Ziya Məmmədovdan Hafiz Məmmədova ağır zərbə
10:13 06-01-2015
İQTİSADİYYAT
Ziya Məmmədovdan Hafiz Məmmədova ağır zərbə
"Hafka" isə Türkiyədə yeni nəqliyyat şirkəti açmaqla rəqiblərinə meydan oxudu
Son vaxtlar adı bir çox qalmaqallarda hallanan Hafiz Məmmədov Türkiyədə özünü sınamaq qərarına gəlib. Bu ölkədə onun adına avtomobil yük daşımaları ilə məşğul olacaq şirkət qeydiyyata alınıb. Məmmdovun Azərbaycanda neft və qeyri-neft yükləri, sərnişin daşıyan bir neçə şirkəti var.
İstanbu Ticarət Palatasının (http://www.ito.org.tr), Ticari Palatalar və Birjalar Birliyinin (http://www.ticaretsicil.gov.tr/index.php) məlumatına görə, 24 dekabr 2014-cü ildə "Azlog Group İthalat İhracat Limited"(qeydiyyat nömrəsi № 953077/0) qeydiyyata alınıb. O, Hafiz Məmmədova məxsusdur. İlkin üzvlük haqqı 10 min türk lirəsidir. Əsas idarəçi Məmmədov özüdür.
Bu ilin iyununda onun şirkəti ("Baghlan Group FZCO") beynəlxalq maliyyə bazarlarında yerləşdirilən $150 mln avrobondu ödəməlidir. İstiqrazlar üzrə illik faiz dərəcəsi 14,75%-dir. Holdinqin kağızları 2012-ci ilin uyununda 3 illiyə yerləşdirilib. 2013-cü ilin dekabrında holdinq öhdəliyin ödənilməsi problemi ilə üzləşib və texniki defolt elan edilib. Növbəti ödəniş ötən ilin 27 dekabrında olmalı idi.
Hafiz Məmmədov da başqa oliqarxlar kimi maliyyə hesabatı açıqlamağı sevmir. Holdinqin saytı (www.baghlangroup.com) bir neçə aydır işləmir.
Onu da deyək ki, son vaxtlar maliyyə böhranı içində çabaladığı deyilən "Hafka" ləqəbli iş adamının Türkiyədə yeni nəqliyyat şirkəti açması onun həm də rəqiblərinə mesajı kimi dəyərləndirilə bilər. Xüsusilə son vaxtlar müxtəlif KİV-in iddialarına görə Hafiz Məmmədovla onun himayədarı - nəqliyyat naziri Ziya Məmmədov arasında soyuqluq yaranıb. Məmmədovun artıq qalmaqallı iş adamını öz ətrafında görmək istəmədiyi və onunla ortaqlığa son qoymaq üçün hərəkətə keçdiyi vurğulanır.
Elə dünən yayılan bir xəbər də "Hafka" ilə nəqliyyat naziri arasında münasibətlərin gərginləşdiyini təsdiqləyir. Həmin xəbərə görə, Fransa mətbuatında Hafiz Məmmədovun sahibi olduğu "Lans"la bağlı yeni məlumat yayılıb. Yayılan məlumatda yanvarın 1-dən etibarən klubun auksionerində dəyişiklik baş verdiyi vurğulanır. Bu barədə "Lans"ın prezidenti Jerve Martel hələ dekabrın 17-də məlumat sızdırmışdı. O, məsələni "bu, azərbaycanlılar arasında olan problemdir" kimi xarakterizə etmişdi. Fransa mətbuatının iddiasına görə, dekabrın 31-nə qədər məsələ həllini tapmalı idi. Bu günə qədər Martelin susması məsələnin həll olunması anlamını verir. Fransız həmkarlarımız iddia edir ki, klubun yeni sahibi də azərbaycanlıdır. Bu, Anar Məmmədovdur - nəqliyyat naziri Ziya Məmmədovun oğludur. Fransızlar onu "Qarant Holdinq"in baş icraçı direktoru, tikinti, nəqliyyat, turizm maqnatı kimi təqdim ediblər.
Məlumata görə, "Lans"ın Hafiz Məmmədova məxsus olan səhmləri Anar Məmmədov və onun kompaniyası tərəfindən alınıb. Bu da Ziya Məmmədovun Hafiz Məmmədovla "ipləri qoparmaqda" olduğunun təsdiqidir.
Qeyd etmək yerinə düşər ki, "Hafka"nın biznesinin başı üzərini qara buludların alması və onun maliyyə böhranı ilə üzləşməsi də məhz nəqliyyat naziri ilə yaşadığı soyuqluqla izah olunur. Bundan başqa, qalmaqallı iş adamının artıq hökumət dairələrində də əvvəlki nüfuz və etibarının qalmadığına dair iddialar var.
Bütün bunları nəzərə aldıqda Hafiz Məmmədovun Türkiyədə yeni nəqliyyat şirkəti açması, dolayı yolla öz biznesini genişləndirməsi maraq doğurur. Bunu onun zəiflədilməsinə çalışan və yaxud zəifləməsinə sevinən rəqiblərinə meydan oxuması kimi də dəyərləndirmək mümkündür.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20