"Azadlıq" radiosunun Bakı bürosunun ofisi qanunsuz fəaliyyətə görə möhürləndi
11:41 27-12-2014
İQTİSADİYYAT
"Azadlıq" radiosunun Bakı bürosunun ofisi qanunsuz fəaliyyətə görə möhürləndi
Qapatma qərarı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində açılan cinayət işi ilə bağlıdır
Dünən Baş Prokurorluğun əməkdaşları "Azadlıq" padiosunun Bakı bürosunda axtarış aparılıb. Axtarış haqda məhkəmə qərarı təqdim olunub.
Ofisin daxili telefonları və interneti söndürülüb, içəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilməyib. Qeyd edək ki, axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edib. Vəkil Yalçın İmanovun təkidindən sonra axtarışa radionun iki əməkdaşı da qoşulub. Araşdırmadan sonra "Azadlıq" radiosunun Bakı bürosunun ofisi prokurorluq əməkdaşları tərəfindən möhürlənib. Vəkil Yalçın İmanovun verdiyi məlumata görə, ofisin möhürlənməsi barədə hər hansı səbəb göstərilməyib.
Axtarışla bağlı rəsmi mövqe açıqlanandan sonra məsələnin mahiyyəti bəli olub. Belə ki, Baş Prokurorluq "Azadlıq" radiosunun Bakı bürosunda aparılan axtarışa münasibət açıqlayıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, "Azadlıq" radiosunun Bakı bürosunda məhkəmənin qərarı ilə aparılan axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır.
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş "Azadlıq" radiosunun Bakı bürosunun ofisində aparılan axtarışla bağlı mövqeyini bildirib. Bu barədə "mediafurum"a açıqlama verən YAP yetkilisi deyib ki, hüquq mühafizə orqanları məhkəmə qərarı əsasında istənilən yerdə axtarış aparmaq səlahiyyətinə malikdir. Onun sözlərinə görə, prokurorluq əməkdaşları öz qanuni vəzifələrini yerinə yetiriblər: "Məlumdur ki, "Azadlıq" radiosunun bir neçə işçisi və radio ilə əməkdaşlıq edən bir neçə nəfər cinayət məsuliyyətinə cəlb olunub. Yəqin ki, axtarış onların verdikləri ifadələr əsasında ortaya çıxmış nüansların aydınlaşdırılması məqsədi ilə aparılıb. Şübhəli olan məsələləri aydınlaşdırmaq, sübutları yerində dəqiqləşdirmək üçün istənilən evdə, ofisdə axtarış aparılması adi haldır. Bunun üçün də rəsmi qərar çıxarılır. Aparılan araşdırmanı təxribat və təzyiq kimi qiymətləndirmək üçün heç bir əsas yoxdur. Bəziləri elə düşünür ki, bu axtarışlar ona görə dekabrın 26-da aparılıb ki, həmin gün ABŞ-da Milad bayramıdır, istirahət günüdür. Bura ABŞ deyil, Azərbaycandır və biz Milad bayramını qeyd etmirik. Fevralın 1-də, yaxud başqa gün axtarış aparılsaydı, bu, ABŞ-da əks-səda doğuracaqdı? Ortaya belə iddialar atmaq gülüncdür. Bu məqamda "Qarğa, məndə qoz var" məsəli yada düşür. İndi xoflu olanlar ortaya düşüblər və qışqırıq salırlar".
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53