Bəzi sabiq məmurların şok narahatlığı
13:30 30-12-2014
İQTİSADİYYAT
Bəzi sabiq məmurların şok narahatlığı
Onlar nəyə görə həyəcan keçirməyə başlayıblar
Bəzi keçmiş icra başçıları narahatlıq keçirməyə başlayıblar. Buna səbəb onların fəaliyyətdə olduqları dövrlə bağlı araşdırmalara başlanması ehtimalıdır.
Xatırladaq ki, bu yaxınlarda mətbuatda belə məlumat yayılmışdı ki, Kürdəmir rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində baş memar işləyən Sarif Əsgərov artıq həbs olunub. İcra Hakimiyyətinin İqtisadiyyat şöbəsinin müdiri Arzu isə ifadəsi alınaraq azadlığa buraxılıb. Lakin onun şübhəli şəxs olaraq qaldığı bildirilirdi.
Araşdırmanın İrşad Əliyevin Kürdəmir rayonunun icra başçısı işlədiyi dövrdə Kürdəmir-Mollakənd-Carlı avtomobil yolunun çəkilməsi üçün ayrılan dövlət vəsaitinin mənimsənilməsi faktı üzrə başlandığı qeyd olunurdu.
Kürdəmir rayon icra başçısının birinci müavini Tacəddin Novruzov mətbuata açıqlmasında faktı təsdiqləmişdi. Onun sözlərinə görə, Arzu bir neçə gün əvvəl vəzifəsindən azad olunub: "Bizdə olan xəbər bundan ibarətdir. Bildiyimiz odur ki, Arzu şübhəli şəxs qismində istintaqa cəlb olunub. Baş memar isə həbs olunub. Lakin məsələ hələ araşdırılır. Fakt təsdiqini taparsa, cinayət işi açılacaq…"
Məlumatlarda həmçinin o da vurğulanırdı ki, yoxlamalar sonucunda keçmiş icra başçısının özünün də çətin vəziyyətdə qalması istisna edilmir.
İndi isə belə məlumatlar dolaşmağa başlayıb ki, bir çox başqa rayonların da sabiq icra başçıları analoji situasiya ilə üzləşə bilərlər. Məsələ burasındadır ki, Hesablama Palatasının əksər şəhər və rayonların yerli icra hakimiyyətlərində dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından rayon icra hakimiyyətlərinə ayrılan vəsaitlərin qaranlıq məsələlər üzrə sərfiyyatı, habelə büdcədənkənar vəsaitlərin istifadəsi ilə bağlı təftişləri davam edəcək. Belədə isə bəzi keçmiş rayon rəhbərlərinin də onların fəaliyyət dövrü ilə bağlı pozuntuların aşkarlanması istisna edilmir.
Belə olacağı təqdirdə isə görəvindən uzaqlaşdırılmış sabiq icra başçılarının da çətin anlar yaşamavsı gündəmə gələ bilər; yəni "Kürdəmir nümunəsi" ilə onlar da qarşılaşmaq ehtimalından sığortalanmayıblar. Artıq belə xəbərləri eşidən bir çox sabiq rayon rəhbərlərinin müəyyən təlaş keçirdiklərinə dair iddialar səslənməkdədir.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53