Prezident İlham Əliyev əfv sərəncamı imzaladı
13:26 30-12-2014
İQTİSADİYYAT
Prezident İlham Əliyev əfv sərəncamı imzaladı
Siyahıda 2 NİDA-çının, baş redaktor Əvəz Zeynallının, hüquqşünas Qurban Məmmədovun da adı var
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alan ölkə başçısı Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıb ki, 79 məhkum azadlığa buraxılsın.
Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərncamında bir neçə tanınmış şəxsin adı da var. Əfv sərəncamı "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı, "P.S Nota" qəzetinin baş redaktoru Sərdar Əlibəyli, vəkil Qurban Məmmədov, "NİDA" vətəndaş hərəkatının idarə heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədliyə də şamil olunub. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə 79 məhkum azadlığa buraxılacaq.
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53