"İnternet medianı yazılı KİV-dən ayırmaq mümkün deyil"
09:02 26-11-2014
CƏMİYYƏT
"İnternet medianı yazılı KİV-dən ayırmaq mümkün deyil"
İnternet mediada dəqiqləşdirilməmiş məlumatların yayılmasının qarşısı necə alına bilər? Buna qarşı hansı adekvat tədbirlərin görülməsi vacibdir?
Mətbuat Şurasının sədri Əflatun Amaşov açıqlamasında bunun üçün bəzi ölkələrdə olduğu kimi müəyyən özünütənzimləmə qurumlarının olmasını vacib saydı: "Dünyanın heç bir yerində internet media klassik mətbuat vasitəsi kimi qanunla tənzimlənmir. Ancaq müəyyən qanunlar var ki, onunla dünyanın əksər ölkələri internet medianı da kütləvi informasiya vasitəsi kimi qəbul edirlər. Belə olan halda, yazılı və elektron kütləvi informasiya vasitələrinin daşıdığı məsuliyyəti eyni zamanda, internet vasitələri də daşımalıdır və adətən daşıyır. Çünki, onların da məqsədi cəmiyyətdə baş verən hadisələrlə bağlı ictimaiyyəti operativ və obyektiv işıqlandırmaqdır. Ayrı-ayrı ölkələrdə internet media ilə bağlı müəyyən özünütənzimləmə qurumları fəaliyyət göstərir. Həmin qurumlardan internetdə jurnalistikanın səviyyəsini inkişaf etdirmək üçün istifadə olunur. Digər qanunvericilik tələblərinə uyğun olaraq müəyyən qaydalar hazırlanır və bu da əsasən peşə davranış qaydaları istiqamətində olur. Həmin internet portalları da bu qaydalara əməl etmiş olurlar. İndiki şəraitdə internet medianın yazılı media vasitələrindən ayırmaq mümkün deyil. İnternet media vasitəsi daha çox operativ xəbərlərin yayılması ilə məşğuldur. Qəzetlər isə son illər daha çox analitik yazılara üstünlük verir. İnternet mediada daha çox səhvlərin olması, yoxlanmamış materialların verilməsi baxımından onlarda müəyyən problemlərin olması nəzərə çarpır. Hazırda yazılı media vasitələrində daha çox təcrübəli insanlar çalışır. İnternet mediada isə daha çox təcrübəsiz gənclər çalışır, onların bəzilərinin jurnalist təhsili də yoxdur. Eyni zamanda, təcrübə onu göstərir ki, ictimai fikrə təsir baxımından internet medianın gücü getdikcə artır. Bu baxımdan, həmin sahədə çalışan insanlar vaxt getdikcə təcrübə toplayacaq və bu gün edilən səhvləri gələcəkdə etməyəcəklər".
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22