Xədicə İsmayılovanın yeni cinayətləri üzə çıxdı
10:46 14-02-2015
İQTİSADİYYAT
Xədicə İsmayılovanın yeni cinayətləri üzə çıxdı
Baş Prokurorluq ona qarşı mənimsəmə və israf etmə, qanunsuz sahibkarlıq, vergi ödəməkdən yayınma maddələri ilə ittihamlar irəli sürüb
Həbsdə olan jurnalist Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. "Unikal"ın "Amerikanın səsi"nə istinadən məlumatına görə, istintaq orqanı tərəfindən X.İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui istifadə) maddələri ilə yeni ittihamlar elan olunub.
Baş Prokurorluğun mətbuat xidmətinin X. İsmayılovanın həbsi ilə bağlı yaydığı məlumatda bildirilir ki, "Azadlıq Radiosu" və "Meydan TV" teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin oktyabrın 20-də Dənizkənarı Milli Parkda "Sink oksid" dərmanı qəbul edərək özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
T.Mustafayev Baş Prokurorluğuna müraciət edərək həmin KİV-də işlədiyi müddətdə "Azadlıq Radiosu"nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini xahiş edib.
İstintaqla həmçinin müəyyən edilib ki, T.Mustafayev X.İsmayılova tərəfindən təhdid və təzyiqlərə məruz qaldığından vəziyyətdən çıxış yolu kimi 2014-cü il 1 may tarixdə Bakı şəhərində kirayədə yaşadığı mənzildə mələfədən düzəltdiyi ilgəklə özünü asma yolu ilə öldürməyə cəhd edib, lakin özündən asılı olmayan səbəbə görə niyyəti baş tutmayıb.
Səbail Rayon Məhkəməsinin 5 dekabr 2014-cü il tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət 2015-ci il yanvarın 27-də daha 2 ay uzadılıb.
Baş Prokurorluq Xədicə İsmayılovaya yeni ittihamlar elan olunmasına aydınlıq gətirib. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavabında bildirib ki, Xədicə İsmayılovaya qarşı irəli sürülən ittihamlar Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi ilə bağlıdır.
İctimaiyyətə əlavə məlumat veriləcək.
Digər Xəbərlər
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53