Nuşirəvan Məhərrəmli: "Azərbaycan xalqının mənafeyinə uyğun olmayan verilişlər tərəfimizdən bağlanıla bilər"
09:21 11-02-2015
CƏMİYYƏT
Nuşirəvan Məhərrəmli: "Azərbaycan xalqının mənafeyinə uyğun olmayan verilişlər tərəfimizdən bağlanıla bilər"
"Şou xarakterli, bayağı verilişlərin həddən artıq çoxalması, xalqın içərisində hörməti olmayan insanların gözümüzü yara etməsi yaxşı hal deyil"
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda rəqəmsal yayıma keçmək probleminə toxunaraq deyib ki, bu prosesin başa çatmasını istəyirik. Bu məsələ ilə də bağlı heç bir narahatlığımız yoxdur.
Çünki artıq Azərbaycan ərazisi rəqəmsal yayımla tam əhatə olunub. Sadəcə, bizim sosial cəhətdən imkansız insanlarımız var ki, onların rəqəmsal yayımla təmin olunması üçün dekoderlərə, tunerlərə, resiverlərə ehtiyacı var:"Biz bu məsələ ilə bağlı cənab prezidentə müraciət etdik ki, sosial cəhətdən problemli insanlara müəyyən qədər kömək göstərilsin. Bildiyimə görə, bu məsələ həll olunmaq ərəfəsindədir. Nazirlər Kabineti bundan irəli gələn məsələləri həll etmək üçün müəyyən işlər görür. Konkret nə vaxt olacaq, bu haqda dəqiq bir söz deyə bilmərəm. Amma biz istəyirik ki, 2015-ci ilin yayında bu məsələlər bitsin. Bilirsiniz, əsas məsələ rəqəmsal yayımın ölkə boyu əhatə olunmasıdır. Biz də bu məsələni artıq həll etmişik. O ki, qaldı analoq yayımın dayandırılmasına, biz analoq yayımı istənilən an, bu gün və yaxud bir ildən sonra dayandıra bilərik. Bu, bizim üçün problem deyil. Bu saat analoq yayımın dayandırılması Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üçün daha çox lazımdır. Çünki bu yayım onlar tərəfindən aparılır və maliyyə cəhətdən də onlar hər gün ziyana düşürlər. Biz hər şeydən qabaq əhalini nəzərə alırıq. Birinci problem sosial cəhətdən imkansız insanlardır. Onların da sayı təqribən 130 minə yaxındır". O daha sonra yeni kanalın açılması məsələsinə toxunaraq deyib ki, bu, elə bir prosesdir ki, hər an baş verə bilər. Hazırkı dövrdə Azərbaycanda televiziya kanallarının sayı kifayət qədərdir. Siz bilirsiniz ki, keçən il Region TV-nin efirə çıxması ilə Azərbaycanda ümumrespublika yayımçılarının sayı 10-a çatdı. Azərbaycan kimi bir ölkə üçün 10 ümumrespublika yayımçısının olması çox böyük bir işdir. Məsələn, qonşu Türkiyədə 24 televiziya kanalı bütün ölkəyə yayımlanır. Böyüklüyünə görə Türkiyə bizdən 7 dəfə böyükdür. Biz hesab edirik ki, regional televiziya kanallarının sayı artmalıdır. Bunun üçün də ilk növbədə zəruri maddi-texniki baza, kadr potensialı olmalıdır. Bu gün bunlar yoxdur. Məsələn, Gəncə şəhərində "Kəpəz", Tovuzda isə "Türkel" televiziyaları yayımlanır. Gəncə ölkənin ikinci böyük şəhəridir. Orada lazımi infrastruktur var. Amma digər rayonlarımızda təəssüflər olsun ki, bu yoxdur. Xüsusən də kadr potensialı ilə bağlı vəziyyət yaxşı deyil. Ona görə də biz bu sahədə tələsməməyi qərara almışıq. Dəfələrlə demişəm, biz regionlarda televiziya kanallarının sayının artmasını çox istəyirik. Şərait yetişdikcə, bunu edəcəyik.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15