Məmur balaları üçün 100 minlik "oyuncaq" Bakıda
11:13 31-01-2015
İQTİSADİYYAT
Məmur balaları üçün 100 minlik "oyuncaq" Bakıda
Ən komfortlu və yüksəksürətli elektromobillər pulluların övladları üçün "göydəndüşmə" fürsətdir
Azərbaycana imkanlı və vəzifəli şəxslərin almağa gücü yetəcək yeni və bahalı "oyuncaq" gətirilir. Söhbət "Tesla" elektromobilindən gedir.
Dünən məlum olub ki, Bakıya ilk "Tesla" elektromobili fevral ayında gətirililəcək. Bu barədə "Tesla Club Baku" şirkətindən bildirilib.
Şirkətdən verilən məlumata görə, ilkin olaraq 1 ədəd "Tesla Model S" avtomobili sifariş edilib. Avtomobilin bazar qiyməti 65-85 min avro təşkil edir. Şirkətdən bildirilib ki, nəqliyyat, gömrük və digər xərclər nəzərə alınaraq avtomobil Azərbaycanda 80 -100 min manata satılacaq. Halbuki "Unikal"ın araşdırması göstərib ki, ABŞ-da "Tesla"nın baza modeli 49 900 dollar, daha güclü batereya ilə 58 000-68 900 dollaradır. "Model S"ın Avropa variantı isə 51 500 avrodan başlayır.
"Tesla" elektronmobilləri adından da göründüyü kimi elektrik enerjisi ilə işləyir və elektromobillər arasında ən komfortlu və keyfiyyətli modellərdən sayılır. Elektriklə işləməsi isə onu avtomobil sahibləri üçün sərfəli edib. Belə ki, Azərbaycandakı enerji qiymətləri ilə "Tesla"nın bir dəfə enerji yığması 5 manata başa gəlir. Bu enerji ilə elektromobil 400 kilometr məsafə qət edə bilir. Bu isə 100 kilometr üçün enerji xərclərinin cəmi 1,25 manat olması deməkdir. Müqayisə üçün bildirək ki, hazırda ölkədə istismar edilən avtomobillər arasında ən qənaətli modellərdə belə, 100 kilometrlik məsafəyə 3,5-4 manatlıq yanacaq sərf edilir. Başqa sözlə, yanacaq baxımından "Tesla" ənənəvi avtomobillərdən 3-4 dəfə ucuz başa gəlir.
Amma nə qədər qəribə olsa da, "Tesla"nın ən böyük problemi də enerji yığma ilə bağlıdır. Əvvəla, elektrik stansiyalarında "Tesla"ya enerji doldurmaq 40 dəqiqə müddət çəkəcək. Üstəlik hazırda ölkədə cəmi 2 elektrik doldurma məntəqəsi var. Bu məntəqələr Mərdəkan yolunda "SOCAR"a aid yanacaq doldurma məntəqəsində yerləşir. Bu isə potensial müştərilər üçün çətinlikdir. Doğrudur, "Tesla"nı evdə də enerjiyə qoşmaq olar. Amma bu da azı 6-7 saat çəkəcək. Nəticədə, uzaq yoldan sonra avtomobil bir neçə saat enerji yığmalıdır. "Tesla Club Baku"dan bildirilib ki, bu avtomobillərin rahat istismarı üçün ölkədə azı 10 elektrikdoldurma məntəqəsinin quraşdırılması kifayət edir.
"Tesla" şirkəti digər rəsmi dillerlə müqavilə bağlamadığı üçün elektromobilin təmir və ehtiyat hissələri ilə bağlı çətinlik var. Bu çətinlik Rusiya, Ukrayna və Türkiyə kimi yaxın ölkələrlə yanaşı hələlik Azərbaycanda mövcuddur. "Tesla Club Baku"dan bildirilib ki, avtomobilin ehtiyat hissələrini hələlik yalnız birbaşa şirkətdən sifariş etmək olar: "Ehtiyac olsa, bizim vasitəmizlə, yəni "Tesla Club Baku"ya sifariş etməklə lazım olan ehtiyat hissələrini əldə edə bilərlər".
Onu da deyək ki, "Tesla"ya xarici ölkələrdə bir qayda olaraq əyləncə, lüks həyat azarkeşi olan gənclər maraq göstərir. Azərbaycanda da bu elektromobilləri əsasən məmurların və biznesmenlərin övladlarının alacağı istisna edilmir. Xüsusən "Tesla"nın yüksək sürətliliyi "avtoşluğa" meylli məmur övladları üçün göydəndüşmə fürsət yaradır.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53