Vurğun Əyyubla Qubad İbadoğlunu partiyadan qovurlar
07:54 09-12-2014
CƏMİYYƏT
Vurğun Əyyubla Qubad İbadoğlunu partiyadan qovurlar
Arif Hacılı rəqiblərini sıradan çıxarmaq üçün MNTK-ya göstəriş verib
Müsavat Partiyasında Arif Hacılı ilə Qubad İbadoğlu arasındakı mübarizə davam edir. Amma deyəsən, mübarizə yekunlaşmaqdadır.
"Unikal"ın məlumatına görə, Arif Hacılı son qərarını verib. Belə ki, onun Qubad İbadoğlu ilə Vurğun Əyyubu, eləcə də, digər səs-küy salan müsavatçıları partiyadan çıxarmaq haqqında tapşırıq verdiyi bildirilir. Hər şeyin qanun və nizamnaməyə uyğun olmasına görə də yeni başqanın Mərkəzi Nəzarət Təftif Komissiyasının əliylə bu planı gerçəkləşdirəcəyi qərarlaşdırılıb.
Bunu Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının sədri Sevinc Hüseynovanın açıqlaması da deməyə əsas verir. MNTK sədri deyib ki, Vurğun Əyyubun açıqlamaları Müsavat Partiyasının Nizamnaməsinə ziddir, çünki o, qurultayın seçdiyi Məclisi və müvafiq strukturları tanımır. S.Hüseynova Müsavat başqanlığına sabiq namizəd Qubad İbadoğlu və tərəfdarlarının Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı yaratmasının Müsavatın Nizamnaməsi illə ziddiyyət təşkil etmədiyini açıqlayıb: "Qubad İbadoğlunun ictimai birlik yaratması Müsavatın Nizamnaməsinə zidd deyil. Çünki bu birlik partiya daxilində yaranmır. Partiya daxilində fraksiyanın yaradılması isə təbii ki, Nizamnaməyə zidd sayılacaq. Mən hesab edirəm ki, ictimai birliklərin də siyasi xəttinin olması və baş verən hadisələrə reaksiya bildirilməsi onların borcudur".
S.Hüseynova Müsavat Məclisinin üzvü Vurğun Əyyubun qurultayın nəticələrini tanımamasına da münasibət bildirib: "Partiyanın hər bir üzvü onun ali orqanını tanımalıdır. Mən hesab edirəm ki, Müsavat Məclisi Vurğun Əyyubun məsələsinə münasibət bildirəcək. Zərurət yaranarsa, MNTK özü də bu məsələyə baxa bilər. Ancaq hələ ki Məclisi buna münasibət bildirməlidir. Qubad İbadoğlunun sonuncu müşavirədə mənim haqqımda və komissiya barədə çıxışı onun subyektiv fikridir. Təqdim etdiyi arayışa bizim cavabımız onu qane etmədiyinə görə qərəzli münasibəti var. Mən belə məsələdə çox prinsipial mövqe qoymağı bacarıram. Arayışa sənədlərlə, protokollarla çox dəqiq araşdırılaraq cavab verilib. Məni MNTK sədrliyindən ancaq MNTK üzvləri kənarlaşdıra bilər. Qubad İbadoğlu hələ Nizamnaməni yaxşı bilmir. MNTK-da hələ ki Qubad İbadoğlunun məsələsi müzakirə olunmayıb. Ancaq daha da irəli getsələr, zərurət yaranarsa, bu məsələlərə baxıla bilər". MNTK sədrinin sözlərinə görə, indiyədək partiyadan çıxarılan şəxslər haqqında qərarın hamısı əsaslandırılıb: "Çıxarılanların reaksiyası da təbiidir. Hesab edirəm ki, onlar haqqında tamamilə düzgün qərarlar qəbul edilib".
Həlilik Vurğun Əyyub və Qubad İbadoğlunun daha çox danışmasına imkan verilir. Bu iki şəxs mətbuata verdiyi açıqlamalarına görə MNTK-da müzakirəyə çıxarılacaqlar. Nizamnamənin tələblərinə zidd çıxışlarını əsas gətirərək partiya sıralarından qovulmaları barədə qərar verilməsi isə qaçılmaz olacaq.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15