislər bildirdi ki, dövlət qeydiyyatından keçməyən bu təşkilatlar əslində beynəlxalq donorlardan aldıqları vəsaiti, bir tərəfdən naməlum istiqamətə xərcləyə bilirdilər, digər tərəfdən isə bu vəsaitlərin böyük hissəsi mənimsənilirdi. Hələ 1995-ci ildən bu proses başlamışdı və yaradılan bir sıra QHT-lərin əsas vəzifələri aldıqları pulları müxalifət partiyaları ilə bölüşmək idi. Çünki bu QHT-lərə verilən vəsaitlərin partiyalara verilməsi tapşırığı məhz donor təşkilatlardan gəlirdi. Təkcə bunu qeyd edək ki, 1995-ci ildə Əli Kərimlinin nəzarətində 14 QHT var idi və onlar aldıqları vəsaitin böyük hissəsini Əli Kərimliyə verməyə məcbur idilər. Buna görə də partiyada Əli Kərimli ilə aparıcı simalar olan Əlməmməd Nuriyev, Asim Mollazadə, Fuad Əliyev arasında çatlar yarandı və onlar partiyanı tərk etdilər. Bundan sonra isə beynəlxalq donorlar bu vəsaitləri QHT-lər vasitəsi ilə partiyalara yox, müəyyən qruplara, daha çox Ermənistanla əməkdaşlığa meyilli şəxslərə və müxalifyönlü gənclərə ayırmağa başladılar və məqsəd sözsüz ki, Azərbaycanın daxili proseslərinə müdaxilə etmək idi. Buna ilk məqamda nail oldular. Belə ki, Leyla Yunusun rəhbərliyi ilə Ermənistanla əməkdaşlıq edən bir şəbəkə yaradıldı, həmçinin gənclərin ələ keçirilməsi prosesi başladı. Bunu da qeyd edək ki, gənclər vasitəsi ilə ölkələrin daxili proseslərinə müdaxilə etmək nümunəsi ilk dəfə Ukraynada oldu və o zaman Yuşşenko məhz "Pora" tipli gənclər təşkilatlarının vasitəsi ilə Ukraynada çevriliş etmişdi. Daha sonra bu dalğa Yaxın Şərqi əhatə etdi və sözsüz ki, növbə Azərbaycana çatırdı. Amma Azərbaycan hakimiyyəti vəziyyəti vaxtında dəyərləndirə bildi və məlum şəbəkəni demək olar ki, dibindən qaşıyıb atdılar. Həmçinin "Qrant haqqında " qanuna dəyişiklik edildi. Bu dəyişikliklərə görə yalnız Azərbaycan Respublikasında nümayəndəlik və ya filialını qeydiyyatdan keçirmiş və donor kimi çıxış etmək hüququ qazanmış xarici təşkilatlara qrantlar ayıra biləcək.Bunu da qeyd edək ki, bəzi beynəlxalq təşkilatlar bunun qəti əleyhinə idilər və bu səbəbdən müəyyən addımlar da atıblar. Belə ki, təyinatı məlum olmayan bu tip QHT-lər Azərbaycan gənclərini qonşu Gürcüstana aparır və orada 6 aylıq, bir illik kurslarda təlimlər keçirilir. Bu işdə isə daha çox aktivlik göstərən Norveç hökümətidir. "Unikal"ın apardığı araşdırmalar sübut edir ki, hazırda ölkədə ən rdaikal blogerlər, aktiv sosial şəbəkə istifadəçiləri Norveç hökümətinin xətti ilə Gürcüstana jurnalistika kurslarına göndərilən gənclərdir. Amma hesab etmək olar ki, Azərbaycan hakimiyyəti bu məsələdə də güzəştə getməyəcək və Azərbaycanın daxili işlərinə müdaxilə edən QHT-lərlə əlaqələr tamamı ilə kəsiləcək. Bununla bağlı PA-in şöbə müdiri Fuad Ələsgərov açıqlamasında bildirib ki, beynəlxalq təşkilatlar və qeyri-hökumət təşkilatlarının özləri bir qayda olaraq yalnız dövlət orqanlarında şəffaflıq və korrupsiya məsələlərini önə çəkirlər. Lakin təcrübə göstərir ki, vətəndaş cəmiyyəti iştirakçılarının, xüsusilə qeyri-hökumət təşkilatlarının fəaliyyəti özü də heç də tam şəffaf deyil və burada da korrupsiya, çirkli pulların yuyulması hallarına rast gəlinir. Bu, yalnız Azərbaycanda deyil, Qərb ölkələrində də belədir:" Misal üçün qeyd edim ki, Fransanın "MedecinsduMonde" təşkilatı qeyri-hökumət təşkilatlarında korrupsiya faktları ilə bağlı araşdırma aparmaq istəyərkən ölkənin 17 ən böyük QHT-sindən 11-i bundan imtina etmişdir. Bu da təbii ki, həmin təşkilatların fəaliyyətində qaranlıq məqamların olduğunun göstəricisi idi. ABŞ-da tanınmış "UnitedWay" qeyri-hökumət təşkilatının sədri Uilyam Aramoni bir milyondan artıq vəsaiti mənimsəmədə təqsirli bilinərək yeddi il müddətinə
azadlıqdan məhrum edilmişdir". Fuad Ələsgərov bununla yanaşı qeyd edib ki, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri də bir çox hallarda qanunvericiliyin pozulmasına yol verirlər:" Belə ki, misal üçün, son bir neçə il ərzində yerli QHT-lərə ABŞ-ın Demokratiyaya Yardım Fondu ("NED") tərəfindən 83 qrant müqaviləsi üzrə təxminən 2,8 milyon manat, ABŞ-ın Milli Demokratiya İnstitutu ("NDI") tərəfindən 12 qrant müqaviləsi əsasında 500 000manata yaxın, Beynəlxalq Tədqiqatlar və Mübadilə Şurası ("IREX") tərəfindən 35 qrant müqaviləsi üzrə təxminən 900 000 manat, Avropanın Demokratiyaya Dəstək Fondu ("EED") tərəfindən müxtəlif qrant müqavilələri üzrə təxminən 300 000 manat, Lixtenşteyn Knyazlığının "Açıq Cəmiyyət" İnstitutunun Yardım Fondu tərəfindən 625 müqavilə üzrə təxminən 7,6 milyon manat məbləğində vəsait ayrılmış, lakin bu qrant müqavilələrinin böyük əksəriyyəti qeydiyyatdan keçirilməmişdir.
Bu sahədə digər hüquq pozuntularına da rast gəlinir. Məlumatlara görə bəzi donorlar qeyri-hökumət təşkilatlarına vəsaiti nağd şəkildə verirlər. Yəni vəsait qrant kimi rəsmiləşdirilmir. Bu zaman qeyri-hökumət təşkilatları əldə etdiyi vəsaitdən vergi ödəməli olduqları halda, bunu etmirlər". Yeri gəlmişkən bəzi beynəlxalq təşkilatlar məhz bu tip fəaliyyətlərinə görə ölkədən çıxarılıblar və aparılan proqnozlar sübut edir ki, bu istiqamətdə daha ciddi aktivliklər olacaq. Tək bunu demək kifayətdir ki, bu gün xarici donorlardan milyonlarla vəsait pul alan və fəaliyyətləri şübhə doğuran QHT-lərin fəaliyyətinə yasaqlar qoyulub və çox böyük ehtimal ki, həmin vəsaitlər qanunsuz vəsait kimi QHT-lərdən alınacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35