"Hafka"nın 8 obyekti bağlandı
09:52 18-02-2015
İQTİSADİYYAT
"Hafka"nın 8 obyekti bağlandı
Qalmaqallı iş adamının bankında misli görünməmiş çöküş!
Azərbaycanın bank sektorunda yaşadığı problemlərlə gündəmdə olan "Bank of Azerbaijan" filiallarının sayını 2-3 dəfə azaldıb. Bu barədə bankdan bildirilib.
Məlumata görə, bankın paytaxtdakı 7 filialından 3-cü bağlanıb və digər 4 filiala birləşdirilib. Bakıda fəaliyyətdə olan filiallardan biri də Bakı Beynəlxalq Avtovağzal Kompleksindəki filialdır ki, ona da Sumqayıt filialı birləşdirilib.
Bundan başqa, "Bank of Azerbaycan"ın regionlardakı 5 filialından 2-si də fəaliyyətini dayandırıb: "Naxçıvan, Quba və Zərdab filialları işləmir. Sonuncunu Ucar filialına birləşdirmişik, bir də Gəncədə filial saxlamışıq".
Qeyd edək ki, "Bank of Azerbaijan"1 ildən artıqdır ki, bütün bank əməliyyatlarını dayandırıb. Hazırda bankda yalnız indiyədək verilmiş kreditlərə görə ödənişlər qəbul edilir.
"Bank of Azerbaijan"ın üzləşdiyi problemlər ən çox bankda əmanəti olanları narahat edir. Hətta bankda pulu olanlar bir neçə dəfə aksiya keçirib və Mərkəzi Banka şikayət də ediblər. İndi isə bankdan bildiriblər ki, əmanətlərin hissə- hissə qaytarılmasına başlanıb. Amma bu proses sabit deyil: "Kassada pul yığıldıqca əmanətçilərin pulunu hissə-hissə qaytarırıq" - deyə bankdan bildirilib.
Bankın baş ofisində baş verən proseslərlə bağlı məlumat açıqlanmır. Əvəzində bəzi filiallarda vəziyyətin yaxın günlərdə sabitləşəcəyini bildirirlər. Filialların birindən bildirilib ki, martın 1-dən etibarən bankın fəaliyyətində canlanma olacaq.
Xatırladaq ki, "Bank of Azerbaijan"ın səhmdarları "Hafka" ləqəbli iş adamı, "Baghlan Group"un prezidenti Hafiz Məmmədovun oğulları - Məmmədov Kənan Hafiz oğlu (43.63 faiz), Məmmədov Sənan Hafiz oğlu (43.63 faiz), həmçinin Məmmədov Mübariz Məcid oğlu (12.07 faiz) və NEM Holdinq-dir (0.67 faiz). Mübariz Məmmədovun "Hafka"nın qardaşı oğlu bildirilir.
Hələ ötən ilin ortalarındakı açıqlamalardan belə məlum olurdu ki, "Bank of Azerbaijan" sıradan bir bank deyil. Onun ölkə üzrə 15 filialı, 38 bankomatı, 1 946 POS-terminalı var. Aktivlərinin həcmi 2014-cü ilin I rübündə 410 milyon manat, məcmu kapitalı 43 milyon manat idi. O vaxt bank sektorunda bazar payına görə ilk 15-liyə daxil edilmişdi.
Amma sonradan Hafiz Məmmədovun biznes imperiyasının digər qolları kimi, onun bankı da ciddi problemlərlə üzləşdi. Hələ ötən il məlum idi ki, "Bank of Azerbaijan" son illər vaxtı keçmiş kreditlər problemini yaşayır. Banka böyük həcmdə borclu olan fiziki və hüquqi şəxslər kreditləri geri qaytarmırlar. Nəticədə "Bank of Azerbaijan" maliyyə çatışmazlığı ilə üzləşib, xarici kreditorlar qarşısında öhdəlik yerinə yetirməkdə çətinlik çəkirlər. Artıq son 4 ildə bank ciddi pul qıtlığı və vaxtı keçmiş kredit problemi ilə üzləşib.
İndi isə görünən odur ki, "Hafka"nın bankının çöküşü bir az da sürətlənib. Onun 8 filialı bağlamaq məcburiyyətində qalması da bu ehtimalı qüvvətləndirir.
Bəzi iddialara görə, adı ən müxtəlif dövrlərdə qalmaqallarla gündəmə gələn Hafiz Məmmədovun prezidenti olduğu "Baghlan Group" da bu gedişlə müflisləşmək təhlükəsi ilə üzləşə bilər. "Hafka"nın holdinqinə daxil olan ən müxtəlif şirkətlərin qarşıdakı dövrdə ciddi maliyyə sıxıntıları ilə üzləşmək və iflas həddinə çatmaq ehtimalının yüksək olduğu deyilir.
P.S. "Hafka"nın üzləşdiyi maliyyə böhranının get-gedə dərinləşdiyini başqa bir xəbər də təsdiqləyir. Belə ki, Azərbaycan çempionatının 1-ci divizionunda çıxış edən Bakının "Lokomotiv" klubu fəaliyyətini rəsmən dayandırıb. Biləcəri təmsilçisinin fəaliyyətini dayandırmasına klubun maliyyə problemləri yaşaması səbəb olub.Məsələ burasındadır ki, "dəmiryolçular"a "Bakı"nın prezidenti Hafiz Məmmədov himayədarlıq edirdi. Sabiq milyonçunun hazırda müflis durumda olduğunu nəzərə alsaq, farm-klubu kimi fəaliyyət göstərən "Lokomotiv"in dağılması gözlənilən idi.
Qeyd edək ki, son bir neçə ayda komandanın üzvləri maaş üzünə həsrət qalmışdı. Maliyyə sıxıntısı üzündən komanda çempionat oyunlarına da düzgün şəkildə hazırlaşa bilmirdi. Bu da adıçəkilən iş adamının maliyyə baxımından nə qədər dərin böhran yaşadığını əyani şəkildə göstərir.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-25 09:16:31
2024-11-24 15:45:35
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53