Ayaz Mütəllibov vəzifəyə can atır
10:16 27-11-2014
CƏMİYYƏT
Ayaz Mütəllibov vəzifəyə can atır
Eks-prezidentin müəyyən dairələrlə danışıqlara gedərək deputat mandatı almaq üçün də çalışdığı bildirilir
Məlum olduğu kimi, oğlunun öülümündən sonra hakimiyyət tərəfindən bağışlanılan eks-prezident Ayaz Mütəllibov artıq Azərbaycanda rahat bir həyat sürməkdədir.
Eks-prezidentlər haqqında qanunun tətbiqindən sonra onun və ailəsinin maddi təminatının yüksək səviyyədə həyata keçirilməsi Mütəllibova başqa işlər barədə də düşünmək imkanı yaradıb. Belə ki, Mütəllibov artıq işsiz qalmaq istəmir.
Məlumdur ki, Mütəllibov 33 ildən artıq ayrı-ayrı vəzifələrdə, mühüm postlarda çalışıb. İndi isə heç bir işlə məşğul olmur, amma eks-prezident bu işsizliyə son qoymaq niyyətindədir: "Açığını deyim ki, belə fikirləri mən də bölüşürəm. Çünki uzun illər müxtəlif vəzifələrdə çalışaraq müəyyən təcrübələr toplamışam. Bu təcrübəmin Vətənimizə, dövlətimizə böyük faydası, xeyri ola bilər. Şübhəsiz ki, həmin məsələ məndən asılı deyil. Amma əgər iş təklifi gəlsə, dəyərləndirərəm. Mən fikirlərimi ələlxüsus ən çox uzun müddət dövlət işində çalışan insanlara aid edirəm. Hər hansı işlə bağlı təklif almamışam. Belə təşəbbüs olmayıb. Amma düşünürəm ki, iş təklifi ola bilər. Mən etikanı gözləyən adam olmuşam. Ona görə də iş təklifi olsa, məmnuniyyətlə qəbul edərəm. İş olmasa da, min şükür edirəm.
"Unikal"ın əldlə etdiyi məlumata görə, Ayaz Mütəllibov Azərbaycana yeni qayıtdığı günlərdən fərqli olaraq, iddialı çıxışlara başlayıb. Onun sonuncu müsahibəsindəki "İş təklifi gəlsə, dəyərləndirərəm" kimi fikirləri də sadə məsələ deyil. Bu barədə bizi bilgiləndirən şəxsin sözlərinə görə, Mütəllibov uzun süktndan sonra bununla müəyyən dairələrə mesaj vermiş oldu: "Xatırlayırsınızsa, Mütəllibov ölkəyə qayıdandan sonra bəyan etdi ki, siyasətdən birdəfəlik gedir. Hətta Onun Azərbaycandakı əsas nümayəndələrindən sayılan Araz Əlizadə də müsahibələrində Mütəllibovun siyasətdən getdiyini, bu barədə ümumiyyətlə, düşünmədiyini deyirdi. Ancaq görünən odur ki, Mütəllibov fikrini dəyişib. Məndə olan məlumata görə, artıq o, müəyyən dairələrlə danışıqlar aparır, ona etimad göstəriləcəyi təqdirdə layiqli şəkildə hər hansı bir vəzifənin öhdəsindən gələ biləcəyini deyir. Hətta onun vəzifə almayacağı təqdirdə, mandatla kifayətlənə biləcəyini də vurğulayır. Yəni, 2015-ci ildə keçiriləcək parlament seçkilərinə qatılaraq, deputat olmaq niyyəti də var. Amma hələlik Mütəllibovun bu niyyətinə yuxarı dairələrdən hər hansı bir reaksiya verilməyib".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42