Etibar Pirverdiyev yüzlərlə insanı işsiz qoyur
09:54 30-01-2015
İQTİSADİYYAT
Etibar Pirverdiyev yüzlərlə insanı işsiz qoyur
"Azərenerji"nin regional idarələrində ixtisarlar başladı
Etibar Pirverdiyevin rəhbərlik etdiyi "Azərenerji" Səhmdar Cəmiyyətinin regional idarələrində ixtisarlara başlanıb. Bu barədə redaksiyamıza Səhmdar Cəmiyyətin qərb bölgəsindəki qaynaqlar məlumat veriblər.
Əldə etdiyimiz məlumata görə, təkcə Qazaxda 20-yə, Ağstafada isə 10-dan artıq "Azərenerji" işçisi əvvəlcədən heç bir xəbərdarlıq edilmədən ixtisar edilib. İşçilərə illik əmək müqavilələrinin başa çatdığı və yeni müqavilənin imzalanmayacağı bildirilib. Qəfil ixtisarlara görə "Azərenerji"nin artıq keçmiş sayılan işçilərinə hər hansı kompensasiya ödəmək fikrində olmadığı da bildirilir.
Redaksiyamıza daxil olan məlumatlarda "Azərenerji" ASC-nin böyük müəssisələrindən biri sayılan "Sumqayıt Regional Elektrik Şəbəkəsi" MMC-də də kütləvi ixtisarların başladığı bildirilir. Artıq 150-dək işçinin əmək müqavilələrinə xitam verildiyi barədə məlumat yayılıb.
Pirverdiyevin qurumunda aparılan ixtisarlarla bağlı bir nüans da diqqət çəkir. Belə ki, proses zamanı əsasən ixtisaslılar və ali təhsillilər ixtisara düşür. Orta təhsilliləri işdə saxlayırlar, ali təhsilli kadrları işdən kənarlaşdırırlar.
Ən maraqlısı odur ki, "Azərenerji"də ixtisarların miqyası hər keçən gün böyüdüyü halda Etibar Pirverdiyevin rəhbərlik etdiyi Səhmdar Cəmiyyət baş verənlər haqqında ictimaiyyəti məlumatlandırmağa heç bir ehtiyac görmür.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 12:55:11
2024-11-25 12:53:45
2024-11-25 12:37:04
2024-11-25 12:33:03
2024-11-25 12:08:23
2024-11-25 11:35:42
2024-11-25 11:26:02
2024-11-25 09:47:14
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59