Beynəlxalq təşkilatlar təşviş içində
10:27 20-11-2014
İQTİSADİYYAT
Beynəlxalq təşkilatlar təşviş içində
Azərbaycan girovlarımızı geri qaytarmağa yaxındır
Son zamanlar cəbhə bölgəsində baş verən inisidentlər beynəlxalq arenada ciddi gərginlik yaradıb. Öncəliklə üç Azərbaycan vətəndaşının girov götürülməsi və bundan sonra birinin öldürülməsi, hazırda isə qeyri-qanuni olaraq iki vətəndaşımızın Dağlıq Qarabağda məhkəmə önünə çıxarılması siyasi mühiti dəyişdi və bundan Ermənistan maksimum dərəcədə bəhrələnərək Azərbaycan üzərində psixoloji basqını artırmağa çalışdı. Amma bu günlərdə Ermənistana məxsus hərbi vertolyotun, Azərbaycanın qadağa qoyduğu uçuş zonasını pozmağa görə vurulması və cəsədləri Ermənistan tərəfinin götürə bilməməsi prosesi kökündən dəyişdi.
Görünür, dünənə qədər azərbaycanlıların girov götürülməsinə göz yuman beynəlxalq təşkilatlar indi çıxılmaz duruma düşərək məsələyə reaksiya verir və Azərbaycan tərəfini müdafiə etmə görüntüsü yaratmaqdadırlar. "ATƏT PA tanınmamış "Dağlıq Qarabağ respublikası"nda azərbaycanlı girovlar üzərində qurulan "məhkəmə"ni qanuni hesab etmir".Bunu ATƏT Parlament Assambleyasının vitse-prezidenti Georgi Sereteli deyib. O bildirib ki, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktını nəzərə alaraq keçirilən "məhkəmə"nin qanunsuz olduğunu söyləmək olar:"Oxşar məhkəmələr tanınmamış Abxaziyada da keçirilə bilər, amma biz onu tanımırıq. Girovlarla bağlı məsələni biz hələ ATƏT PA-da müzakirə eləməmişik, amma onu deyə bilərəm ki, bu, beynəlxalq prinsiplərə uyğun prinsip olmalıdır və məsələ bu yolla həll edilməlidir".Vitse-prezident ATƏT-in girovların qaytarılması üçün hansı addımları atacağı barədə suala konkret cavab verə bilməyib: "Bu səpkidə suala konkret cavab vermək üçün hazırlıqlı olmaq lazımdır. Buna hazır deyiləm. Əlbəttə, ATƏT-in müvafiq qurumları var ki, bununla məşğul olurlar". Halbi ki, vətəndaşlarımız girov götürüləndən sonra heç bir ciddi reaksiya olmamışdı və sadəcə olaraq ATƏT-in Minsk qrupu atəşkəsin qorunması bəyanatı ilə çıxış etmişdi. İndi isə helikopter vurulub və bu helikopter aşağıdakı məqamlara görə Ermənistanın mövqeyini gizli-aşkar müdafiə edən qüvvələri narahat edir
1. Azərbaycan sübut etdi ki, müharibəyə istənilən vaxt başlaya bilər və Ermənistan ordusu aciz duruma düşər
2. Helikopterin vurulmasından sonra Ermənistan rəhbərliyinin gülünc duruma düşməsi daxili gərginliyi artırdı və müəyyən məqamda kütləvi şəkildə orduya çağırışdan imtina halları baş verdi
3. Ermənistan tərəfi iki azərbaycanlı girovu geri qaytarmasa daha ciddi proseslər baş verəcək.Xatırladaq ki, ermənilər hələ helikopterdə olan cəsədləri götürə bilməyiblər.
Buna görə də ATƏT və digər beynəlxalq təşkilatlat "aktivlik" nümayiş etdirməyə başlayıblar. Artıq AŞPA-da hərəkətə keçib. "14-18 noyabr tarixlərində Avropa Şurası Parlament Assambleyası Monitorinq və Daimi komitələrinin, AŞPA Bürosunun iclaslarında iştirak edən Azərbaycan nümayəndə heyəti "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilərində gərginliyin artması" adlı hesabatın hazırlanması ilə bağlı Avropa Şurası Parlament Assambleyasında məruzəçi təyin edilmiş Böyük Britaniyadan olan deputat Robert Valterlə görüş keçirib. Biz məruzəçi ilə danışıqlar apardıq. Qərara gəldik ki, gələn ilin əvvəlində R. Valterin Azərbaycana səfəri təşkil edilsin. Dağlıq Qarabağ məsələsi ciddi müzakirə edilməlidir. Azərbaycan bu məsələnin ciddi müzakirə olunaraq Avropa Şurasına çatdırılmasında öz hazırlığını nümayiş etdirib".Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.
S. Seyidov qeyd edib ki, Ermənistan tərəfi yenə də müxtəlif bəhanələr gətirərək məruzəçi ilə əməkdaşlıq etməkdən boyun qaçırıb. Onun sözlərinə görə, bu, AŞPA-nın gözü qarşısında baş verib.
S. Seyidov bildirib ki, həm AŞPA Daimi Komitəsinin, həm də Büronun iclasında Ermənistanın son zamanlar Azərbaycana qarşı təxribatları ilə bağlı məsələ qaldırılıb: "Xüsusilə bu yaxınlarda Ermənistan tərəfindən hərbi helikopterin Azərbaycanın dinc əhalisinə hücum edərkən Azərbaycan əsgərləri tərəfindən məhv edilməsi məsələsi mənim tərəfimdən qaldırılıb. Avropa ictimaiyyəti bilsin və agah olsun ki, atəşkəsin mövcudluğu o demək deyil ki, əks tərəf bu atəşkəsdən istifadə edərək öz hərbi helikopterlərini Azərbaycan kəndlərinin, Azərbaycan ərazilərinin üzərində uçuracaq, Azərbaycan isə heç bir reaksiya verməyəcək. Azərbaycan belə hallara qarşı reaksiya verib və verəcək. Bundan sonra hər kəs bilməlidir ki, Azərbaycan torpağından erməni əsgərləri çəkilənə, Azərbaycanın ərazi bütövlüyü təmin olunana qədər biz bu məsələni gündəmdə saxlayacaq və heç bir erməni təxribatına da uymayacağıq".S. Seyidov qeyd edib ki, Ermənistanın hərbi helikopteri ilə bağlı məsələ məruzəçi R. Valterin də nəzərinə çatdırılıb.Ekspertlər hesab edir ki, beynəlxalq təşkilatların bu aktivliyi qarşısında Azərbaycan şərtlərini daha da sərtləşdirməli, ilk növbədə iki girovu geri qaytarmağa nail olmalıdır. Hazırkı proseslər bunu sübut edir ki, Azərbaycan psixoloji baxımdan üstün tərəfdir və istəyinə nail ola bilər.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12